Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / İqtisadiyyat

Bakının əsas küçələrindən biri genişləndiriləcək?

27 Yanvar 2012 [15:20] - MİLLİ.AZ
Son dövrlərdə Bakının müxtəlif küçə və prospektlərinin genişləndirilməsi ənənə halını alıb.
Milli.Az-ın məlumatına görə, Day.Az saytına məktubla müraciət edən oxuculardan biri Hövsan qəsəbəsinə aparan yolun da genişləndirilib-genişləndirilməyəcəyini soruşur. O, həmin yolun pis vəziyyətdə olduğunu qeyd edir.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəlov vaxtilə Zığ-Hövsan yolunun təmir edildiyini, amma ağır tonnajlı avtomobillərin hərəkəti üzündən onun bəzi hissələrinin sıradan çıxdığını bildirib. "Mütəmadi olaraq normadan artıq çəkidə hərəkət edən avtomobillərin saxlanılması üçün reydlər keçiririk. Bu avtomobillərin sürücülərinə qarşı ciddi tədbirlər görülür", - deyə P.Mürsəlov bildirib.

Yolun yenidən əsaslı təmir olunub-olunmayacağına gəlincə, P.Mürsəlov bunun ayrılacaq vəsaitin həcmindən asılı olduğunu söyləyib: "Məlum olduğu kimi, bu, ikizolaqlı yoldur. Gələcəkdə onun genişləndirilməsi ideyası var. Amma əvvəlcə bunun dövlət proqramına salınmasına nail olmalıyıq. Vəsait ayrılacaqsa, Zığ-Hövsan yolunun yenidən qurulmasına başlayacağıq".

Milli.Az
URL: http://www.milli.az/news/economy/93697.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1942

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: