Bank of Baku-nun “Dostlar klubu” : daimi müştərilərə yeni güzəştlər! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Seçkilər

Azərbaycanda DSK-lar seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıblar

06 Fevral 2012 [12:25] - MİLLİ.AZ
Azərbaycanda dairə seçki komissiyaları (DSK) seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıblar. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.

Bu il yanvar ayının əvvəllərindən etibarən məntəqə seçki komissiyaları müvafiq seçki məntəqələrinin hüdudlarında seçici siyahılarının dəqiqləşdirilməsinə başlamışdı.

Seçki qanunvericiliyinə əsasən, ən geci aprelin 5-dək seçki dairələri üzrə dəqiqləşdirilmiş ilkin seçici siyahıları Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək. MSK-nın məlumatında bildirilir ki, Komissiya həmin vaxtdan etibarən seçici siyahılarını yoxlayacaq, uyğunsuzluq aşkar edildikdə onların dürüstləşdirilməsi üçün lazımi addımlar atacaq. Sonra isə siyahılar təsdiq edilmək üçün aşağı seçki komissiyalarına təqdim olunacaq. Bu proses may ayının sonuna qədər yekunlaşacaq.

MSK-nın məlumatında bildirilir ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, məntəqə seçki komissiyaları fevralın 5-dək sözügedən prosesi yekunlaşdıraraq dəqiqləşdirilmiş siyahıları müvafiq dairə seçki komissiyalarına təqdim ediblər. Artıq dairə seçki komissiyaları seçki dairələri hüdudlarında seçici siyahılarının dəqiqləşdirilməsi işinə start veriblər.

Milli.Az

URL: http://www.milli.az/news/elections/95406.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 176

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: