Bank of Baku-nun “Dostlar klubu” : daimi müştərilərə yeni güzəştlər! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Hadisə, kriminal

Bakıda minik avtomobilini yandırıblar? - YENİLƏNİB - FOTO

23 Avqust 2011 [13:47] - MİLLİ.AZ
Sabunçuda avqust ayında iki avtomobil yanıb.
11:04

Bakının Sabunçu rayonu ərazisində minik avtomobilində güclü yanğın olub. Milli.Az xəbər portalına ünvanlanan məktubda deyilir ki, bu gün Bakıxanov qəsəbəsi, Fətəliyev 35-in qarşısında "VAZ-2106" markalı avtomobil yanıb. Oxucu bu cür yanğının avqust ayı ərzində həmin ərazidə artıq ikinci dəfə törədildiyini iddia edir.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, yanğın hadisəsi bu gün saat 06:00 radələrində qeydə alınıb. Hadisə yerinə yanğınsöndürən maşın cəlb olunub, yanğının qarşısı alınıb. Yanğın zamanı avtomobilin salonu yanaraq sıradan çıxıb.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil, araşdırma aparılır.

Qeyd edək ki, bir ay əvvəl həmin ərazidə "Mercedes S-class" avtomobili yanmışdı.

Anar Məmmədov
Milli.Az


-----------
13:47











URL: http://www.milli.az/news/criminal/64510.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 2244

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: