Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Hadisə, kriminal

Borc pul üstündə qan töküldü

07 Sentyabr 2010 [16:50] - MİLLİ.AZ
Borc verdiyi şəxsdən pulu döyərək geri almaq istədi, əvəzində xəstəxanalıq oldu.
Qanlı hadisə Lənkəran şəhərində törədilib. Şəhər Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, sentyarbrın 6-da Lənkəran sakini 21 yaşlı Elvin Məmmədov münaqişə zəminində həmyerlisi 31 yaşlı Anar Ələsgərova bıçaqla xəsarət yetirib.

Lənkəran şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri axtarış tədbirləri nəticəsində E.Məmmədov tutulub.

İşin istintaqını aparan müstəntiq Rövşən Rəşidov Milli.Az xəbər portalına açıqlamasına bildiridi ki, bıçaqlanma pul üstündə baş verib. Müstəntiqin sözlərinə görə, saxlanılan E.Məmmədovun zərərçəkmiş şəxsə pul borcu olub. Hadisə də elə bunun üstündə baş verib. Anar Ələsgərov hadisə baş verən gün E.Məmmədovdan borc verdiyi pulu geri qaytarmasını tələb edib. E.Məmmədov pulu qaytarmağa imkanı olmadığını bildirib. Bu zaman Anar onu döyməyə başlayıb. Elvin isə döyülməkdən yaxa qurtarmaq üçün cibindəki bıçağı çıxararaq Anara zərbə endirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağölamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az
URL: http://www.milli.az/news/criminal/20655.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 967

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: