Paytaxtın Nəsimi rayonu ərazisində oğurluq hadisəsi baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə sentyabrın 8-i saat 15 radələrində Cavadxan küçəsində yerləşən mənzildən edilib. Naməlum şəxs həmin küçədə yaşayan
Qəzənfər Həziyevə məxsus evdən məişət avadanlıqları oğurlayıb.
Keçirilən axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş
Əbdüləli Qədirov Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşları tərəfindən tutulub. Ondan 0,322 qram heroin götürülüb.
Müəyyən olunub ki, o, avqustun 26-da həmin küçədə yaşayan
Olqa Əhmədovanın da mənzilindən oğurluq edib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Milli.Az