08.09.2010   05:14 WAP.Milli.Az     PDA.Milli.Az Bütün xəbərlər
 Kateqoriyalar
Əsas səhifə
Son xəbərlər
Siyasət
 - İç siyasət
 - Seçkilər
 - Dağlıq Qarabağ münaqişəsi
İqtisadiyyat
 - Sərgilər
Cəmiyyət
 - Hadisə
 - Səhiyyə
Hadisə, kriminal
Maraqlı
Mədəniyyət
 - Həftəsonu qiraət
Şou-biznes
 - Eurovision
İdman
 - DÇ - 2010
Dünyada
Fotosessiya
Video
Mobil reportaj
Radio
 - Xəbərlər Radio
 - Verilişlərin arxivi
Müsahibə
Oxucu məktubları
Hava haqqında
Axtarış

  RSS


 Bizə qoşulun!
Facebook


 Region
Rusiya
Gürcüstan
Ermənistan
Türkiyə
İran


 Ən çox oxunanlar (3 gün)
Müğənni Rəqsanə reanimasiyaya köçürüldü - YENİLƏNİB
Azərbaycanda erməni qızı ilə azərbaycanlı oğlanın sevgisindən bəhs edən film çəkilir – EKSKLÜZİV
Daha bir məşhur aktyor «mavi» çıxdı
ABU-ya qanunsuz qəbul olmuş tələbələrə çıxış yolu tapıldı
Qadınlar üçün öpüşmək seksdən vacibdir
Hamilə Selin Dion - FOTO
İnternetdə ermənilərə niyə uduzuruq? - ARAŞDIRMA
Azərbaycanda açılacaq yeni radioda kimlərə qadağa qoyulacaq? - FOTOSESSİYA
Dilinə yiyəlik etməyən gəlinin qanı töküldü
«Nokia» pornoulduzu soyundurdu – FOTO
Röya və Zamiq Sumqayıtda xarüqələr yaratdı - FOTOSESSİYA


 Arxiv « Sentyabr »
B.e Ç.a Ç C.a C Ş B
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30


 Valyuta məzənnəsi - 07/09
USD 0.8036 +0.0002
EUR 1.0291 -0.0069
GBP 1.236 -0.0076
RUB 0.0262 -0.0001


 Sorğu
Azərbaycanda yeni tətbiq olunan vahid məktəbli formasına münasibətiniz:
Əladır, bəyənirəm
Qismən bəyənirəm
Bəyənmirəm
Vahid formanın əleyhinəyəm

Ümumi səslər: 70

Sorğuların arxivi



 Bizim düymə


 Server üzrə axtarış



Milli.Az » Mədəniyyət » Siyavuş Aslan: «Mən Ofeliyanı çox istəyirdim, lap çox ... gərək o, mənimlə belə etməyəydi»
30 Iyul 2010 [10:01] - Milli.Az
Çap etmək
Azərbaycanın xalq artisti Siyavuş Aslanın Milli.Az xəbər portalına müsahibəsi


"Kaş elə onda Allah Ofeliyanı da, məni də aparaydı"


- Siyavuş müəllim, sizə telefon açanda xəstə olduğunuzu dediniz, nə xəstəlikdi elə?

- Xəstəlik deyəndə ki, indi təzə xəstəliklər əmələ gəlib. Kimin səhhəti bir az korlanırsa, xəstəlik həmin adamlara tez baş çəkir. Bilmirəm, bu vaxta qədər xəstəlik məndən əl çəkməyib. Yoldaşım da dəqiqəbaşı xəstələnirdi, dəqiqəbaşı pis olurdu. Biz bunu biruzə vermirdik. Onun halı məni daha tez xəstələndirdi. Yavaş-yavaş rəhmətə getdi, sakitlik əmələ gəldi, yoxdu artıq...

- Hansı sakitlik?

- Bu sakitlik Ofeliya ilə mənim aləmimdə əmələ gəldi. Biz heç nədən hirslənirdik, dava edirdik. Amma əlbəttə bunun bizə xeyri olmadı, kaş elə əvvəldən bizə nəsə bir şey olaydı. İndi, Allahın köməkliyi ilə olmadı da.

- Nəyin olmasını istərdiniz?

- Mən yola vermirdim də onu. Onunla mənim aramda mütləq söz-söhbət olurdu, yola getmirdik. Hər hərəkəti, hər sözü-söhbəti məni tuturdu. Çünki mənim əhvalım həddindən artıq xarab olurdu. Elə danışırdıq boş-boşuna. Kaş elə onda Allah bizi aparaydı, Ofeliyanı da, məni də...

- Əhvalınız nədən pozulurdu?

- Bilirsiz, bu, teatr aləmidir. Teatr aləmində gərək həddən artıq sərbəst olasan, sakit olasan. Amma bizdə alınmırdı da. Biz heç nədən «xəstələnirdik», heç nədən yola getmirdik… (başını aşağı tutub, ağlayır..).

- Bizdə belə bir misal var, deyir: «iki qoçun başı bir qazanda qaynamaz».

- Bəli. Amma onun bizə dəxli yoxdur. Qoçuluq, bizim aləm üçün deyildi. Çünki biz sakit aləmə öyrəşmişdik. Hər şeyi sakit həll edirdik. Amma bilirsən, elə olurdu ki, o ələmdə sakitlik pozulurdu. Mən indi demərəm ya o tərəfdən, ya mən tərəfdən, ümumiyyətlə, ikimizdən birimizdə hallar dəyişirdi. Əhvalatı düz başa düşmürdük, ya mən, ya o, düz istiqamətdə getmirdik.


"Ofeliyanın yoxluğu onun nə qədər dəyərli, sevimli olduğunu düşünməyimə imkan verdi"




- Siyavuş müəllim, bir-birini sevən ailə idiniz. Heç düşünmədiniz ki, görəsən, sözünüzün bir-birinizə xoş gəlməməsi nədən olur?

- Mən inana bilmirəm ki, kimsə bizə təsir eləsin və kiminsə təsirinə uyaq. Bu, olmurdu. Çünki müəyyən şeyləri çox yaxşı anlayırdıq. Bu anlaşılmazlıq necə olurdu, mənim başım çıxmır. Bir də görürdün qanı qara gəlirdi ki, sən niyə flan yerdə bu sözü demisən. Axı mən onu o niyyətlə deməmişəm. Düzdür, demişəm, amma o niyyətlə yox. Deyirdim ki, ay qız, axı sən bilirsən ki, bunu sənin yanında niyə deyiblər. Bəlkə istədiklərini ala bilmək üçün deyiblər. Bizim də aləm elə idi ki, uyurduq da, aktyorlar böhtana uyurdu, gözəlliyə uyurdu, bir-birini nə bilim, bəyənməməyə, nə bilim başqa şeylərə... Başlayırdı ki, bu, belə deyil elədir, sən gərək belə etməyəydin. İndi mənim zənnimcə, o şeylərə qayıtmaq lazım deyil, istəmirəm. Çünki olan olub, o, bu saat haqq dünyadalır, mən isə nahaq dünyada.


«Heyif olsun o günlərə ki, mənasız, sevgisiz keçib getdi»


- Yəqin ki, indi çoxlarını bir sual düşündürür: görəsən Siyavuş Aslan Ofeliyasız özünü necə hiss edir, rahatdırmı evində, aləmində yaranan sakitlikdən qorxmur ki?

- Yox, onu da deyim ki, mənim halım çox dəyişdi. Mən həqiqətən o qızın xətrini çox istəyirdim. Lap çox… Bilirsən, bəzi şeylər olurdu, nə bilim nələr, onu o qədər üzə vurmurdum. Elə keçirdim, gedirdim, deyirdim əşşi, qadındır, olar. Amma indi görürəm ki, o dövr artıq yoxdur, bitdi. Məsəlçün, vaxtında oturmaq, o günü bəyənməmək, nələrəsə hardasa ikrah hissi ilə, pis baxmaq, pis fikirdə olmaq var idi. Amma bunlar hamısı keçmişə dönüb, geridə qaldı. İndiki həyatda onlardan heç nə qalmayıb, heç bir şey. Bizim aləmdə elə olub ki, biz bir-birimizi qısqanmışıq da. Amma görün ki, bunlar boş imiş sən demə. Kaş ki, belə olmayaydı, kaş ki… Mən arzu eləyirəm ki, bütün gənclər özlərindən muğayət olsunlar (gözləri dolur, hıçqıra-hıçqıra danışır...).
Heyif olsun o günlərə ki, o günlər mənasız, sevgisiz keçib gedir. İnsanlar öz günlərinin qədrini bilsələr yaxşıdır, qiymət versələr o günlərə yaxşıdır. Bilirsiniz, hər yerdə, hər ailədə söz olur, söhbət olur. Olur ki, bir-birinə qovuşmaq, bir-birini sevmək, istəmək, insana hardasa bir dəfə verilir… (Yenə də hönkürüb ağlayır) … Mən, indi baxıram, görürəm ki, o günlər keçib gedib. Amma yenə o günləri yada salıram, yenə də qısqanmıram, deyirəm ki, axı burda nə vardı? Nəyə görə?... Bunlar hamısı boş-boşuna imiş… İndi də bu fikrlərlə yaşayıram.

- Siyavuş müəllim, sakitləşin, çayınızı için.

- Eybi yoxdur. Həyatdır də ...


«Həyatımız çox hədər başladı, hədər də getdi»



- Əlbəttə ki, bunlar taleyin sizə yazdığı kədərli notlardır. Amma kim bilir, bəlkə illər ötəcək, Ofeliya Aslanla Siyavuş Aslanın birgə ömrünün həyat səhifələri bir məhəbbət dramı kimi yenidən yazılacaq...

- Ümumiyyətlə, həyat çox hədər başladı, hədər də getdi. Gərək biz həyatın qiymətini əvvəlcədən biləydik. Amma əfsuslar olsun ki, biz bunu bilməmişik. Bilməmişik ki, axı bu həyatdır, bizim hərəkətlərimiz bu həyata qarşı çıxmaqdır. Arzulayardım bütün gənclərə ki, onlar belə-belə boş şeylərdən uzaq olsunlar. Həmişə bir-birinə can deyib, can eşitsinlər. Bizim görün nə cür qəşəng günlərimiz olub. İstər-istməz Azərbaycan sənətində sevənlər, istəklilər, bir-birinə yaxşı hörmət olub. Amma biz... Axı biz başqa millətdən deyildik ki, elə adamlarıq ki, həmişə irəlidə olmuşuq. Əfsus ki, bizləri heç nəyə görə oynadıblar. Avara olmuşuq.


«Teatr aləmi sevgimizə və bizə düşmən oldu»


- Siyavuş müəllim, indi siz danışır, həm də itirdiyiniz o gözəl vaxtlara ağlayırsınız. Bəlkə də siz çoxlarının ola bilmədiyi qədər xoşbəxt idiniz və bəlkə də bu gün öz gələcəyini quranlar üçün bir özünüdərk yeri ola bilərsiniz.

- Əlbəttə. Biz də yaxşı ailə idik, özü də bir-birimizi istəyirdik. Əfsuslar olsun ki, nəyəsə uyduq, bir-birimizdən ayrı düşdük, mən istəmişəm ki, həmişə bir yerdə olaq, amma ola bilmədik. Onu da deyim ki, Ofeliya elə olmayıb ki, məni elə vəziyyətə salsın ki, onu qısqanım, biz həmişə bir-birimizi çox istəmişik. Nə isə teatr aləminə girişəndən, oynayandan sonra bizim öz oynadığımız materiallar bizə düşmən oldu. İstər-istəməz bizdə belə fikir formalaşdırdı ki, biz qısqancıq, nə bilim nəyik. Axı biz elə deyildik...

- Siyavuş müəllim, sizin başqa qadınlarla münasibətiniz olmuşdu?

- Olub, hə. İş münasibətləri. Başqa heç nə yox.

- Amma eşitdiyimə görə Ofeliya xanım sizi buna görə bağışlaya bilmədi.

- Yox.

- Mehriban qonşular kimi bir evdə yaşayırdınız. Yəqin ki, indi o evdə Ofeliya xanımın yeri görünür.


- Əlbəttə. Ofeliyanın yoxluğu onun nə qədər dəyərli olduğunu, nə qədər sevimli olduğunu düşünmək üçün mənə imkan verdi. Bu, çox qəribə bir hissdir, insan bunu zamanında dərk edə bilsə, bəlkə də heç səhv etməzdi.

- Sənət aləminizdə nə var, nə yox?

- Sənət işlərimiz çox qısqanclıqla gedir. Hələ bilinmir ki, axırı nə olacaq. İndi təzə müdiriyyət gəlib. Kiminlə necə olacaq, kimi bəyənəcək, kiminlə işləyəcək, bunu da gələcək göstərər. Gələcəkdə sənətdən uzaqlaşmaq məsələsi var. Kimi bu sənətdən uzaqlaşacaq, kimi başqa yolla gedəcək. Mənə elə gəlir ki, bu sənəti sevənlər biləcəklər ki, sənətə yalnız elə belə adamlar yaraşır.

- Deyirsiniz qısqanclıq var. Bu hisslər təzə müdiriyyətlə gəlib?

- Təzə müdir də savadlı adamdır. O, əvvəl özü də sənətdə olub. İndi ayrılıb gəlib düşüb bu aləmə. O adam da bu işi necə aparacaq, necə bilir, necə görür, bu da onun öz zövqünə uyğun olacaq və necə alınacağı da gələcəyin işidir. Deməli, sənətdə bundan sonra bizi nəyin gözləməsi hələ məlum deyil.

- Siyavuş müəllim, elə bil ki, zamanında sözünü demiş sənətkarlar bu gün nəyinsə növbəsində durublar, elə bil sənət də sizinlə birgə durub. Sanki yeni sənətkar nəslinin yetişməsi prosesi dayanıb.

 - Demək olar ki, bizim aləm xırda-xırda öz vaxtını qurtarır. Təzə aləmlər var. Sənəti başqa cür qavrayıb bilənlər oturub düşünürlər ki, necə olmalıdır. İndi vaxtilə oxuduğun, gördüyün əsərlər bu gün tam başqa səpkidə yenidən təqdim olunur. Vaxt olub ki, məsələn, «Otello»nu, yaxud digər obrazları başqa cür başa düşüblər, indi yeni üslubda oynayırlar. İndi bunlar tutacaqmı, tutmayacaqmı, hələ bilinmir, götür-qoy edilir. İndi hələ fikirləşirlər ki, həyat necədir. Hələ bu dövrün nəbzini tutmaq üçün nəsə axtarırlar. Bəlkə onun nə olduğunu biləndən sonra nə isə ortaya çıxara bildilər. İndi bizə tətil veriblər. Hələ bir aydan sonra həyat necə başlayacaq, nə cür iş olacaq, bunu da gələcək göstərər.

- İndinin nəbzinə uyğun siz özünüz üçün nə gözləyirsiniz?

- Qızım, indi mənim cavanlıq dövrüm deyil. Elə dövrüm də deyil ki, başqa cür başlayım. Mən elə necə olmuşam, elə də qalacam. Kimi qane edəcəyəm qalacağam, qane etməyəcəyəm gedəcəyəm.

- Düşünürsünüz ki, artıq bu dövr üçün kiməsə lazım olmayacaqsınız?

- Mən heç cür onu fikirləşə bilmərəm. Eyni zamanda fikirləşə bilmərəm ki, həyatı tutub duracam. İndi zamanın, həyatın özünü tutub durmaq olmaz. Elə adamlar var ki, onların planları başqadır. Mənə elə gəlir ki, bu planların baş tutub-tutmayacağını zaman, həyatın özü, gələcək göstərir. «Naxal» olub həyatda qalmaq, tələb eləmək də, düzgün deyil. Düzgünü odur ki, zamanla ayaqlaşasan, işləyəsən.


"O səviyyədə aktyorları görmürəm"


- Siz zamanın axarından nə gözləyirsinz?

- Mən istərdim ki, Allah tərəfindən mənə əməlli başlı elə bir gün verilsin ki, o işdən, o gündən hər bir vaxt razı qalım, qane olum. Gələcəyə qarşı çıxmaq istəmirəm, zamana qarşı çıxmaq istəmirəm. Mən bunu hər vaxt istəmişəm. Hər aləmin öz dövrü var. O dövrün gecəsi də var, gündüzü də var. O bilməlidir ki, nəyi bacarar, nəyi bilər.

- Allahdan yaxşı gün, yaxşı həyat, sizi qane edən iş istəyirsiniz. Bəyəm Allah bunu sizə verməmişdi?

- Yox, nə lazımdırsa, nəyi istəyirəmsə, istər yaxşı osun, istər pis olsun, Allah onu mənə verib. Razıyam. Gələcəkdə mən də istərəm ki, həyatda elə adamların arasında olum ki, mənim sözümün cavabı olsun. İstər-istəməz sayılım. Olmayacaqsa, heç olmasa yaxşıdır. Bilirsiniz, hər adamın sənətdə özünün öz cavabı var. Çünki o adamın dərrakəsi, danışığı, ağlı var. Onu saxlaya biləsən, axıra qədər sözünü deyə biləsən, deməli kişisən. Yoxsa, elə yox…

- Elə danışırsınız ki, sanki dövrünüz bitib.

- Yox, mən elə düşünmürəm. Ona görə deyirəm ki, hər dövrün öz adamları, öz günü, öz güzəranı var. Əgər o yer doludursa, o yer xoş keçirsə, sənli, ya sənsiz, o, Allaha xoş gələr.

- Siyavuş müəllim, bu gün siz öz ətrafınızda sözünüzü deyib, cavab ala biləcək aktyorları görürsünüz?

- Yox, əlbəttə o səviyyədə deyillər. İndi də yaxşı gün üçün çalışan adamların öz sözü var. Əlbəttə, onlardan çox şey asılıdır. Bəlkə yaşayış elədir ki, gərək belə hallarla razılaşasan...

- Aktyor olmaq istəyən gənclərin daha çox maddiyyat güdməsinə necə baxırsınız?

- Hər dövrün bir tələbi var. Ola bilər o dövrlə ayaqlaşa da biləsən, ayaqlaşmaya da. Elə gün ola bilər ki, sən lap dövrün adamısan və qarşına çıxan sualların da cavablarını yaxşı verirsən. Elə vaxt da olur ki, dövrün nəbzini tuta bilmirsən. İtirirsən. Ya elə olur, ya belə. Birdə ki, axı bu həyatla da birdən xudafizləşmək olmaz. Ayaqlaşmaq, yolunu tapmaq, fikir demək üçün gərək biləsən ki, lazımsan, yoxsa lazım deyilsən. Doğrudan da indi həyat başqa cürdür. O vaxt başqa cür idi. Bunları gərək sübut edəsən.


"Onu inandırmaq lazımdır ki, insan kimi yol getsin"


- Siz də cavanları günahkar bilirsiniz ki, öyrənmək istəmirlər?

- Bəli. Mən elə cavan vaxtlarımda da həmişə öyrənmək istəməyənləri günahlandırmışam. Amma yeri gələndə, nəsə öz yerində olmayanda. Düzgün olmayanda, mübahisə də etmişəm. Hər halda, bir işi görməzdən əvvəl adam fikirləşməlidir də.

- Bəlkə onlar da nəbzi bu cür tutur? Bəlkə həmişə neqativ hallara qarşı çıxıb günahkar axtaranların özləri dövrünün nəbzini tuta bilməyənlərdir?

- Onlar öz aləmində elə başa düşürlər ki, bu, düzgün deyil və mübarizə aparırlar. Ona da başa salmaq lazımdır ki, bu, belə deyil, elədir. Nə qədər belə adam olsa da, hamısı deyil, maarifləndirici, tərbiyəedici vasitələrlə təbliğat aparmaq lazımdır. Elə şeylər var ki, onunla ayaqlaşmaq lazımdır. İnsanı inandırmaq lazımdır ki, o, insan kimi yol getsin. Bu yöndə təbliğat zəifdir. İndi çox yüngüllüyə varırlar, başqaları da elə bilir ki, hayat elə bu cürdür. Belə olmaz.

- Siyavuş müəllim, dünən necə idiniz, bu gün necəsiniz?

- Mənim fikrimdə dəyişən bir şey yoxdur. Ona görə ki, mən fikirlərimi elə hala salıram ki, oynadığım obrazlarla öz çərçivəmə daxil olsunlar. Gedib hardansa başqa şey axtarıb tapmıram. Fikirlərimi azdırmağa qoymuram. Adam var bunu bilmir, uyur. Adam var bilir, qoymur. Belə də götürəndə axı mənim də düşüncəm onun düşüncəsi kimi deyil. Mən onu çalışıb öz düşüncəmə uyğun dəyişirəm. Özümünkünü ona təlqin edirəm. Alınırsa, məndə yaxşıdır. Alınmırsa, deməli mənim düşüncəm zəifdir. Mən düşüncəmi roluma verirəm və axırda da mənim düşüncəmə uyğun olan obraz alınır.


