Gürcüstanda artıq bir neçə ildir ki, fəaliyyət göstərən UNİON gənclər təşkilatı indiyədək 26 layihədə uğurlara imza atıb.
Milli.Az xəbər portalının “Türkel TV”-yə istinadən verdiyi məlumata görə, təşkilata üzv olan gənclər ölkənin müxtəlif şəhərlərində keçirilən sərgilərdə iştirak edirlər. Qısa müddət ərzində ətrafına xeyli sayda istedadlı gəncləri toplayan UNİON gənclər təşkilatı yarandığı gündən Azərbaycanı qonşu ölkədə layiqincə təmsil etməyi qarşısına məqsəd qoyub. Təşkilatın nəzdində bu günədək 7 dərnək - xor, gənc teatr aktyorları, tətbiqi incəsənət, rəsm, xalçaçılıq, toxuculuq, tikiş dərnəkləri təşkil edilib.
Təşkilatın sədri
Elmira Yusubovanın sözlərinə görə, həmin dərnəklər pulsuz olaraq fəaliyyət göstərir. Təşkilat Azərbaycanın Gürcüstandakı səfirliyinin, eləcə də Gürcüstanın birinci xanımı Sandro Elizabet Rulofsun təşkil etdiyi rəsm müsabiqələrində dəfələrlə I, II, III yerlərə layiq görülüb. Təşkilatın əsas məqsədi azərbaycanlı gənclərin gürcü cəmiyyətinə inteqrasiyasına kömək etməkdir.
Milli.Az
Şərh etmək