Bank of Baku-nun “Dostlar klubu” : daimi müştərilərə yeni güzəştlər! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / İqtisadiyyat

“Microsoft” “BakuTel-2011” sərgisinin baş sponsoru oldu

08 Fevral 2011 [12:46] - MİLLİ.AZ
“Microsoft” korporasiyası Xəzər və Qafqaz regionlarında ən iri beynəlxalq telekommunikasiya sərgi və konfransı olan “BakuTel-2011” sərgisinin baş sponsorudur.
“Iteca Caspian” şirkətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, sərgi 23-26 noyabr tarixlərində “Bakı Ekspo” mərkəzində keçiriləcək. “Iteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov “BakuTel” sərgisi çərçivəsində “Microsoft” kimi nəhəng bir korporasiya ilə əməkdaşlıqdan şad olduqlarını bildirib: “Artıq 17 ildir ki, bu sərgi və konfrans işgüzar əlaqələrin qurulması üçün faktiki olaraq bir meydan rolunu oynayır və telekommunikasiya sahəsinin ən böyük iştirakçılarını bir araya gətirir. Biz əminik ki, sərginin formatı, eləcə də keçiriləcək konfrans və seminarlar “Microsoft” şirkətinə öz həmkarları ilə informasiya mübadiləsi aparmaq, yeni ideyaları bölüşmək və ünsiyyət qurmaq kimi gözəl bir imkan yaradacaq”.

“Microsoft” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Teymur Axundov da birgə razılaşmanın uğurlu olacağına əminliyini ifadə edib: “Ənənəvi olaraq, “Microsoft” şirkəti Azərbaycanda öz ofisini açdığı vaxtdan etibarən “BakuTel” sərgisində iştirak edir. Bu il isə biz “BakuTel-2011” sərgisinin baş sponsoru olmağımıza xüsusilə şadıq. Biz ildən ilə sərginin dinamik inkişafının şahidi oluruq və əminik ki, “BakuTel” sərgisi bu il də daha da yüksək səviyyədə keçiriləcək.”

Sərginin təşkilatçıları “Iteca Caspian LLC” şirkəti və onun tərəfdaşı “ITE Group PLC” şirkətidir.

Milli.Az
URL: http://www.milli.az/news/economy/36119.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1494

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: