Müqəddəs Ramazan bayramı günündə Bakının Xətai rayonunda intihar hadisəsi baş verib.
Rayon Polis İdarəsinin 34-cü polis bölməsindən verilən məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşdirlməyən 20-25 yaşlı gənc oğlan özünü 9 mərtəbəli binadan yerə atıb.
Məlumata görə, hadisə saat 11:20 radələrində rayonun M.Hadi küçəsi, 52 ünvanında qeydə alınıb.
Hadisənin şahidləri bildiriblər ki, o, özünü binanın damından ataraq intihar edib.
Hazırda polis bölməsi və prokurorluq əməkdaşları hadisə yerinə gələrək ilkin araşdırmalara başlayıblar.
ANS PRESS