Milli.Az Xəbər Portalı "Həftəsonu qiraət" layihəsi çərçivəsində oxucumuz Sevinc Arzulunun seirlərini təqdim edir.
Oxucularımızı indiyə qədər heç yerdə dərc olunmamış kiçik həcmli ədəbi-bədii əsərlərini (şeir, hekayə, esse və s.) office@milli.az ünvanına göndərməyə dəvət edirik.
Oxucularımızın maraqlı yazıları saytda "Həftəsonu qiraət" bölməsində və xəbər lentində yerləşdiriləcək.
YANAN OCAĞIM Sənin xəyalının hüzurunda mən,
Başımı yuxarı qaldırammıram.
Sanki günahkaram hüzüründə mən,
Qaradan ağa yol saldırammıram.
Indi ağ göyərçin yuva salıbdır,
Qəmin tərk etdiyi mərd obasında
Həsrət hicran ilə tənha qalıbdır,
Xatirən közərir dərd sobasında.
Ölümün- saçaqlı şalın ucunda,
Axırın dünyanın son dayanacağı.
“Sevirəm”kəlməsi dilin ucunda,
Ürəyin atəşin yanan ocağı.
SAYIRAMNədən xatirələr olundu sürgün.
Nədən ilham pərim dayanıb küskün.
Cəmi bircə şeir yazmışam bu gün,
Özümü dünyanın şahı sayıram.
Kainat təmizlik hökümü qoyub,
Adını yarpaqlar tökümü qoyub.
Təbiət yenicə yükünü qoyub,
Onu əzizləyib zahı sayıram.
Gəl.yarım,sevdalar içində itək,
Qızılgül olaq da tikansız bitək.
Nədən sevilmədi o sevdiyi tək,
Dumanı aşiqin ahı sayıram.
SƏNİN OLACAMDemək sən haqlısan qorxularında,
Həyatın kədərli qoxularında.
Təkcə çin çıxmayan yuxularında,
Mən sənin olcam,sənin olacam.
Kainat fırlanır aram və asta,
Fələk öz işini görür də usta.
Dalımca danışan bivəfa dosta,
Mən qənim olacam,qənim olacam.
SƏNƏ ŞEİR DEDİM...Sənə şeir dedim ayrılıqdan mən,
Xəyala dalıban susub oturdun.
Sənə şeir dedim ayrılıqdan mən,
Dərindən “ah” çəkdin,köksün ötürdün.
Ahın duman olub göyə yüksəldi,
Yer üzü bir anda silkələndi,bax.
Dərədən,təpədən.dağdan səs gəldi,
Söyüdün saçları kilkələndi,bax.
Sənə şeir dedim ayrılıqdan mən,
Içim parçalandı,gözlərim doldu.
Sənə şeir dedim ayrılıqdan mən,
Kövrəlib titrəyən sozlərim doldu.
Gör necə hıçqırdı kədərli sözlər,
Hərə bir tərəfə üzünü tutdu.
Darıxma,bu şeirin sonunu gözlə
Deyən deyəcəyim bəndi unutdum.
Sənə şeir dedim ayrılıqdan mən,
Qəlbimə dammışdı.ayrılacağıq.
Daha görüş yeri olmaz göy çəmən,
Çətin ki həsrətdən sıyrılacayıq.
Qocalıb ahıllıq yaşına dolsan,
Həsrətin zəhmindən saralıb solsan,
Bir gün dağ başında ağ zirvə olsan,
Mən çənin olacam,çənin olacam.
HAMI KİMİNədən biz də hamı kimi bir olmadıq,
Qocalıban qarımadıq,bir solmadıq.
Hamı kimi birgə deyib-gülmədik biz,
Nə sevinci,nə kədəri bölmədik biz.
Sevənlər tək əl-ələcə gəzəmmədik,
Görüşə gedirik deyə bəzənmədik,düzənmədik.
Daranmamış qaldı ipək tellərimiz,
Leysan yağdı yağışımız,iti oldu sellərimiz.
Birgə şəklimiz olmadı:divardan da asaq,baxaq.
Birgə fikrimiz olmadı:nəyə isə yasaq baxaq.
Özümüz tək susduq,susduq,danışmadıq,
Biz bir gizli məhəbbətin atəşinə alışmadıq
Bəlkə, belə yaxşı imış.bəlkə belə,
Uymadıq biz şeytanın təlqin etdiyi fitnə-felə.
Ikimiz də alnıaçıq,göz önündə,
Oğulsansa bu həsrətin döz önündə
Mənim kimi.
GECƏ YAZDIĞIM ŞEİRGecə xəyalımda yazdığım şeir,
Çıxıb da yadımdan,neynəyim ki mən.
Sözünün içində azdığım şeir,
Çiçəkdi, dərmişdim şehli çəməndən.
Elə ayaqyalın,başı da açıq
Qol-qanad açırdım lap külək kimi.
Qarşımı kəsməzdi qara alaçıq,
Uçduqca uçurdum kəpənək kimi.
Eh, nədən unutdum o gözəlliyi,
O şeirdə dağların ətiri vardı.
Yerində boyası və göz ənliyi,
Üstündə buluddan çətiri vardı.
Indi ayılmışam,körpə uşaq tək,
Dodağım süd kimi qəndi axtarır.
Kaş yenə sözlərin içində itək,
Gözlərim misranı,bəndi axtarır
Indi başqa şeir yazıldı fövrən,
Duyğular könlümü çəkdi sınağa.
Ey şair,həmişə ilhama güvən,
Dönmə söz evində vaxtsız qonağa.
EŞQİMAyaqlarım hara gedir,heç özüm də bilmirəm ki,
Hicrin qara nişanını ağ alnımdan silmirəm ki.
Görürsən ki yaşayıram,sənsiz hələ ölmürəm ki,
Üz döndərib məndən yolun uzaqlara salan eşqim.
Nə mən çıxdım bu döyüşdən,nə də ki sən qalib oldun,
Seçdin başqa bir gözəli,özgəsinə talib oldun.
Əzəl belə deyildin heç,indi niyə zalim oldun,
Xatirəsi kölgə kimi xəyalımda qalan eşqim.
Yağış döydü,külək çırpdı vəslin yaşıl talasını,
Sel apardı al çöllərin süsənini,lalasını.
Öz əlinlə körpü üstdə tikdin həsrət qalasını
Dəmi dəmdən,qəmi qəmdən,məni məndən alan eşqim.
Dünya qədər etibarsız,sevgi kimi yalan eşqim.
Sevinc ArzuluMilli.Az