Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Hadisə, kriminal

Bakıda dörd nəfər dalaşdı, ölən var - YENİLƏNİB

03 Sentyabr 2010 [18:31] - MİLLİ.AZ
Bu gecə Bakının Suraxanı rayonu ərazisində qətl hadisəsi baş verib.
Baş Prokurorluğun mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, sentyabrın 2-də saat 21:00 radələrində Bakının Suraxanı rayonu, Dədə Qorud qəsəbəsində yaşamış 20 yaşlı İnqilab Məmmədovun bıçaq yarası ilə 3 saylı şəhər kliniki xəstəxanasına aparılarkən yolda ölməsi barədə Sabunçu rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən rayon prokurorluğuna məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan mətbəx bıçağı götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb və iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, sentyabrın 2-də saat 19:00 radələrində Dədə Qorqud qəsəbəsində yaşayan Əhməd Kərimov, dostu İnqilab Məmmədov ilə Suraxanı rayonu, A.Rzayev küçəsi 737 saylı evin qarşısına gələrək qohumu Günelin barəsində rüsvayedici məlumatlar yaydığına görə Fuad Əhmədovla mübahisə edib.

Fuad Əhmədovu döyərkən sonuncunun dostları Məmmədvəli XalıqovElvin Səfərov onları aralamaq istəyib. Bu zaman mübahisə daha da qızışıb və səs-küyə Fuad Əhmədovun anası Yetər İsgəndərova və xalası Qızdarxanım Nuriyeva gəlib. Fuad Əhmədov aranın qarışmasından istifadə edərək evlərinə qaçıb mətbəx bıçağı götürərək dərhal geri qayıdıb və gətirdiyi bıçağı Məmmədvəli Xalıqova verib.

Sonuncunun atası Sübhan Xalıqov aranı sakitlşdirmək və Fuad Əhmədovu evlərinə aparmaq istəyib. Lakin Əhməd Kərimov və İnqilab Məmmədov hücum edərək onu təhqir etməyə və vurmağa başlayıb. Bu zaman Məmmədvəli Xalıqov atasını təhqir etdiyinə görə İnqilab Məmmədovu bıçaqla bir dəfə ürək nahiyəsindən vurub və sonuncu xəstəxanaya aparılarkən yolda ölüb.

Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Məmmədvəli Xalıqov sentyabrın 3-də saat 01:30 radələrində şübhəli şəxs qismində tutularaq istintaqa təqdim edilib. Hazırda işin bütün hallarının araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


------------------
11:46

Suraxanı rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, qətli törədən Məmməd Xalıqovun qonşusu onun ailə üzvləri ilə bağlı rüsvayedici məlumatlar yayıb. Mərhum İnqilab Məmmədovun evinə qonaq getdiyi həmin qonşunun dava-dalaşda iştirak edən Əhməd Kərimov olduğu güman edilir.
Qeyd edək ki, Ə.Kərimovun özü də dava zamanı baş nahiyəsindən xəsarətlər alıb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

--------------------
09:48

Rayonunun Atamoğlan küçəsində dörd nəfər arasında düşən dava zamanı Tovuz rayon sakini 20 yaşlı Məmmədov İnqilab Əli oğlu bıçaqlanıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onun dostu, davanın iştirakçılarından olan 22 yaşlı Kərimov Əhməd Məcid oğlu isə baş nahiyəsindən müxtəlif dərəcəli xəsarətlər alıb. Qətli törədən şəxs və davanın digər iştirakçısı hadisə yerindən qaçıblar.

Qətlin baş verdiyi əraziyə Suraxanı Rayon Polis İdarəsinin və rayon prokurorluğunun gələrək araşdırmalara başlayıblar. Keçirilən əməliyyat-axtarış tədbirlərindən sonra qətli törədən və davanın digər iştirakçısı ata və oğul saxlanılıb. İlkin dindirmədən sonra məlum olub ki, İnqilab Məmmədovu qətlə yetirən Xətai rayonunda qeydiyyatda olan Xalıqov Məmməd Sübhan oğludur. Hazırda Suraxanı rayonu ərazisində yaşayan Məmməd Xalıqov davanın mübahisə zəmnində başladığını bildirib. Onun sözlərinə görə, qətlə yetirilən İnqilab Məmmədov Suraxanı rayonu ərazisində yaşayan dostu Əhməd Kərimovgilə qonaq gəlibmiş. Axşam saatlarında məhəlləyə çıxan dostlarla Məmmməd Xalıqovun sözü çəp gəlib və dava düşüb. Məmmədin atası Sübhan Xalıqov isə oğlunun dalaşdığını görərək, davaya qarışıb. Məmməd Xalıqov dava zamanı bıçaqdan istifadə edib və nəticədə İnqilab Məmmədov ölümcül yaralanıb.

Faktla bağlı Suraxanı rayon prokurorrluğunda araşdırmalar davam etdirlir.

ANS PRESS
URL: http://www.milli.az/news/criminal/20327.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 2922

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: