Bakının Sabunçu rayonunda qanlı hadisə baş verib.
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, sentyabrın 5-də Ramanı qəsəbəsində
Məhərrəm Nuru mübahisə zəminində qardaşının həyat yoldaşı
Pərvanə Abışovanı bıçaqlayıb. Yaralı döş qəfəsindən daxilə nüfuz edən bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya yerləşdirilib. M.Nuri Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşları tərəfindən tutulub.
İşin istintaqını aparan müstəntiq
Anar Məmmədov Milli.Az xəbər portalına açıqlamasında bildiridi ki, hadisə söyüş üstündə baş verib. Müstəntiqin sözlərinə görə, M.Nuru ilikin dindirmə zamanı qardaşının arvadını onu söydüyü üçün bıçaqladığını deyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlıa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Anar MəmmədovMilli.Az