Bank of Baku-nun “Dostlar klubu” : daimi müştərilərə yeni güzəştlər! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Hadisə

Azərbaycan Ordusunun üç zabiti dəm qazından zəhərlənib, biri ölüb

14 Dekabr 2011 [10:30] - MİLLİ.AZ
Azərbaycan Ordusunun zabitləri dəm qazından zəhərləniblər.

Trend-in məlumatına görə, hadisə Yasamal rayonu, Ə.Cəlil küçəsi, 51 ünvanında qeydə alınıb. Milli Ordunun həmin ünvanda kirayədə yaşayan zabitləri - Naxçıvan Muxtar Respublikası Babək rayon sakini, 22 yaşlı Məmmədov Əbülfət Vəli oğlu, Goranboy rayon sakini, 22 yaşlı Qasımov Rafiq Nəsib oğlu və 22 yaşlı Məmiyev Elməddin Zamin oğlu dəm qazından zəhərləniblər.

Onlardan Məmmədov hadisə yerində ölüb. Digər iki zabit isə hospitala yerləşdirilib.

Onların hər üçü leytenantdır.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə açıqlamasında faktı təsdiqləyib.

Milli.Az
URL: http://www.milli.az/news/incedent/85559.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 549

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: