КУПИТЬ СМАРТФОН СТАЛО ПРОЩЕ Azərbaycanın iş və işçi axtarışı saytı

Milli.Az / İqtisadiyyat

"Çudo Peçka" məhsullarının sağlamlığa təhlükə yaratdığı aşkarlanıb - YENİLƏNİB - FOTO

13 Sentyabr 2012 [10:55] - MİLLİ.AZ
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti "Çudo Peçka" MMC-yə məxsus istehsal sexlərində bir sıra ciddi nöqsanlar aşkar edib.
10:13

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan, 36 ünvanında fəaliyyət göstərən "Çudo Peçka" MMC-də kulinar məhsulların və unlu-qənnadı məmulatların istehsalına dövlət nəzarəti həyata keçirib.

Araşdırma zamanı müəyyən olunub ki, müəssisənin 16 ünvanda fəaliyyət göstərən satış nöqtələrinin hər birində müxtəlif məhsulların istehsalı həyata keçirilir. Bu məhsulların təsdiq olunmuş resepturaları, texnoloji təlimatları yoxlamaya təqdim edilməyib.

Tort məhsullarının qablaşdırılmasında sanitar normaların pozulduğu, tozlu qablaşdırma materiallarından istifadə olunduğu aşkar olunub. Müəssisənin anbarına keçirilmiş baxış zamanı üzərində istehsal tarixi və mənşəyi barədə məlumatı olmayan 26 kq kəsmik aşkar edilib. Bundan başqa müəyyən olunub ki, anbarda xammalların saxlanma rejiminə riayət olunmur. Belə ki, xəmir mayası 0-4 dərəcə, mayonez 0-10 dərəcə, qatılaşdırılmış süd 0-10 dərəcə temperaturda saxlanılmalı olduğu halda faktiki 20-25 dərəcə temperaturda saxlanılır.

Müəssisə tərəfindən istehsal olunan tortların bəzədilməsində və hazırlanmasında da normalara əməl olunmur. Məsələn "Kriolla" tortunda 400 qr şanti kreminin istifadəsi nəzərdə tutulduğu halda müəssisədə bu, gözəyarı və normadan artıq istifadə olunur. Həmçinin tort bəzədilməsində mənşəyi məlum olmayan boyaq maddələrdən istifadə olunur. Araşdırma zamanı anbarda saxlanılan tortların istehsal tarixinin yalnız satış şəbəkələrinə göndərildikdə yazıldığı müəyyən olunub.

Bundan başqa, kulinar məmulatların hazırlandığı sexdə xammallar antisanitar vəziyyətdə saxlanılır. Belə ki, çiy ət bişmiş toyuq və mal ətinin yarımfabrikatları ilə bir soyuducuda üst-üstə yığılmış vəziyyətdə saxlanılır. Peraşki istehsalı üçün alınan malın ağ və qara ciyərinin qəbulu zamanı Xidmət əməkdaşlarının orqanoleptik baxışı zamanı ağ ciyərin üzərində qurd aşkar edilib. Həmçinin mənşəyi məlum olmayan polipropilen qablarda ümumi çəkisi 139 kq qatıq, 30 kq pendir, 10 kq yararlılıq müddəti bitmiş "Sultan" nişanlı bitki yağı müəyyən edilmiş və aktlaşdırılaraq istifadəsi qadağan edilmişdir.

7 sentyabr 2012-ci il tarixli qaimə ilə 70 kq (64 kq ağ ciyər, 6 kq qara ciyər) mal hissələri qəbul edilməsinə baxmayaraq, bunlardan yalnız 40 kq-na baytarlıq sənədi təqdim edilmişdir. Baytarlıq sənədi olmayan mal əti və hissələrinin kulinariya sahəsində istifadə olunması isə qəti qadağandır.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisə tərəfindən sertifikatlaşdırılmadan çiy dönər hazırlanır və satış şəbəkələrinə paylanır. Çiy dönər turşudulmuş qatıq, kola içkisi və müxtəlif ədviyyatlardan hazırlanmış sousda bir gün ərzində saxlanılır. Soyuducu kamerada xammallarla yanaşı, geri qaytarılması üçün satışdan çıxarılmış dönər qiyməsi də aşkar olunmuşdur.

Müəssisənin 11-ci satış nöqtəsində ("Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında) və 13-cü satış nöqtəsində ("Nizami" metro stansiyasının yaxınlığında) vitrinlərdə yararlılıq müddəti bitmiş gavalı və mimoza salatlarının satıldığı, həmçinin xammal kimi istifadə olunan yararlılıq müddəti bitmiş kolbasa məhsulları aşkar olunmuşdur.

Araşdırmalar davam etdirilir.

Milli.Az

-----------
10:55

Böyütmək üçün şəkillərə klikləyin.

































































URL: http://www.milli.az/news/economy/137993.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 6255

Şərh etmək

Sizin adınız:
Şərhin mətni:
Təsdiq kodu: captcha
Xəbərlərə yazılan şərhlərin Milli.Az xəbər portalının redaksiya siyasətinə heç bir aidiyyatı yoxdur. Biz yazılan şərhlərin forma və məzmununa görə məsuliyyət daşımırıq. Xahiş olunur ki, mövcud qaydalara riayət edəsiniz.
natiq 13.09.2012 11:53
bir bura inanirdiq bu da bele demeli hec kime inam qalmayib artiq tek care qalib colde olsende yeme evde ye yada hara getdik yanimizda her etimala qarsi yemek gezdirek niye axi bele olur niye harama el atirlar
aziz 13.09.2012 12:03
birde cudo peckaya getmek olmaz.ayib olsun onun mudirine.milleti qoyublar tehluke altina.bu sekillerden sonra cudo peckaya getmek en azindan aqilsizliqdi
Hacar 13.09.2012 12:15
lenete geleseniz,,,
Seva 13.09.2012 12:16
Yuxarida deyilenlerle tam raziyam..daha kime inanaq ?
Kama 13.09.2012 12:20
Ureyim bulandi shekillere baxanda..indiye kimi ora etibar edib ,ordan alver etdiyim ucun cox peşmanam..
123 13.09.2012 12:27
men de ara bir perawki yemeye gedirdim artiq getmeyecem etin ustunde ne idi? Deyesen qurd idi. Allah lenet etsin bizim saglamligimiz ile oynayanlara.
amin 13.09.2012 12:33
Allah lenet etsin, haram xoslari olsun verdiyimiz pullar olara. amin deyin ay millet amin!!!!!!!!!
Nemka 13.09.2012 17:15
Men de tezelikce ordan xacapuri almishdim. Siz demish haram xoshlari olsun onlara verilen pullar!
Xanim 13.09.2012 12:39
Her sey basi baglamagla deyil, musterileri celb etmek ucun baslarini orturler amma iceri pis gundedi.Artiq hec kime inam yoxdu
sabuhi 13.09.2012 12:56
bu sekillere gore sizi tesekur edirem milli az.
mif 13.09.2012 13:30
bes ne bilmisdiz bu qeder qalaq qalaq pullar hamisi bele yolla qazanilir da ucuz keyfiyyetsiz mehsullari ele bezeyirler ele teqdim edirler ki deyirsen daha bundan yoxdu da ne bilesen ki onun kolgesinde neler var
Pervane 13.09.2012 13:45
hele 3-un kruqundakin demirlere berbaddie yemeyi alirsan yeye bilmirsen kohne olur ona gore daha soz vermiwem getmeyecem ora
Kama 13.09.2012 14:18
Hele de ozume gele bilmirem..belelerine agir ceza vermek lazimdi ki bashqalarina da ders olsun...
vaaaayyy 13.09.2012 13:58
lenet olsun cuda peckaya. onu leqv etmek lazim. millet siz ne deyirsiz?
sema 13.09.2012 13:58
twkler milli.az bizi xeberdar etdiyiniz ucun.
ayan 13.09.2012 13:59
Men telebelikde mecburiyyetden gederdim nisbeten ucuzdu deye.
Naile 13.09.2012 14:02
Fuu ele indice perawki aldim yedim ordan
memo 13.09.2012 14:30
nuw olsun
memo 13.09.2012 20:45
Aglina bawga ad gelmedi?Gerey ele memo yazaydin?Get ozuve daha faydali iw tap,mene baxma..men bekara adamam.
Samir 13.09.2012 14:23
10-cu shekilde qurd nece de aciq-aydin gorunur. Goresen o qurdun dadina kimse baxib???
))) 13.09.2012 14:50
samir ay dedina ))
Samir 13.09.2012 16:06
Hormetli ))))) 100% eminem ki, coxdandi Cudo Peckaya getmediyim ucun, o qurdun dadina men baxmamisham ))))
))) 14.09.2012 10:10
hm. Samir menimde orda yediyim ancaq piraski olub ))))
krutoy 13.09.2012 14:27
1defe nermanovdaki çudo peçkadan tort aldim içinnnen tük çixdi
GUnel 13.09.2012 15:07
Biabirciliq! Demeli ilelrdir camaata bunlari yedizdiriblermis de.Men de shexsen bu markanin mehsullarini gigiyenik olaraq temiz sanirdim.demeli guvendiyimiz daglara qar yagdi.Haraminiz olsun...
Hikmet 13.09.2012 15:14
ustu bezek alti tezek buna deyibler.Allah size lenet etsin.
esebi 13.09.2012 15:21
Allahin lenetine gelesiz cuda pecka...........
esebi 13.09.2012 15:27
gunahdiye gunah besdirinde bu yaziq camahata haram yedizdirdiz. qazandiqlariniz pullar burnunuzdan gelsin. saqol milli az bizi melumatlandirdiz. esebimnen yere goye siqmiram
Efran 13.09.2012 15:39
teshekkur edirem Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitesine bu qurumun fealiyyetine soz ola bilmez, ishlerinde uqurlar! hemchinin Milli.az rehberliyine halal olsun deyirem, bu melumati bu sheklide verdiyiniz uchun! Uqurlar... her halda bunu goren insanlar bundan sonra Pechkaya ayaq qoymaz!
su 13.09.2012 18:43
cudo peckanın bazarı baglandı..eslinde cox yer beledi,mundarcılıqdı..
AySuN 13.09.2012 18:49
Zəhmət olmasa, Caps lock-u söndürün. Böyük hərflər ilə yazmayın.Moderator
AySuN 13.09.2012 19:08
baw uste
shhh 13.09.2012 19:03
1 il demey olarki telebe yoldawlarimla orda yemiwiy yemeyimizi.... hemwe kommersiya melimiz deyrdi ora eledi diye am inanmirdim.. azer mellim dogrdanda eleymiw))))
AySuN 13.09.2012 19:07
niye menim sherhimi gec yazirsiz moderator muellim .bilmek olar?
memo 13.09.2012 20:40
Muellim?))))))))))Allah guldursun seni ay qizim..
AySuN 13.09.2012 19:17
men de mektebe gedende herden ordan perawki almisam.axirdan 2 ci wekile baxin gorun perawkiler hansi sheraitde hazirlanir.Allah ozu onlarin cezasin verecek.Oh my God.
Rashad 13.09.2012 19:27
bunlarin imkani olsa xalga pul gazanmag namina xalga zahar da yedirdarlar.
Nara 13.09.2012 20:07
Hahaha hele indi bilirsiz? men 8 ay orda iwlemiwem pulsuz abed verirdiler yemirdim gelib evde yeyirdim )))))) mamamgilde soruwanda demirdim sebebin ))) indi mamama wekilleri gostermiwem deyir indi bildim niye sen yemirmiwsen ))))))) agliniz olsun almiyin hec ne ordan ))))))))))))))))
memo 13.09.2012 20:56
Indi yadina duwdu?Bunu evvelden deyeydin de bu millete,"toydan sonra nagaradi"ye seninki lap..
Firuze 13.09.2012 20:39
Bundan sonra Çuda Peçkanın alveri öldü desek yalan olar,o qeder insan var ki,bu meqaleni oxumayan,herkes internet istifadeçisi yada milli.az oxucusu deyil ki,oraya giren.Yaxşı olar ki,biz özümüz de yaxınlarımıza xeber verek,ordan birşey almasınlar.
miss 13.09.2012 21:17
evvela her kese salam.duzdu bezi weylerii goruruk irgenirik ama hec kese qargiw elemek bizim iwimiz deyill.allah her kesi ozu gorur.yenii indi bunu milli az cekib gosterir goruruk ama cox weyler varki bundanda berbaddi.ona qalsa gerek biz hec yemek yemiyekk acc qalaq.
Suleyman Babayev 13.09.2012 22:09
Bunların aşkar olunub üze cıxmağında Standartlaşdırma, Metrologiya ve Patent üzre Dövlet Komitesinin çox böyük rolu var... Ve komitenin işi goz qabağindadi, butun dovlet qurumlari bele iwlese bu cür problemleri hell etmek o qeder de çetin olmaz...
zaur 13.09.2012 21:31
sen narahat olma artig butun xeberler onu verir tekce milli az yox. politka cudo peckanin bazarni nece baglamag olardi en asan yol ,bele sheylere inanma
Azertürk 13.09.2012 22:00
"Çudo Peçka"nın bu iyrənc əməllərini sakitliklə yola vermək dözülməz cinayətə şərik olmağa bərabərdir.Zay məhsullarin satışına qadağa qoymaq çox zəif cəzadır.Milləti zəhərləyənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır.
ilahe 13.09.2012 22:27
deyilenlerle tam raziyam.day bura kim gedecek.agli olan getmez mence
hicran 14.09.2012 00:01
ay millet bunlar hamisi sefdir saxtadir cunki o wekilde gorduyunuz cudo peckanin ici deyil men ordaki sexlerde olmusam 100 faiz ora deil yalandir hamisi
Mumu 14.09.2012 00:50
Men kecen il vinegretden cox pis zeherlenmishdim,onnan sonra cuda peckanin yaninnan her defe kecende garnim agriyir.zarafatsiz medemide yudular,ama agilsizdig eledim gerey mehkemeye vererdim
Momine 14.09.2012 01:10
bir bura inanirdiq oda getdi day...nece de insanlarin heyati ile oynayirlare....insanlar hece ALLAHDAN da qorxulari yoxdue...
Maka 14.09.2012 09:30
iyrencdi!!! amaki bu realligi qebul edin ki Bakimizda temiz gigiyenik yerler cox azdi hetda deyerdimki say ile gosdermek olar. Cudo Peckaya baxmazdilar sadece yeqinki vaxdinda haqqini catdirmayib ona gorede vurublar. Ay millet sizin o oturub yemek yediyiniz elitni restoranlar yemekxanalarda bundan beter veziyyetdedi amaki her gun kanallarda reklamlari gedir) yeyin icin wellenin
Milash 14.09.2012 10:00
Bu fotolar mənə dərs oldu...sən demə millət belə yerlərdə xəstəlik tapır.Çudo peçka voobşe məni əsəbəlşdirdi..elə inanırdım ki ora.Çox iyrənc...Allah bilsin.
Eliko 07.10.2012 01:49
yawasin SIRR wirniyyat evi

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: