Azərbaycanda siqaretlə mübarizə sahəsində qanunda daha ciddi dəyişiklik edilməsi gözlənilir.
Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini
Musa Quliyev məlumat verib.
Sədr müavini bildirib ki, İnzibati Xətalar Məcəlləsində tütün və tütün məhsullarının 18 yaşına çatmayan uşaqlara, o cümlədən, lisenziya olmadan satılması, tək-tək satılmasına qarşı cərimələrin məbləğinin artırılması ilə bağlı dəyişiklik ediməsi gözlənilir: “Hazırda bu cərimələr 5-10 manat kimi simvolik rəqəmdir. Bu isə faktiki olaraq, işləmir. Planlaşdırılıb ki, cərimələr qaldırılaraq 50 manata çatdırılsın. Milli Məclisin yaz sessiyasında belə bir dəyişikliyin edilməsi nəzərdə tutulub”.
M.Quliyevin sözlərinə görə, siqaretlə mübarizə sahəsində işlər kompleks şəkildə gedir: “Edilmiş və ediləcək dəyişikliklər ona hesablanıb ki, tütün və tütün məhsullarının istehlakının məhdudlaşdırılması haqqında qanun qəbul olunanda, müəyyən şərtlər yerinə yetirilmiş olsun”.
Anar MəmmədovMilli.Az
Şərh etmək