Lənkənar-Lerik yolu hələ də gediş-gəliş üçün təhlükəlidir; yolun 15-28-ci kilometrləri arasında torpaq sürüşmələri davam edir.
19:50APA-nın məlumatına görə, bu gün saat 17 radələrində Lənkəran-Lerik şose yolunun Lənkəran rayonunun Şovu kəndindən keçən hissəsi dağılaraq yaxınlıdakı çaya tökülüb. Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının Rvo ərazi vahidliyi üzrə nümayəndəsi Oruc Şərbətovun sözlərinə görə, nəticədə iki fərdi yaşayış evini su basıb, eləcə də Lənkəran-Lerik şosesi bağlanıb.
Oruc Şərbətov yaranmış vəziyyətlə bağlı Lənkəran ŞİH-nin və müvafiq qurumların rəhbərlərinin məlumatlandırıldığını, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün hazırda kömək gözlədiklərini bildirib.
----------
16:51İki gün davam edən leysan yağışı cənub bölgəsində yeni fəsadlar yaradıb. Anspress-in məlumatına görə, Lənkəran-Lerik yolunda torpaq sürüşməsi baş verib. Hazırda ərazidə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mütəxəssis qrupu çalışır. Mütəxəssislər bildirirlər ki, Lənkənar-Lerik yolu hələ də gediş-gəliş üçün təhlükəlidir. Yolun 15-28-ci kilometrləri arasında torpaq sürüşmələri davam edir.
Ümumiyyətlə, rayonda vəziyyət çox təhlükəlidir. Burada hər an torpaq sürüşməsi baş verə bilər. Hazırda ərazidə aidiyyatlı qurumlar və texnika çalışır. Belə fəsadların aradan qaldırılması üçün xüsusi kanallar qazılır ki, dağ çuxurlarından gələn yağış suları bu kanallar vasitəsilə axıdılsın. Həmçinin ərazidə mütəxəssislər çalışırlar və nəzarət edrirlər ki, dağdan gələn qaya parçaları yolun hərəkətinə maneələr yaratmasın.
Qeyd edək ki, təbii fəlakət ərazidə elektrik enerjisinin verilməsində də problemlər yaradıb. Bu problemlərin aradan qaldırılması istiqamətində də işlər aparılır. Eləcə də, təbii fəlakət 300 –dən artıq fərdi təsərrüfata ziyan vurub. 10-a yaxın körpünü sel aparıb. Problemin aradan qaldırılması istiqamətində işlər getsə də, buna nail olmaq çox çətindir. Çünki hazırda rayonda intensiv yağış davam edir.
Milli.Az
Şərh etmək