Bank of Baku-nun “Dostlar klubu” : daimi müştərilərə yeni güzəştlər! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Ermənistan

Erməni polkovnik 500 min dolları qaytardı

14 Dekabr 2011 [22:28] - MİLLİ.AZ
Ermənistan Yol Polisi rəsi Markar Ohanyanın işi məhkəməyə göndərilib.
Ermənistan Yol Polisi rəsi Markar Ohanyanın cinayət işi Məhkəməyə göndərilib. Bu məlumatı Ermənistanın Baş Prokurorluğu yayıb.

Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, Markar Ohanyan vəzifəsindən sui-istifadə etməkdə və böyük miqdarda pul israf etməkdə ittiham olunur. Ermənistan Xüsusi İstintaq Qrupunun məlumatına görə, Yol Polisinin rəisi 277 min litr benzin mənimsənəkdə ittiham olunur.

“İlkin istintaq nəticəsində əldə edilən dəlillərə əsasən, Markar Ohanyan və onun tabeliyində olan əməkdaşlar dövlətə təxminən 570 min dollar məbləğində ziyan vurublar, lakin istintaqın gedişi əsnasında onun 520 mini dövlətə qaytarılıb”, - Ermənistan Baş Prokurorluğunun bəyanatında deyilir.

Cinayət işi üzrə başqa 3 Yol Polisi əməkdaşı ittiham olunur, lakin onlara qarşı yaşayış məntəqəsini tərk etməmək haqqında qətimkan tətbiq edilib.

Polis polkovniki tgqsırını inkar etsə də, dövlətə yetirilən ziyanı ödəyib və büdcəyə 500 mindən artıq dollar qaytarıb.

Bu qədər pulun polis əməkdaşında haradan olduğu suala Markar Ohanyanın vəkili Mkrtiç Vasakyan cavab verib ki, qohumları kömək ediblər. “O, illərlə bu şəhərdə yaşayıb, 30 il hüquq mühafizə orqanlarında işləyib, polis polkovnikidir. Onun əmiləri, dayıları, xalaları, qardaşları və dostları vardır. Hamısı borcu ödəməyə kömək edib”, - vəkil “Haykakan Jamanak” qəzetinə deyib.

Bundan başqa, vəkilin sözlərinə görə, Markar Ohanyan şəxsi mülkünü girov qoyub.

Özünü təqsirkar tanımayan bir adam nəyə görə dövlət büdcəsinə 500 min dollar ödəməsini vəkil polkovnikin şərəf və ləyaqəti naminə etdiyini bildirib. “Bir halda ki, ilkin istintaq nəticəsində mənimsəmələrin polkovnik Ohanyanın rəhbərlik etdiyi idarədə baş verdiyi aşkar edilib, o, vicdanı təmiz olsun deyə, pulları ödəmək qərarına gəlib. Və ona qarşı tətbiq edilən həbs cəza tədbirinin dəyişdiriləcəyinə ümid edir”, - vəkil deyib.

Ermənistan Yol Polisinin sabiq rəhbəri avqust ayının sonundan həbsdə saxlanılır.

Milli.Az
URL: http://www.milli.az/news/armenia/85347.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 769

Şərh etmək

Sizin adınız:
Şərhin mətni:
Təsdiq kodu: captcha
Xəbərlərə yazılan şərhlərin Milli.Az xəbər portalının redaksiya siyasətinə heç bir aidiyyatı yoxdur. Biz yazılan şərhlərin forma və məzmununa görə məsuliyyət daşımırıq. Xahiş olunur ki, mövcud qaydalara riayət edəsiniz.

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: