Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Mədəniyyət

50 yaşlı fransız aktyoru gənc azərbaycanlı aktrisaya aşiq olur və...

29 Iyul 2010 [13:15] - MİLLİ.AZ
Rüstəm İbrahimbəyovun yeni filmi Milli Kino günündə təqdim olunacaq.
Avqustun 2-si, Milli Kino günündə “Kabusun gözüylə” adlı bədii filmin təqdimatı olacaq. “İbrus”
kinoşirkəti (Azərbaycan-Rusiya) və  “Toursky” Teatrının  (Fransa) birgə istehsalı olan filmin ekran
müəllifi tanınmış rejissor Rüstəm İbrahimbəyovdur.  

Milli.Az-ın verdiyi xəbərə görə, əsas rollarda Tofiq Mirzəyev, Mələk Abbaszadə, Fatimə İbrahimbəyova və “Toursky” Marsel Teatrının aktyoru Rişar Martin oynayır.

Filmdə, öz ölkəsində kifayət qədər tanınmış 50 yaşlı fransız aktyoru və incəsənətdə ilk addımlarını atan azərbaycanlı gənc aktrisanın münasibətlərindən bəhs olunur. Hadisələr 90-cı ilin yanvar ayında cərəyan edir.

Müstəqilliyə can atma yollarında dovlətimizi dəstəkləmək ümidilə Bakıya gələn fransız özündən 20 yaş kicik aktrisaya vurulur...

Filmin rejissoru Rüstəm İbrahimbəyovun sözlərinə görə, bu filmi  20 il əvvəl Fransa-Rusiya layihəsi çərçivəsində bir başqa fransız aktyorunun iştirakı ilə reallaşdırmaq niyyətindəydi. "Ancaq o dovrdə hər üç layihədən ikisi tozlanmış rəflərdə  “yatdığından” filmi ekranlaşdırmaq mümkün olmadı. İllər sonra Rişar Martinlə tanış oldum və kohnə ssenarini yeniləşdirib yeni qəhrəmanın ifasına uyğunlaşdırdım”.

R.İbrahimbəyovun sözlərinə görə, “Kabusun gözüylə” filmi  Azərbaycan-Fransa birgə kinematoqrafiyası arasında ilk tammetrajlı layıhədir: ”Bu kinoəsər özündə komediya, dram və tragedik məqamları əks etdirdiyinə görə, filmin janrını “həyat janrı” adlandırmağı daha
məntiqli bildim. Bu filmdə Rişar Martin özünü oynayır”.

Qeyd edək ki, “Kabusun gözüylə” filminin maliyyə büdcəsi 800 min AZN və 200 min avro təşkil edir.  

Sevda Babayeva
Milli.Az

--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
URL: http://www.milli.az/news/culture/17692.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1890

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: