Azərbaycanın ev sahibliyi edəcəyi "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi məkan təsdiqlənib.
Trend-in müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, 57-ci "Eurovision" mahnı müsabiqəsi Bayraq Meydanında inşa olunan “Baku Crystal Hall”da baş tutacaq. Bu barədə qərar bu gün Avropa Yayım Birliyi (EBU) tərəfindən açıqlanıb.
Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən “Eurovision” müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.
May ayının 22-si və 24-də “Eurovision 2012”nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək. Müsabiqənin qaydalarına əsasən, 5 ölkə - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötənilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək.
Milli.AzBöyütmək üçün şəkillərə klikləyin.