Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Mədəniyyət

Kişilər qadınların gözü ilə təqdim olunacaq

06 Sentyabr 2010 [14:35] - MİLLİ.AZ
İsveçrə İnkişaf və Əməkdaşlıq agentliyinin maliyyə dəstəyi ilə “MOTOR” Film prodakşn “Qadın” adlı mədəni-gender layihəsini təqdim edir.
Bu layihədə qadın rejissorlar film çəkəcək, baş qəhrəman isə kişilər olacaq. Təşkilatçıların Milli.Az xəbər portalına verdiyi məlumata görə, layihədə əsas məqsəd–qadınların yaradıcı potensiallarını nümayiş etdirmək, eləcə də beynəlxalq ictimaiyyətin diqqətini azərbaycanlı qadınlarının yaradıcı baxışlarına yönəltməkdir.

Artıq 3 rejissorun - Kəmalə Rzayeva, Nərgiz Bağirzadə və Ülviyyə Axundovanın ssenarniləri münsiflər heyəti tərəfindən seçilib.

Qeyd edək ki, sentyabr ayının 9-da iştirakçılarla görüş, ümumi proqramla tanışlıq olacaq. Layihə çərçivəsində Ramiz Fətəliyev, Alina Abdullayeva, Mariya Yatskova-İbrahimova, Cavad Əfəndiyev kimi tanınmış rejissorlar mühazirələr oxuyacaqlar. Bundan başqa, əməkdar incəsənət xadimi Ayaz Salayevlə görüş olacaq.

Günay
Milli.Az

URL: http://www.milli.az/news/culture/20508.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1780

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: