“SOCAR Georgia Gas” şirkəti üç ildə Gürcüstanın şəhər və rayonlarının qazla təchizatının yaxşılaşdırılmasına 40 milyon ABŞ dolları ayırmağı planlaşdırır.
AzərTAc Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bununla bağlı üçillik investisiya proqramı Gürcüstanın 30 şəhər və rayonunu əhatə edəcəkdir.
2007-ci ildən fəaliyyət göstərən “SOCAR Georgia Gas” şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstandakı törəmə müəssisələrindən biridir.
İnvestisiya proqramı çərçivəsində Gürcüstanın qaz sisteminə 150 min abonentin qoşulması nəzərdə tutulmuşdur.
Milli.Az