Azərbaycan Dövlət Filarmoniyasında Tovuz rayonunun ən yaxşı aşıqlarının iştirakı ilə konsert keçirilib.
Tamaşaçılar 30-dək tovuzlu aşığın mahir ifasından əsl estetik zövq alıblar. Ölkənin bu regionunun xalq folklorunun həmin janrını təmsil edən nümayəndələri Filarmoniyada 25 il bundan əvvəl çıxış ediblər. Konsertin bilavasitə təşkilatçısı kimi çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva bu faktı xüsusi olaraq qeyd etdi.
Konsert “Pöhrə” uşaq aşıq ansamblının çıxışıyla başlayıb, Məmməd Bozalqanlı və Mahmud Məmmədov kimi məşhur ustadlaradək, Tovuz aşıqlarının ən gözəl ifaçıları Filarmoniyanın səhnəsində çıxış ediblər. Tədbirdə aşıq sənətinin iki gözəl tanınmış ifaçısı - Zülfiyyə və Samirə də iştirak ediblər.
Çıxış edən aşıqlar təkcə öz ifa tərzləri ilə deyil, həm də geyim üslublarına görə fərqlənirdilər. Folklor janrının getdikcə daha çox nümayəndəsi hərbi geyim formasını mülki geyimlə əvəz edib- sadə köynək və ya adi kostyum geyinib.
Milli.Az