Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Mədəniyyət

Milli.Az-da "Həftəsonu qiraət": Hələ nə görüb ki, on beş yaşı var

05 Sentyabr 2010 [15:24] - MİLLİ.AZ
Milli.Az Xəbər Portalı "Həftəsonu qiraət" layihəsi çərçivəsində oxucumuz Sevinc Arzulunun seirlərini təqdim edir.
Oxucularımızı indiyə qədər heç yerdə dərc olunmamış kiçik həcmli ədəbi-bədii əsərlərini (şeir, hekayə, esse və s.) yazılarını office@milli.az ünvanına göndərməyə dəvət edirik.

Oxucularımızın maraqlı yazıları saytda "Həftəsonu qiraət" bölməsində və xəbər lentində yerləşdiriləcək.



BU  ÇAĞINDA

Həyatın xoş anındasan,
Ol -şöhrətin şanındasan.
Sən fərəhin yanındasan,
Mən kədərin qucağında.

Sürüldüm eşq adasına,
Tuşlandım qəm qadasına.
Düşmüşəm dərd odasına
Üşüdürəm bucağında.

Qismətimdən var gileyim,
Ov ovlamaz qırğı leyim.
Əzabımı kimə deyim,
Ömrün-günün bu çağında.

 

OLACAQ

Könül üzüyünün almaz qaşı var,
Badamı gözləri, qara qaşı var.
Hələ nə görüb ki, on beş yaşı var
Bu qız kimin vəfadarı olacaq.

Bu yollar getdikcə uzanacaqdır,
Özünə yaşıl don qazanacaqdır.
Bu qızın oduyla qızınacaqdır,
Yayda da buzlayan soyuq olacaq.

Dünyanın ən ulu bir qüdrətindən,
Böyük sevgisindən,məhəbbətindən.
Bu qızın qəlbinin hərarətindən,
Yenidən yanacaq közərən ocaq.

KİMİ

Qara gözlərinin işığında mən,
İnan, yol gedərəm səhərə kimi.
Arada məsafə zaman ilə tən,
Uzanar rayondan şəhərə kimi.

Qüssədən, kədərdən kökəlirəm mən.
Həsərtin içindən dikəlirəm mən.
Deyəsən neçə il yol gəlirəm mən,
Gözümün yaşından qəhərə kimi.

Ulduzla doludur parlaq səmamız,
Həzin nəğmə deyər sərin səbamız.
Yenə də qaynayar qədim obamız,
Görərsən quzudan kəhərə kimi.

DÜNYA

 
Qayığım kürəkli olduğu qədər,
Boz səmam küləkli olduğu qədər.
Sən mənə gərəkli olduğun qədər,
Mən sənə lazımam, lazımam dünya.

O Ata Göydürsə, mən Ana Yerəm,
Fərəhi torpağa gübrə tək verəm.
Hələ oxunmamış gözəl bir şeirəm,
Zər ilə yazılan yazınam, dünya.

Arası kəsilməz leysan yağışam,
Kədərli payızam, qüssəli qışam.
Tanrıya ucalan nurlu alqışam,
Heç zaman artmayan azınam, dünya.

Sevinc Arzulu
Milli.Az
URL: http://www.milli.az/news/culture/18968.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1709

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: