Afişalar Muzey Mərkəzində sərgilənəcək.
İyul ayının 29-u Muzey Mərkəzində Azərbaycan kino gününə həsr edilmiş kino afişaların sərgisi keçiriləcək. Azərbaycan Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyevin Milli.Az xəbər portalına verdiyi məlumata görə, kino afişaların nümayişi Milli Kino Günü ilə bağlıdır.
Hər il olduğu kimi bu il də Milli Kino Günü dövlət səviyyəsində qeyd olunacaq. Bundan əlavə, kino günü ilə bağlı Heydər Əliyev adına Sarayda tədbir keçiriləcək.
Qeyd edək ki, 2 avqust Azərbaycanda Milli Kino Günüdür.
GünayMilli.Az