Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Ermənistan

Erməni müxalifəti növbəti mitinqini təyin etdi

08 Sentyabr 2010 [22:16] - MİLLİ.AZ
Ermənistanın müxalifətçi Erməni Milli Konqresi (EMK) sentyabrın 24-nə Azadlıq Meydanına mitinq təyin edib.
Milli.Az xəbər portalının tert.am saytına istinadən verdiyi məlumata görə, EMK bu haqda Yerevan meriyasını məlumatlandırıb. Sabiq prezident, müxalifət lideri Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan bildirib ki, müxalifət «Azadlıq Meydanının qaytarılması prosesinə start veriblər».

«Artıq proses başlayıb və bu istiqamətdə addımlardan biri meriyanın məlumatlandırılmasıdır. Biz Azadlıq Meydanının qaytarılması prosesini davam etdirəcəyik», - deyə Musinyan qeyd edib. O, meriyanın EMK-nin müraciətini sabah müzakirə edəcəyini söyləyib.

Xatırladaq ki, erməni müxalifəti ilk mitinqi sentyabrın 17-nə təyin etsə də, meriya aksiyanın keçirilməsinə icazə verməyib. Bununla əlaqədar olaraq, EMK meriyanı məhkəməyə verib.
 
Milli.Az
URL: http://www.milli.az/news/armenia/20779.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 515

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: