Milli.Az Xəbər Portalı "Həftəsonu qiraət" layihəsi çərçivəsində oxucumuz Günel Rəsullunun "Sevgililər" adlı essesini təqdim edir.
Oxucularımızı indiyə qədər heç yerdə dərc olunmamış kiçik həcmli ədəbi-bədii əsərlərini (şeir, hekayə, esse və s.) yazılarını office@milli.az ünvanına göndərməyə dəvət edirik.Oxucularımızın maraqlı yazıları saytda "Həftəsonu qiraət" bölməsində yerləşdiriləcək.SEVGİLİLƏRBu yazım sadəcə iki şəxsin yaşaya biləcəyi sevgiyə həsr olunacaq.
Mənim sevgim tükənməzdir. O qədər böyükdür ki, dünyalara belə sığmaz. İnsanın özünü belə hiss etdiyi anlar olur. Olmaması məncə mümkün deyil. Bəzən elə aşiq olursan ki, gözün dünyanı görmür. Gəzirsən amma yer ayaqlarının altında yox olur və sən sanki qanadlanıb uçursan. Belə anlar hər insanın həyatında olur. Xəyalında olsa belə bunu canlandırır və bunun bir gün gerçəyə çevrilməsinə inanırsan.
Mən heç vaxt aşiq olmaram, sevmərəm deyir və seviləcəyini belə düşünmür. Amma necə deyərlər, qorxduğu başına gəlir. Özü də aşiq olur, sevir və qarşısındakıdan da eynisini tələb edir. Vay o gündən ki, sevgi təktərəfli olsun. Əlbətdə, bu zaman onun nə hisslər keçirdiyi artıq özü özlüyündən məlumdur. O insan düşünər ki bir daha nə sevəcək və seviləcək. Bəlkə də artıq sevməkdən və sevilməkdən qorxar. Bir müddət hər şeydən çəkinə bilər. Amma gözlərini açıb yumana qədər qarşısına elə bir sevgi çıxar ki, onun bu fikirlərini alt üst edər.
Bəzən illərlə yaşanmış sevgi bir anda bitər. Gözlərini açıb yumana qədər o həyatından gedər. Sanki heç vaxt həyatında olmayıb. Bəzən bu ayrılıq həmin insana o qədər təsir edir ki, o hətta intihara belə əl atar və edər də. Amma bu həyatı sənə verən bu əmanəti bacardığın qədər qorumağı sənə tapşırıb. Bunu etməyə dəyər mi? Bununla sən həm günah qazanırsan, həm də yaşaya biləcəyin ömürdən özünü məhrum edirsən. Bəlkə bundan sonra yaşayacağın sevgi sənə hər şeyi unutduracaq. Bu an sən o səhifəni vərəqləyib başqasını açacaqsan və bu sevgin əvvəlkindən də güclü olacaq. Hər şeyin ən yaxşısını fikirləşmək lazımdır.
Düzdür deyirlər, əsl sevgi əfsanələrdə, dastanlarda olur. Bununla bir baxımdan razılaşmaq olur. Çünkü həyatda möhkəm bağlarla bağlı sevgi çox azdır. Bilirsiniz niyə? Çünkü bizim yaşadığımız həyat gerçəkdir. Amma dastanlar və əfsanələr bir növ həyatdan alınsa da, sanki onlar nağıla çevrilmiş olur.
Bəzən düşüncələrə dalırsan, o insanı axtarırsan, amma tapa bilmirsən və qəflətən qarşına çıxır. Və..
Ey sevgililiər, sevənlər, sevilənlər və sevginin nə olduğunu dadmaq istəyənlər bu yazım sizlərin olsun. Sevgini yaşayın və yaşatdırın. Sevin və ən əsası özünüzü sevdirməyə çalışın. Ayrılıq sizlərdən uzaq olsun. Sevməyə və sevilməyə bütün xanımlar və bəylər layiqdir. Xoşbətlik qismətiniz olsun əziz sevgililər. Bu kiçik yazım sizlərə ərmağan olsun.
Günel RəsulluMilli.Az