Bakı şəhərində müxtəlif internet-forumlarda erməniləri müdafiə edən və onlarla yazışan şəxs saxlanılıb.
Həmin şəxs bu gün saat 18.00 radələrində metronun Nərimanov stansiyasının yaxınlığındakı parkda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub. Bu barədə Milli.Az xəbər portalına parkda olan sakinlər məlumat veriblər.
Apardığımız araşdırmadan sonra məlum oldu ki, saxlanılan şəxs
25 yaşlı Anar Mühit oğlu Heybətovdur. O, müxtəlif internet saytlarında ermənilərlə danışıqlar aparırmış. Son dəfə də internet-forumda müzakirələr zamanı erməniləri söyən azərbaycanlılara etriaz edib və onlardan birini Nərimanov metrosunun yaxınlığındakı parka çağırıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi yaxalayaraq MTN-ə təhvil verib.
Həmin qurumun ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev MTN tərəfindən belə bir şəxsin saxlanıldığını təsdiq etmədi.
Milli.Az