«Bu gün teatrların teatrsız gələcəyinə baxa bilmirəm»



- Deyisiniz sizdə dəyişən heç nə yoxdur?

- Yox, heç nə. İndi yəqin get-gedə dəyişəcək. Mənim düşüncəmlə razı olan razıdır, razı deyilsə, neyləyək. Məsələn, mən belə deyirəm, sən belə. Əgər mən güclüyəmsə, mən deyən keçir. Hər halda, mən belə şeylərdən çox razı qalmışam.

- Siyavuş müəllim, doğrudanmı indi sizin kimi sənətkarlar vaxtını daha çox fikirləşməklə doldururlar?

- Bilirsiniz, söz adamı maraqlandırırsa, insanı yolundan çıxarıb, başqa yola salırsa, onun yaşayışını dəyişirsə, bu, əlbəttə ki, yaxışıdır. Yoxsa elə-belə, boş-boşuna olanda, mənasızlaşır. Onu hər yerdə deyirlər.

- Aktyor sənəti maddi təminatçınız ola bildi?

- Bəli. Bilirsiniz qızım, zəmanə çox çətindi. Gərək gəlib elə bir yer tutatsan ki, bu yerdə sən sözünü deyə biləsən. Ona görə də həm savad, həm bilik, bəxt-tale - bunlar hamısı düz getməlidir. İnsanlar da yolunu dəyişməlidir, yalnız sənətin yolu ilə getməlidir. Mən bu vaxta qədər sənətimin, istəyimin yolu ilə getmişəm və həmişə onun sahibi olmuşam. Gəlib o mərtəbəyə qədər çıxmışam ki, rejissora da, direktora da lazım olanda sözümü deyə bilmişəm.

«Həqiqi gülüşü yaradanlar yoxdur»


- «Hicran»da Nəsibə Zeynalova, Hacıbaba Bağırov və Siyavuş Aslan üçlüyü tamaşaya can verir. O, bir əfsanəvi tamaşaya çevrildi. İndi elə bir samballı tamaşa hazırlanmış olsa, kimlərlə oynayardınız?

- Təbii ki, köhnələr yoxdur, kim varsa, onunla. Çox filimlərdə çəkilmişəm, onlardan danışmayaq. Həmin filimlər gəncliyimdə olub, ürəyimi də keçmişə vermişəm aparıblar. Aparıblar, sağlıqla aparsınlar, lazımdırsa saxlasınlar.

- Kim aparıb ürəyinizi?

- Tamaşaçılar.

- Siyavuş müəllim, çox aktyorlar var ki, televiziyaların təqdim etdiyi bir çox layihələrdə iştirak edirlər. Buna necə baxırsınız?

- Mən ümumiyyətlə, bu gün teatrların teatrsız gələcəyinə baxa bilmirəm. Bunlar hamısı teatrsız gələcəkdir. Məncə teatrlı günlər başqa cür keçməlidir. Başqa səpkidə olmalıdırlar ki, bunlar istəkli olsunlar, sevilsinlər.

- Başqa səpki deyəndə nəyi nəzərdə tutursunuz?

- Məsələn, apardığı rol hər cəhətdən ona uyğun gəlirsə, qıraqdan kiminsə nəsə deməsi nəyə lazımdır? Məsələn, bəziləri yalandan gülür, yalandan danışırlar, bunlar axı nəyə lazımdır?

- Siyavuş müəllim, vaxtilə sizin yaratdığınız o xoş gülüşə çox ehtiyacımız var. Necə edək ki, bu təlabat ödənsin?

- Bu gün həqiqi gülüşü yaradanlar yoxdur. Düz deyirsiniz, yaxşı şeyə hamının ehtiyacı var.


«Biz də qadın rolunu oynamışıq, amma kiminsə arvadını-bacısını əcaib formalarda təqlid etməmişik»




- İndi hansı gülüş meydan sulayır?


- Gülüşün də dövrü var, adamları var. Gülüşün də növləri var. Onların öz baxışı var. Bunu onların əlindən almaq olmaz. Yazıqdırlar. Bizim dövrdə arvad paltarı geyinmək olub. Amma elə belə, zarafatyana. O vaxt biz də qadın rolunu oynamışıq, amma kiminsə arvadını, bacısını əcaib formalarda təqlid etməklə yox. Belə şeyləri görənlər onu tənqid eləməldilər ki, belə aktyorlar da öz çəkilərini bilsinlər. Kim necə gəldi, nə istədi oynaya bilməz axı. Tənqid olunmalıdır, o aktyar da bilməlidir ki, oynadığı pis qarşılandı. Bu iş yazarların üzərinə düşür. Hər şeyi sənətçilərdən ummaq düzgün deyil. Çünki sənətçi öz sənətinin halına qalıb. Bunu bilən adam, başı çıxan adam, belə sənətçiləri açıq şəkildə biabır eləməlidir ki, utanmırsan belə edirsən?! Nəticəsi oldu-olmadı, tənqid olmalıdır. Amma yüngül meylli, zövqü korlanan tamaşaçılar da var...


«Ziyalıların Qarabağa getməsi düzgün deyil»



- Siyavuş müəllim, ziyalılarımız Dağlıq Qarabağa getdilər, nə isə münaqişənin nizamlanması istiqamətində bu da bir yol kimi götürülür. Buna necə baxırsınız?

- Mənim ən yaralı, xəstə yerim elə Dağlıq Qarabağ məsələsidir. Ermənilər heç münaqişə istəmir, bunu eləyən yan-yörədir. Bu işdə vasitəçi olanlar da söhbətləri fırladır. Ziyalılarımızın da işğal altında qalan Qarabağa getməsi düzgün deyil. Biz ora getdikcə, onlar şişirlər.

- Siyavuş müəllim, toylara gedirsiniz?

- Yox. Mən toylara getmirəm. Cavanlıqda olub. Amma az. Bizim toylarda "mənəm-mənəm" deyirlər, özlərini göstərirlər. Yalandan görüşürlər, guya dostcasına ayrılırlar, hamısı da boşdur. Amma istər ev sahibi, istər müğənnilər - hamı boş-boş, şit şeylərdən gərək əl çəkələr. Millətin adət-ənənələri var, indi gəlini gülə-gülə yola çıxarıb, yola salırlar.

- Lap «Bəyin oğurlanması» filmində olduğu kimi. O cür toylarımız istərsiniz olsun?

- Bunlar hamısı qondarma şeydir. İndi elə toylarımız yoxdur. Kimsə qorxmayıb bəyi oğurlayırsa, ona "malades". İndi ağıllı adamlar düşünməlidir ki, necə eləmək lazımdır ki, yaxşı adətlər qalsın, pisi düzəltsinlər. Bunu da ailə başçısı fikirləşməlidir.


«Xoşbəxt idim ... »



- İndi ailənizdə neçə nəfərsiniz?

- Heç kim, evdə mənəm, oğlumdur. İki oğlum var, nəvələrim var.

- Nəvələriniz aktyor olmaq istəmirlər?

- Hələ birinin 2, birinin 3, birinin 7, birinin 8 yaşı var.

- Onlar barəsində nə fikirləşirsiniz?

- Heç bir şey.

- İstərdiniz aktyor olsunlar?

- Hə. Amma hələ balacadırlar.


"Bircə Ofeliyayla yaşadığım illəri unuda bilmirəm..."




- Xoşbəxtsiniz, Siyavuş müəllim?

- Xoşbəxt idim...
Mən teatr aləmində həmişə xoşbəxt olmuşam. Həmişə istədiyim yerdə olmuşam, istədiyim yerə aparıblar, gətiriblər. Bircə Ofeliyayla yaşadığım illəri yadımdan çıxara bilmirəm, gərək o, mənimlə belə etməyəydi...

- Nə etməyəydi?

- Ayrıldı da məndən, daha nə etməliydi?

- Siz oynadığınız rollarda daha çox kaprizli insan xarakterini göstərirsiniz. Həyatda da belə kaprizləriniz var?

- Heç onun nə olduğunu bilmirəm. Rollarımda olubsa, görünür, gülüş xətirinə eləmişəm.

- Ofeliya Aslan... Sözümüzü onunla bağlı xatirələrlə başladıq, elə onunla da bitirək. Neçə vaxtdı artıq yoxdur?

- 51 gündən çoxdur...

- Fikirləşirsiniz onu?

- Bilirsiniz, fikrilşəndə özüm də pisləşirəm.

- Bizim bir təsəlliverici sözümüz ola bilər - olan oldu, keçən keçdi, ölənlə ölməzlər, gərək gələcəyə baxasan.

- Gələcəyim var ki, ona da baxım? Bundan sonra hansı gələcək?

- Niyə belə bədgümansınız?

- Nə bilim, həyat... həyat... İnsanlar, dünyaya gəlir, bir-birini başa düşür, bir-birini sevir. Niyə axı bunun dağılmasına imkan verirlər?

- Yəqin, bu da həyatın özünün açılmamış bir fəlsəfəsidir.
Düşündükcə, yeni fikirlər mütləq meydana gələcək. Yaxşısı budur heç düşünməyəsən.

- Bəlkə də, ola bilər.

- Təşəkkür edirəm, Siyavuş müəllim. Bu xəstə halınızla zəhmət çəkib redaksiyamızda qonağımız olduğunuz üçün çox sağ olun.

- Nə zəhmət, borcumuzdur. Xalqa xidmət eləmək sənətçinin işidir. Biz bunu deyirik ki, qoy gənclər boş-boş şeylərə uyub, ailələrini dağıtmasınlar. Boş şeylərə bel bağlayıb bir-birinizin ürəyini sındırmayasınız, ürək yaxşı, lazımlı bir şeydir...

Tahirə Qafarlı
Milli.Az

--------------------------------------------------------------------------------

Foto Milli.Az

URL: http://www.milli.az/news/culture/17466.html

Səhvlər barədə məlumat vermək
Dosta tövsiyə
Sizin A.S.A.:
Sizin E-mail ünvanınız:
Dostunuzun A.S.A.:
Dostunuzun E-mail ünvanı:
 
Oxunub: 2604
Çap üçün versiya
 
Bölmənin digər xəbərləri Mədəniyyət
07 Sentyabr 2010 [15:05]
NEXT “Hollywood Smile in Baku 2010”-nun siması seçildi
07 Sentyabr 2010 [11:03]
Azərbaycanda erməni qızı ilə azərbaycanlı oğlanın sevgisindən bəhs edən film çəkilir – EKSKLÜZİV
06 Sentyabr 2010 [16:42]
Bakıda Tovuz aşıqlarının konserti olub
06 Sentyabr 2010 [14:35]
Kişilər qadınların gözü ilə təqdim olunacaq
06 Sentyabr 2010 [12:15]
“Qəzan mübarək, Paşam” filminin təqdimat mərasimi keçiriləcək
05 Sentyabr 2010 [15:24]
Milli.Az-da "Həftəsonu qiraət": Hələ nə görüb ki, on beş yaşı var
04 Sentyabr 2010 [15:26]
Milli.Az-da "Həftəsonu qiraət": “Səni gözləyəcəm”
04 Sentyabr 2010 [10:29]
Səyavuş Aslanov "Azərbaycan Prezidentinin fəxri diplomu" ilə təltif edilib
03 Sentyabr 2010 [11:13]
Bəhram Bağırzadə: «Bir balaca səlahiyyətim olsaydı, çoxdan o kişiləri Sibirə, o qadınları da Ramanıya göndərərdim»
02 Sentyabr 2010 [16:23]
Gənc Tamaşaçılar Teatrı yeni tamaşalar hazırlayır
02 Sentyabr 2010 [11:56]
Azərbaycanda yeni film çəkildi
02 Sentyabr 2010 [11:34]
Venesiya kinofestivalı başladı - FOTOSESSİYA
02 Sentyabr 2010 [10:30]
Azərbaycanda fransalı kabus dolaşır!
01 Sentyabr 2010 [20:27]
Azərbaycanın görkəmli kino xadimlərinin yubileyləri keçiriləcək
01 Sentyabr 2010 [14:26]
Cizgi filmi 1 milyard dollardan çox gəlir gətirdi
01 Sentyabr 2010 [09:07]
Azərbaycanlı memar Türkiyədə “Bozqurd” abidəsi ucaldacaq
31 Avqust 2010 [16:19]
Məşhur rejissor Eldar Ryazanov xəstəxanaya yerləşdirilib
31 Avqust 2010 [09:46]
Cavanşir Quliyev: “Qəfildən bıçağı qızların yanaqlarına yapışdırdım...”
30 Avqust 2010 [17:42]
Şövqi Hüseynov - təkbaşına "kontrabas"da! - FOTO
30 Avqust 2010 [16:44]
Maykl Ceksonun ad günü münasibətilə Bakıda möhtəşəm fleşmob keçirilib - VİDEO
30 Avqust 2010 [16:23]
“Emmi” mükafatları təqdim olundu - FOTOSESSİYA
30 Avqust 2010 [16:05]
Bakıda Rok Festivalı keçiriləcək
30 Avqust 2010 [14:05]
“Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalının keçirilməsi sual altındadır
29 Avqust 2010 [13:38]
Milli.Az-da "Həftəsonu qiraət": Etiraf
28 Avqust 2010 [20:19]
Milli.Az-da "Həftəsonu qiraət": Sevgililər
27 Avqust 2010 [21:27]
Azərbaycan karikaturasının "atası"nın kitabı çıxacaq
27 Avqust 2010 [17:06]
Bakıda qeyri-adi sərgi açılacaq
27 Avqust 2010 [09:58]
“Romeo və Cülyetta” 30 ildən sonra … - FOTO
26 Avqust 2010 [19:49]
Millətin vəkili, mədəniyyətin elçisi!
26 Avqust 2010 [19:16]
Xalq şairi Zəlimxan Yaqubun "Peyğəmbər" əsəri Təbrizdə çap olundu
26 Avqust 2010 [14:20]
Amerikanın məşhur rok qrupu Sumqayıtda konsert verdi
26 Avqust 2010 [13:23]
“Türkiyədə Muğam Fırtınası 2” silsilə konsertləri keçiriləcək
25 Avqust 2010 [19:27]
Ankarada Azərbaycan Gecəsi keçiriləcək
25 Avqust 2010 [19:00]
Xalq artisti Ramiz Məlik Üzeyir Hacıbəyli obrazında
24 Avqust 2010 [15:42]
Alim Qasımov azan ifa etmək arzusundadır
24 Avqust 2010 [13:09]
Azərbaycanda ilk dəfə açıq havada film nümayişi olacaq
24 Avqust 2010 [10:59]
Mübariz İbrahimov haqqında klip çəkildi
23 Avqust 2010 [13:50]
Azərbaycan xalq mahnıları erməni mahnısı kimi təqdim olundu!
23 Avqust 2010 [10:37]
Niyaməddin Musayev: "Yamsıladığın sənətkarın özü var da, ikincisi nəyə lazımdır?"
23 Avqust 2010 [09:23]
Milli Teatr Festivalının növbəti mərhələsi payızda olacaq
22 Avqust 2010 [16:24]
Azərbaycan teatrı beynəlxalq festivala gedir
22 Avqust 2010 [14:53]
Niyazinin heç yerdə səslənməyən əsərləri nəşr olunacaq
22 Avqust 2010 [13:27]
Milli.Az-da "Həftəsonu qiraət": Qorxu
21 Avqust 2010 [20:34]
Milli.Az-da "Həftəsonu qiraət": Gülüş və göz yaşları
21 Avqust 2010 [11:19]
Hüseyn Cavidin miniatür kitabı çap olundu
21 Avqust 2010 [10:50]
15 rəssam 40 əsərlə Almaniyaya doğru
20 Avqust 2010 [12:23]
Rok gecəsində Nəsiminin, Füzulinin qəzəlləri oxunacaq
19 Avqust 2010 [20:51]
İraqın incəsənət xadimləri Bakıda keçiriləcək Beynəlxalq Muğam Festivalına dəvət olunublar
19 Avqust 2010 [18:44]
“Bakı Caz Festivalı”na hansı dünya şöhrətli ifaçılar gələcək?
19 Avqust 2010 [14:51]
Azərbaycan filmi "Qızıl minbər" festivalında xüsusi mükafat aldı - FOTO
19 Avqust 2010 [10:55]
Rüstəm İbrahimbəyov: "Fuad Poladova qarşı kobudluğa yol verdiyimi etiraf edirəm"
18 Avqust 2010 [22:25]
Bakıda Maestronu anacaqlar
18 Avqust 2010 [16:35]
Azərbaycanlı cazmen ABŞ və Avropanı fəth etməyə hazırlaşır
18 Avqust 2010 [14:15]
Bəstəkar Rafiq Babayevin şəxsi arxiv fondu yaradıldı
18 Avqust 2010 [09:17]
Moskva metrosu: Oxuyur Müslüm Maqomayev
17 Avqust 2010 [18:06]
İranda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
17 Avqust 2010 [16:28]
Cavid Səmədov: "İkinci Müslüm Maqomayev axtarmağa dəyməz" - FOTO
17 Avqust 2010 [14:28]
"Azdrama"nın direktoru: "İşləyə bilənlər qalacaq, işləyə bilməyənlər gedəcək"
16 Avqust 2010 [19:50]
"Azdrama"da islahat aparılacaq
16 Avqust 2010 [18:25]
Nazir Gənc Tamaşaçılar Teatrında baş qaldıran narazılığa münasibət bildirdi
 Son xəbərlər
08 Sentyabr [02:09]
Avro-2012: Alman maşını Azərbaycan millisini acı məğlubiyyətə uğratdı - NƏTİCƏLƏR
08 Sentyabr [01:27]
Türkiyədən Moskvaya uçan təyyarə qəza enişi etdi
07 Sentyabr [23:58]
Prezident İlham Əliyev: "Azərbaycan xalqı həmişə olduğu kimi, yenə də həmrəylik göstərdi" - YENİLƏNİB
07 Sentyabr [22:35]
«Real» Almaniya millisinin daha bir üzvünə elçi düşüb
07 Sentyabr [21:08]
Gürcüstan Rusiya ilə danışıqlara hazırdır
07 Sentyabr [20:34]
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
07 Sentyabr [20:28]
Saatda 210 kilometr sürətlə hərəkət edən «masa» - FOTO
07 Sentyabr [20:09]
Azərbaycanın birinci xanımı Bakıda yenidən qurulan parkla tanış olub - FOTO
07 Sentyabr [20:03]
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni tikinti məsələsini öyrənəcəklər
07 Sentyabr [19:53]
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkiyənin Bilkənd Universitetinin rektoru Əli Doğramacı ilə görüşüb
