Milli.Az Xəbər Portalı "Həftəsonu qiraət" layihəsi çərçivəsində oxucumuz Ruslan Məsləhətoğlunun “Səni gözləyəcəm” adlı şeirini təqdim edir.
Oxucularımızı indiyə qədər heç yerdə dərc olunmamış kiçik həcmli ədəbi-bədii əsərlərini (şeir, hekayə, esse və s.) yazılarını office@milli.az ünvanına göndərməyə dəvət edirik.Oxucularımızın maraqlı yazıları saytda "Həftəsonu qiraət" bölməsində yerləşdiriləcək.“Səni gözləyəcəm”Bu gün on dörd maydır...
Səni gözləyirəm, amma yoxsan,
Görən hardasan?!
Hamıdan soruşuram,
Gördüm deyən olmadı.
Sən mənim xəyalımdasan,
Bəlkə də bunu bilirsən,
Hiss etmirsən,
Çünki yanımda deyilsən.
Ətrafa göz gəzdirirəm,
Yerini görürəm,
Yerin boşdur, izin vardır.
Baxıram izlərinə,
Oturmusan, əlində güzgü
Özünə baxırsan,
Eybini axtarırsan,
Eybsizsən, güzgü də göstərmir onu,
Bu həqiqətdir, sən gözəlsən.
Hər gözəlin bir eybi var,
Sən gözəldə o da yoxdur.
Sən mələksən,
Xəyalımda uçursan,
Tutmaq istəyirəm, bacarmıram,
Çünki gördüklərim hamısı yuxu,
Bəzən yuxu gerçək olur,
Hər şey gerçəklikdə aydın olur.
Mənim yuxum aydın deyil,
Səm olmasan lazım deyil.
Həyatın gözəlliyi səndədir,
Sən olmasan həyat yoxdur,
Yoxluq özü bir boşluqdur,
O boşluqda sən də varsan,
Çünki yoxsan...
Amma səni gözləyirəm,
Gözləmişəm...
Gözləyəcəm...
Ruslan Məsləhətoğlur_meslehetoglu@yahoo.ru
Milli.Az