Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Hadisə, kriminal

Bakıda maşın aşdı, sürücü öldü

09 Sentyabr 2010 [10:19] - MİLLİ.AZ
Ötən gecə paytaxtın Xətai rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Yusif Səfərov küçəsində qeydə alınan qəza zamanı 32 yaşlı Əzizli Vüqar Tariyel oğlunun idarə etdiyi “Honda” markalı avtomaşın idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq aşıb. Qəzada sürücünün aldığı xəsarətlər ağır olduğundan o, hadisə yerinə çağrılmış təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisənin səbəbləri Xətai Rayon Polis İdarəsi və Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.

Toplanmış materiallar və ilkin subutların məhkəmə tibbi ilə avtotexniki ekspertizasına göndəriləcəyini deyən Xətai RPİ-nin müstəntiqi Elmar Quliyev, hadisəyə səbəb kimi yüksək sürəti göstərib.

Qeyd edək ki, qəza zamanı zərbənin gücündən avtomobil yol kənarındakı iki ağacı da kökündən çıxarıb. Maşın ərazidə yerləşən 27 saylı orta ümumtəhsil məktəbinin divarına da çırpılıb.

ANS PRESS
URL: http://www.milli.az/news/criminal/20792.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1155

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: