İnternet-kommunikasiya sahəsinin ən populyar şirkəti “Skype”ın rəsmi saytında Azərbaycanın tərkib hissəsi Dağlıq Qarabağ Ermənistanın bir hissəsi kimi təqdim olunur.
Bu barədə Milli.Az xəbər portalına oxucular bildirir.
Ödənişli zənglər siyahısında Qarabağ adı Ermənistan tarifləri arasında göstərilir: Ermənistan-İrəvan” - 12,1 sent, “Ermənistan-Mobil” - 23 sent, “Ermənistan-Dağlıq Qarabağ” - 26,2 sent.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru
Rasim Əliquliyev virtual məkanda belə hadisələrin indiyədək bir neçə dəfə müşahidə olunduğunu vurğulayıb: "Düşmənlərimiz bizimlə internet vasitəsi ilə müharibə aparırlar. Onlar Azərbaycana mümkün qədər ağır zərbə vurmağa çalışırlar. Ona görə də fəal olmalı, virtual məkanda da Azərbaycanın maraq və mənafelərini maksimum dərəcədə qorumalıyıq. Hesab edirəm ki, bu istiqamətdə bütün zəruri və müvafiq tədbirlər görülməlidir".
Azərbaycan İnternet Forumunun prezidenti
Osman Gündüz isə Milli.Az xəbər portalına verdiyi açıqlamasında bildirdi ki, "Skype"nin "yanlışlığı" ilə bağlı yaxın zamanlarda tədbirlər görüləcək: “Bu cür "anlaşılmazlıqlar"ın qarşısını almaq üçün tədbirlər əlbəttə ki, görüləcək. “Skype” hazırda “Microsoft” korporasiyasına məxsusdur. Bu gün Azərbaycanda bu şirkətin ofis və nümayəndələri var. Buna da reaksiya verilməlidir. “Skype” “Microsoft” şirkətinin mülkiyyəti olduğundan, Azərbaycanla bağlı yanlışlığa görə, məhz bu korporasiya məsuliyyət daşıyır. Bu məsələni aydınlaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.
Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin topoqrafiya, geodeziya və xəritəçəkmə idarəsinin müdiri
Rafiq Hüseynli Milli.Az xəbər portalının əməkdaşı ilə söhbətində bildirdi ki, bu haqda hələlik müfəssəl məlumatı yoxdur. “Lakin məsələ araşdırılacaq və lazımı orqanlara xəbər ediləcək”.
R.Hüseynli onu da qeyd etdi ki, bu yaxınlarda "Google" şirkətinin kosmosdan çəkilmiş görüntülər əsasında hazırladığı xəritədə Azərbaycan ərazilərindəki coğrafi adların təhrif olunması ilə bağlı məktub hazırlanıb göndərilib.
Milli.Az xəbər portalının oxucularından "Skype" şirkətinin yanlışlığı ilə bağlı bu ünvana məktub yazmalarını xahiş edirik:
Məktubun variantını ingilis dilində təqdim edirik:
contactus@skype.net.
"I want to bring to your attention, that Skype has made serious error related to Azerbaijan ((http://www.skype.com/intl/ru/prices/payg-rates/?cm_mmc=Skype-Dynamic-Content-Skype_Credit_5#cc=AM). On your website, Nagorno-Karabakh is included in tariff plan of Armenia, while it is Azerbaijan's territory recognized by all states as well as UN. At present, Nagorno-Karabakh is under Armenian occupation and services you provide in this region are flagrant violations of international law.Skype has many users in Azerbaijan and these kinds of errors undermine credibility of your company in our country. Therefore, I ask you to stop violating international law, to exclude Nagorno-Karabakh from the tariff list of Armenia and stop providing communication services in the occupied territory of Azerbaijan.I hope for your understanding and immediate correction of errors.Surname/Name"Milli.Az
Şərh etmək