Bank of Baku-nun “Dostlar klubu” : daimi müştərilərə yeni güzəştlər! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Ermənistan

Ermənilər gürcülərin "xinkali"sini də özününküləşdirməyə çalışırlar

13 Avqust 2011 [04:38] - MİLLİ.AZ
AzərTAc xəbər verir ki, əhalisinin əksəriyyətini təşkil etdiklərini bəhanə gətirərək Samtsxe-Cavaxeti bölgəsini öz tarixi torpaqları sayan ermənilər Gürcüstana ərazi iddiaları ilə yanaşı, yüzlərlə gürcü kilsəsinə də göz dikmişlər.

Bundan əlavə, məlum olmuşdur ki, ermənilər, həmçinin ABŞ, Fransa, Almaniya və digər ölkələrdə gürcü şərablarını və xörəklərini erməni məhsulu kimi təbliğ edərək satırlar. Gürcüstan tərəfi bütün bunlara etiraz bildirsə də, ermənilər çirkin əməllərindən əl çəkmək istəmirlər.

Gürcüstan mətbuatında bununla bağlı xeyli məqalə çap edilmiş və hazırda edilməkdədir. Gürcü jurnalistlərindən biri hətta kinayə ilə yazmışdır: “Ermənilər mineral sularımıza, şərablarımıza, bir sıra xörəklərimizə, hətta “xaçapuri”mizə (gürcü şorçörəyi - bunu ermənilər “xaçatryan” adlandırıb özlərininki sayırlar) də sahib çıxırlar. Şükürlər olsun ki, hələlik “xinkali”mizə sahib çıxmayıblar”.

Sən demə, gürcülər şükür etməkdə tələsikliyə yol veriblərmiş. Məsələ burasındadır ki, aradan bir az keçmiş ermənilər gürcü “xinkali”sinə də sahib çıxdılar, özü də hansısa xarici ölkədə deyil, Gürcüstanın Kobuleti kurort şəhərində.

Burada xeyli sayda erməni istirahət edir. Kobuletidəki yeməkxanaların birinin qarşısında ermənilər rus dilində böyük hərflərlə reklam xarakterli bu sözləri yazmışlar: erməni mətbəxi - şaşlik, kabab, xaşlama, xaçapuri, xinkal, dolma. Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur...

Milli.Az
URL: http://www.milli.az/news/armenia/62838.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 709

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: