Bank of Baku-nun “Dostlar klubu” : daimi müştərilərə yeni güzəştlər! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Mədəniyyət

"Eurovision-2012": xalq artistindən uğur qazanmaq istəyənlərə məsləhət

10 Fevral 2012 [16:07] - MİLLİ.AZ
Xalq artisti Natavan Şeyxova «Eurovision-2012» mahnı müsabiqəsinin milli seçim turunda uğur qazanmağı hədəfləyən iştirakçılara məsləhətini verib.
Milli.Az Trend Life-a istinadən xəbər verir ki, Azərbaycan estradasının korifeylərindən olan Natavan Şeyxova finalçıların çox əziyyət çəkməli olacaqlarını bildirib: «Uğur əldə etmək üçün yalnız vokal bacarıqlarının nümayişi yox, yaxşı repertuar, obraz ortaya qoymaq lazımdır. Uğur qazanmaq üçün bu keyfiyyətlərin ahəngi olmalıdır».

Xalq artisti finalçılar arasında Səbinə Babayevanı çox bəyəndiyini söyləyib: «Onda ölkəmizi təmsil etmək üçün yaxşı keyfiyyətlər və imkanlar var. Səbinə əla vokal diapazonuna, səhnə obrazına malikdir. O, öz işinin peşəkarıdır və dəfələrlə beynəlxalq müsabiqələrdə qalib olub».

Xatırladaq ki, milli seçim turunun finalı fevralın 12-də Heydər Əliyev Sarayında keçiriləcək. Finalda Səbinə Babayeva, Orxan Kərimli, Elton İbrahimov, Fəqan Səfərov və Arzu İsmayılova mübarizə aparacaqlar.

Milli.Az
URL: http://www.milli.az/news/culture/96406.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 367

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: