Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov barəsində həbs-qətimkan tədbiri seçilib.
M. Səmədovun vəkili
Anar Qasımov Milli.Az xəbər portalına bildirdi ki, Nəsimi rayon Məhkəməsində M. Səmədov barəsində 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarılıb.
Partiya sədrinə qarşı Cinayət Məcəlləsinin 28, 214.2.1, 28,214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham irəli sürülüb.
Vəkil Anar Qasımov Nəsmi rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edəcəyini bildirib.
Nəsimi rayon Məhkəməsindən də M.Səmədovun barəsində həbs qərarının seçilməsini təsdiqləyiblər. Məhkəmədən Milli.Az-a verilən məlumata görə, məhkəmə prosesi qapalı keçirilib. Həbs qərarı yanvarın 20-də hakim
Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə verilib.
Xatırlardırıq ki, Azərbaycan İslam Partiyası rəsmi qeydiyyata alınmayıb.
Anar MəmmədovMilli.AzUyğun linklər:
İslam Partiyasının daha bir funksionerinin evindən silah arsenalı tapıldıBaş Prokurorluq və Daxili İşlər Nazirliyi İslam Partiyasının sədri barədə birgə bəyanat yaydıQafqaz Müsəlmanları İdarəsi İslam Partiyasının sədri Mövsüm Səmədovun məsuliyyətsiz çağırışları ilə bağlı bəyanat veribDİN Azərbaycan İslam Partiyası sədrinin həbsi barədə rəsmi məlumat yaydı