07 Sentyabr [19:40]
“İnsan Naminə” seçki bloku qeydiyyat üçün sənədlərini MSK-ya təqdim edib
07 Sentyabr [19:28]
“Trabzonspor” yığmamızın 4 oyunçusu ilə müqavilə imzalayıb
07 Sentyabr [19:16]
BQXK şəhid zabitlə bağlı Ermənistana müraciət edib
07 Sentyabr [19:04]
Milli Məclisin deputatı AŞPA-nın Monitorinq Komitəsinin iclasında iştirak edəcək
07 Sentyabr [18:55]
Xoşbəxt olmaq üçün nə qədər pul lazımdır?
07 Sentyabr [18:46]
Avropa Tələbələr Birliyinin nümayəndələri QHT-lərə Dövlət Dəstəyi Şurasında olublar - FOTO
07 Sentyabr [18:39]
Piter Semnebinin səfəri başa çatdı
07 Sentyabr [18:23]
Məhkəmədə hərbçilərin erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığı sübutunu tapmadı
07 Sentyabr [18:15]
“İnsan naminə” blokunun nümayəndələri Piter Semnebi ilə görüşüblər
07 Sentyabr [18:06]
Güləşçimiz finala vəsiqə qazandı - VİDEO
07 Sentyabr [18:00]
Azyaşlı uşaq anası özünü öldürdü
07 Sentyabr [17:54]
Bernar Fasye: “Tərəflərə dekabra kimi nəzərə tutulan görüşlərin proqramını təklif etmişik”
07 Sentyabr [17:50]
Sentyabrın 8-nə olan oruc təqvimi
07 Sentyabr [17:41]
Hidayət Orucov: "Qurani-Kərimin düzgün təbliğ edilməsi böyük əhəmiyyət daşıyır" - FOTO
07 Sentyabr [17:32]
Qadınlar üçün xoşbəxtlik yaşı hansıdır?
07 Sentyabr [17:24]
Dağıstanda baş vermiş partlayış azərbaycanlı sərnişinlərin hərəkətinə mane olmayacaq
07 Sentyabr [17:16]
Koreya səfiri Strateji Araşdırmalar Mərkəzində olub
07 Sentyabr [17:05]
Ermənistan «Sürix prosesi»ndən çıxmağa hazırlaşır
07 Sentyabr [17:01]
Bakıda ev-alqı satqısı ofisinə baqsın edildi
07 Sentyabr [16:56]
MSK parlament seçkilərində səsvermə günü istifadə ediləcək sənədlərin siyahısını açıqladı
07 Sentyabr [16:50]
Borc pul üstündə qan töküldü
07 Sentyabr [16:36]
İtinin yuvasından adam başı tapdı
07 Sentyabr [16:28]
Ermənilər həmsədrlərdən narazıdır
07 Sentyabr [16:21]
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin internet səhifəsi yeniləndi
07 Sentyabr [16:13]
Dünyanın ən tünd arağı hazırlandı
07 Sentyabr [16:06]
Ermənistanda qiymətlər od tutub yanır
07 Sentyabr [15:59]
Fransada həyat durdu
07 Sentyabr [15:52]
Tovuzun meyvə bağları yandı
07 Sentyabr [15:44]
Ceymi Karrager öz qapısına penalti vurdu-VİDEO-FOTO
07 Sentyabr [15:38]
Bakıda pul siyasəti ilə bağlı seminar keçirilir
07 Sentyabr [15:29]
"Qarabağ" Seçki Bloku emblemini təsdiq etdi - FOTO
07 Sentyabr [15:21]
Sumqayıtda bıçaqlanma oldu
07 Sentyabr [15:13]
Sosial-demokratlar seçkilərdə dörd namizədlə iştirak edəcəklər
07 Sentyabr [15:05]
NEXT “Hollywood Smile in Baku 2010”-nun siması seçildi
07 Sentyabr [14:58]
Bakıda mədəniyyət evi yandı
07 Sentyabr [14:50]
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etdi - FOTO
07 Sentyabr [14:43]
Azərbaycana taxıl gətirən qatar partladıldı
07 Sentyabr [14:35]
Bakıda oğul anasının evini qarət etdi
07 Sentyabr [14:28]
Asim Mollazadə Polşa İqtisadi Forumunda məruzə edəcək
07 Sentyabr [14:20]
Məleykə Abbaszadə Əflatun Amaşovun təklifinə “yox” dedi
07 Sentyabr [14:11]
TürkPA-nın baş katibi Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə toplantısında iştirak edəcək
07 Sentyabr [14:04]
Beynəlxalq Universitetin tələblərinin köçürülməsi ilə bağlı əmrlər sabah açıqlanacaq
07 Sentyabr [13:57]
Lənkəranda məscid yaxınlığındakı silahlı insidentlə bağlı saxlanılanlar var
07 Sentyabr [13:50]
Tikinti şirkətinə məxsus maşın adam öldürdü
07 Sentyabr [13:42]
BMT-də Azərbaycanın işğal olunmuş ərazilər ilə bağlı qətnamə layihəsinin müzakirəsinin vaxtı dəyişdirildi
07 Sentyabr [13:35]
Mobil telefonla danışarkən beyin qızır
07 Sentyabr [13:26]
Bin Ladenin evi hərraca çıxarılır
07 Sentyabr [13:16]
Milli Məclisin sədr müavini cəbhə bölgəsində olub
07 Sentyabr [13:10]
MTN əməkdaşı: “Azərbaycanda kibercinayətkarlıq halları artıb”
07 Sentyabr [13:01]
Vitali Rəhimov: “Bu, sadəcə bir güləş deyildi, əsl döyüş idi” - FOTO
07 Sentyabr [12:54]
Sarkisyan ikinci dəfə baba olub
07 Sentyabr [12:45]
Həmsədrlər Qarabağa Bakıdan gedəcək?
07 Sentyabr [12:38]
Veronika Kotek: “Avropa Şurası Azərbaycanda keçiriləcək Parlament seçkilərinə böyük əhəmiyyət verir”
07 Sentyabr [12:30]
Sərxoş Viktoriya Bekhem – FOTO
07 Sentyabr [12:24]
Bakıda qadına qarşı cinayət törədildi
07 Sentyabr [12:18]
Pakistan: dəhşətli fəlakətdən 1 ay sonra – FOTOSESSİYA
07 Sentyabr [12:11]
Sahibkarlığa Kömək Milli Fondu investisiya layihələrinin qəbuluna başlayır
07 Sentyabr [12:04]
Latviyanın eks-prezidenti Azərbaycana səfər edəcək
07 Sentyabr [11:58]
İcra Hakimiyyətinin şöbə müdiri maşınla keçmiş polis əməkdaşını vurdu
07 Sentyabr [11:50]
Ançelottinin gözü İngiltərə millisindədir?
07 Sentyabr [11:42]
Uşaq geyimləri və məktəbli ləvazimatları satışının monitorinqi aparılır
07 Sentyabr [11:35]
Cinsi azlıqları necə sıradan çıxarırlar: homosesksualları öldürməyin fəlsəfəsi
07 Sentyabr [11:28]
Gənc istedadların ayda bir dəfə konserti təşkil olunacaq
07 Sentyabr [11:20]
Məktəbli faciəvi şəkildə həlak oldu
07 Sentyabr [11:14]
“Təmiz Şəhər” ASC: Sürücülər zibili poliqon əvəzinə şəhərətrafı qəsəbələrə boşaldırlar
07 Sentyabr [11:03]
Azərbaycanda erməni qızı ilə azərbaycanlı oğlanın sevgisindən bəhs edən film çəkilir – EKSKLÜZİV
07 Sentyabr [10:57]
Berti Foqts: “Futbolçular özlərinə güvənirlər”
07 Sentyabr [10:50]
Şəmkirin ən yaxşı ustası özünü öldürdü
07 Sentyabr [10:43]
AFFA prezidenti milli komandanın üzvləri ilə görüşüb - FOTO
07 Sentyabr [10:36]
Daha bir məşhur aktyor «mavi» çıxdı
07 Sentyabr [10:30]
NATO Əfqanıstana əlavə 2 min hərbçi göndərə bilər
07 Sentyabr [10:22]
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Azərbaycana gəlib
07 Sentyabr [10:15]
Sabir Rüstəmxanlı: "Şəxsi qəzetində radikal olanın başqa yerdə səsi çıxmır"
07 Sentyabr [10:04]
Heydər Əliyev Fondunun “Şəkərli diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində 30 uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirib
07 Sentyabr [09:55]
Kondoliza Raysın Batumiyə müəmmalı səfəri
07 Sentyabr [09:48]
Azərbaycanda açılacaq yeni radioda kimlərə qadağa qoyulacaq? - FOTOSESSİYA
07 Sentyabr [09:40]
ATƏT sədri Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulmasını pisləyir
07 Sentyabr [09:34]
Heydər Əliyev Fondunun Rusiyadaki nümayəndəliyi Ramazan bayrami münasibətilə iftar süfrəsi açıb
07 Sentyabr [09:23]
Azərbaycan Prezidenti təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb
07 Sentyabr [09:20]
Güləşçimiz erməniyə qalib gəldi, üçüncü oldu - YENİLƏNİB-FOTOSESSİYA
07 Sentyabr [09:17]
Yunanıstan hökumətində ciddi dəyişikliklər edilib
07 Sentyabr [09:08]
Azərbaycan Prezidenti dövlət büdcəsinin vəsaiti hesabına təhsil alanların təqaüdlərini artırıb
07 Sentyabr [07:00]
Günün qoroskopu
07 Sentyabr [06:12]
Ərəb şeyxi Abramoviçi qabaqladı
07 Sentyabr [06:00]
Sentyabrın 7-nə olan hava proqnozu
07 Sentyabr [00:41]
Nazir: "Azərbaycanda internet qiymətlərinə yenidən baxılmalıdır"
07 Sentyabr [00:34]
Prezident İlham Əliyev: "Bəşəri dəyərlərə hörmətlə yanaşan, beynəlxalq birliyə inteqrasiya edən Azərbaycan islam həmrəyliyinə də töhfələrini əsirgəməyəcək"
06 Sentyabr [22:10]
"Bakı" "Qarabağ"ı məğlub edə bilmədi
06 Sentyabr [21:49]
Britaniyalı deputatın arvadı "gəzəyən" imiş - FOTO
06 Sentyabr [21:25]
Dünyanın ən kiçik adamı – FOTOSESSİYA
06 Sentyabr [20:41]
Sabiq mer həbs olundu
06 Sentyabr [20:14]
«Uşaq Eurovizion»unu azərbaycanlı tələbə aparacaq - FOTO
06 Sentyabr [20:04]
Azərbaycan Prezidenti Braziliyanın dövlət başçısını təbrik edib
06 Sentyabr [19:55]
Bayram Səfərov: “Ermənistanla Rusiya ilə imzaladığı hərbi müqavilədən işğalçı məqsədlər üçün istifadə etmək istəyir”
06 Sentyabr [19:37]
Devid Çambers: “Fəxr edirəm ki, dünyada ən uca bayraq dirəyini məhz Bakıda tikmişəm” - FOTO
06 Sentyabr [19:26]
Ermənilər XİN-in yarıtmaz fəaliyyətindən şikayətçidir
06 Sentyabr [19:02]
Niderlandın yeni səfiri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib-FOTO
06 Sentyabr [18:48]
Piter Semnebi: “Beynəlxalq ictimaiyyət Azərbaycandakı seçkiyə böyük diqqət yetirir”
06 Sentyabr [18:40]
Müğənni Rəqsanə reanimasiyaya köçürüldü - YENİLƏNİB
06 Sentyabr [18:34]
Nizami kinoteatrının qarşısında kişi özünü 6-cı mərtəbədən atmağa çalışır
06 Sentyabr [18:31]
Fransada müəllimlər küçələrə axışıb
06 Sentyabr [18:24]
Əli Əhmədov: “BMT-də müzakirəyə çıxarılacaq sənəd Ermənistanın təcavüzkar mahiyyətini bir daha dünya ictimaiyyətinə çatdıracaq”
06 Sentyabr [18:15]
Rusiyalı həmsədr də gəldi
06 Sentyabr [18:05]
Sentyabrın 7-nə olan oruc təqvimi
06 Sentyabr [17:59]
Həmsədrlər təmas xəttinə gedəcək
06 Sentyabr [17:50]
Dövlət Neft Fondunun üç illik maliyyə fəaliyyətinin auditini keçirəcək şirkət məlum oldu
06 Sentyabr [17:43]
İlqar Muradov qaranlıq səhnədə oxuyacaq
06 Sentyabr [17:36]
Azad Rəhimov: ““Velotrek”in satılması barədə məlumatlar əsassızdır”
06 Sentyabr [17:29]
MSK Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə Təqvim Planını təsdiqlədi
06 Sentyabr [17:25]
«Nokia» pornoulduzu soyundurdu – FOTO
06 Sentyabr [17:18]
Bakıda meksikalı iş adamları ilə görüş keçirilib
06 Sentyabr [17:10]
Azad Rəhimov: “Qadınlardan ibarət yığma komandanın bu vəziyyətdə olmasındansa olmaması yaxşıdır”
06 Sentyabr [17:05]
Əməkdar artist Ənvər Sadıqov Day.Az Radionun qonağı olub
06 Sentyabr [17:03]
Prezident İlham Əliyev Niderland səfirinin etimadnaməsini qəbul edib
06 Sentyabr [16:57]
Almaniya - Azərbaycan oyunu 11 ölkədə yayımlanacaq
06 Sentyabr [16:48]
Prezident İlham Əliyev Piter Semnebini qəbul edib
06 Sentyabr [16:42]
Bakıda Tovuz aşıqlarının konserti olub
06 Sentyabr [16:35]
Millimiz Almaniyada mətbuat üçün açıq məşq etdi - FOTOSESSİYA
06 Sentyabr [16:30]
Ermənistan inflyasiya içərisində boğulur
06 Sentyabr [16:23]
Niderland Krallığı Senatının sədri Azərbaycana gələcək
06 Sentyabr [16:17]
Amerikalılar üçün Əfqanıstan dəhşəti – FOTOSESSİYA
06 Sentyabr [16:11]
Venesiya Komissiyasının nümayəndə heyəti sentyabrın sonunda Azərbaycana səfər edəcək
06 Sentyabr [16:04]
Göyçaylı maşın zərbəsindən öldü
06 Sentyabr [15:58]
Almaniya millisinin ulduzu Azərbaycandan sürpriz gözləyir
06 Sentyabr [15:51]
Bu il orta məktəblərdə 1 milyon 400 minə yaxın şagird oxuyacaq
06 Sentyabr [15:46]
Beynəlxalq maliyyə institutları “Nabucco” üçün kreditlərin verilməsinə hazırlığa başlayıb
06 Sentyabr [15:40]
Türkiyədən «Playboy» qadağası
06 Sentyabr [15:32]
Odlu silah adam öldürdü
06 Sentyabr [15:26]
Bu il 49 yeni məktəb binası tikilib
06 Sentyabr [15:20]
Bakıda karate üzrə “Baku Open” beynəlxlaq turniri keçiriləcək
06 Sentyabr [15:14]
Müğənni Abbas Bağırov aparıcı olacaq
06 Sentyabr [15:07]
Bakıda ağır qəza: 1 ölü, 2 yaralı
06 Sentyabr [15:02]
Misir Mərdanov: “Məktəb direktorları və müəllimlərin böyük əksəriyyətinin qadın olması qəbuledilən hal deyil”
06 Sentyabr [14:55]
Sabah Abşeron yarımadasında isti diskomfort hava şəraiti bəzi insanlarda narahatlıq hissi yaradacaq
06 Sentyabr [14:50]
Şagirdlərin pulsuz dərsliklərlə təminatı üçün 8 milyon manat ayrılıb
06 Sentyabr [14:42]
Maştağa-Bilgəh yolunda ağır qəza
06 Sentyabr [14:35]
Kişilər qadınların gözü ilə təqdim olunacaq
06 Sentyabr [14:29]
Minsk qrupunun həmsədrləri cəbhə xəttində baş verən silahlı insidentlərə münasibət bildiriblər
06 Sentyabr [14:23]
Təhsil naziri: "ABU-nun tələbələrinin köçürüləcəyi özəl ali məktəblər müəyyənləşib"
06 Sentyabr [14:18]
QAT Serj Sarkisyanda kannibalizm əlamətləri görür
» Bütün xəbərlər


Bizimlə əlaqə: editor@milli.az
Copyright © 2010 Milli.Az
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Redaksiya saytdakı reklam materiallarının mətninə görə məsuliyyət daşımır.