Ədalət Hüseynova qarşı ədalətsiz davrandılar...
8 sentyabr, 11:20Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən
məlumata görə, ofisdə törədilən soyğunçuluq cinayətinin üstü açılıb.
Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının
keçirdikləri tədbirlər nəticəsində soyğunçuluqda şübhəli bilinən
Emin Xəlilov tutulub.
Müəyyən
olunub ki, o, həm də sentyabrın 7-də Cavadxan küçəsində
Rəhman Hüseynovun etimadını qazanaraq
80 manatını mənimsəyib.
___________________
7 sentyabr, 17:01Bakının Nəsimi rayonu ərazisində ofisə basqın edilib.
Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsindən Milli.Az xəbər portalına verilən məlumata görə, naməlum şəxs A.Məhərrəmov küçəsində yerləşən ev alqı-satqısı ofisinə basqın edərək oranın sahibi olan 54 yaşlı
Ədalət Hüseynovu soyub. Basqınçı Ə.Hüyenova qarşı zor tətbiq edərək, qızıl saatını ondan alıb.
Bölmənin rəis müavini
Zəka Səfərov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, hadisəni törədən şəxs hələlik tutulmayıb. Həmin şəxsin tutulması istiqamətində axtarış tədbirləri aparılır. Faktla bağlı Cionayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəs ilə cinayət işi başlanıb.
Anar MəmmədovMilli.Az