“Oskar” Kino Şirkətində Türkiyənin Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak hərbi birləşmələrindən azad etməsinə həsr olunmuş “Qəzan mübarək, Paşam” adlı bədii-sənədli film çəkilib.
“Nərimanfilm” kinostudiyasının Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə ekranlaşdırdığı “Sahə” (“The Precinct”) tammetrajlı bədii filminin çəkilişləri başa çatıb.
Dünən Sumqayıtda ABŞ-ın Azərbaycandakı Səfirliyi və Sumqayıt şəhər İcra hakimiyyətinin təşkilatçılığı ilə Amerikanın məşhur rok qrupu “Brazzaville” və Sumqayıt şəhərini təmsil edən “Qara Dərviş” qrupunun birgə konserti keçirildi.
Avqustun 25-də Sumqayıt şəhərində Dənizkənarı Parkda məşhur amerikan rok qrupu “Brazzaville”nin iştirakı ilə keçiriləcək rok gecəsində Sumqayıt qrupu da iştirak edəcək.
Rejissor Samir Kərimoğlunun Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə lentə aldığı “Niyyət” filmi “Qızıl minbər” VI Beynəlxalq müsəlman kinofestivalının müsabiqə bölməsində Azərbaycanı təmsil edəcək.
Avqustun 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşəbbüsü ilə görkəmli dirijor və bəstəkar Niyazinin anadan olmasının 98 ildönümünə həsr olunmuş silsilə tədbirlər keçiriləcək.
Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin böyük rus şairi Aleksandr Puşkinin vaxtsız ölümünə həsr etdiyi “Puşkinin ölümünə Şərq poeması”nın orijinalı tapılıb.