КУПИТЬ СМАРТФОН СТАЛО ПРОЩЕ Azərbaycanın iş və işçi axtarışı saytı

Milli.Az / Maraqlı

Qiyamət günü ilə bağlı yeni iddialar...

12 Mart 2012 [20:15] - MİLLİ.AZ
Bütün dünya 21 dekabr fəlakətinə köklənib.
"Yeni Müsavat" qəzeti yazır ki, dünya yeni bir fəlakəti gözləyir yenə. Bu dəfə 2012-ci ildə və məhz 21 dekabrda həyatın sonunun çatacağı ilə bağlı şayiələr də artmaqdadır. Əslində buna şayiə demək bir az haqsızlıq olar. Çünki ortada ciddi araşdırmalar var, bununla bağlı filmlər çəkilib və... Yaxşı, görək bu faktlar nə deyir.

İlkin versiya odur ki, 2012-ci ilin dekabrında Günəş “Ağ yol”a daxil olacaq. Günəş bu sistemə daxil olan zaman dünyanın “yenilənməsi” baş verəcək. Başqa sözlə, buz dövrünə oxşar tam yenilənmə yaşanacaq. Alimlər bildirir ki, Günəş “Ağ yol”a girsə, bu, qaçılmaz olacaq. Bu halda Günəşdə dəhşətli partlayışlar baş verəcək, Yerdə elektrik enerjisi ilə işləyən hər şey sıradan çıxacaq. Kollaps milyonlarla insanın həyatına son qoyacaq. Yerə dəyən zərərin aradan qaldırılmasına isə ən azı 10 il vaxt lazım gələcək.

Nostradamus, Vanqa və Mayya tayfalarının təqvimi də 2012-ci ilin 21 dekabrını dünyada insan yaşantısının son günü kimi qələmə verirlər. İslam dinində dünyanın Qiyamət gününün əlamətləri haqda məlumatlar var. Bəziləri iddia edir ki, 2012-ci il, dekabrın 21-də Yer kürəsində bütün canlılar məhv olacaq. Bəziləri isə bu cür proqnozların səbəbi kimi 10-cu planet hesab olunan Nibirunun hər 3657 ildən bir Yer kürəsinin yaxınından keçərkən dünyaya müxtəlif fəlakətlər gətirməsini göstərir. Bu planetin Yer kürəsinin yaxınından növbəti keçidi isə 2012-ci ilə təsadüf etdiyindən bu ilin dünyanın son ili olmasına sübut kimi qədim Mayya tayfalarının təqvimi əsas gətirilir.

Bu qənaətə gəlməyə səbəb isə Meksikanın Kamalkalço şəhəri yaxınlığında tapılan və Mayya tayfalarına məxsus olan 1300 il yaşlı daş kitabənin üzərində 2012-ci il, dekabrın 21-nin dünyanın sonu kimi göstərilməsidir. Oxşar daş kitabə Meksikanın Tortuquero adlı bölgəsində də tapılıb.

Mayyalılar onu iddia edir ki, Günəş və Ayı da nəzərə alsaq, 11 cisim var. 12-ci cisim isə Nibiru planetidir.

Versiyalara görə, Nibiru planetini 21 dekabr, 2012-ci ildə göy üzündə yalnız Şimal yarımkürəsində görmək mümkün olacaq. Obyekt Yer kürəsindən 1 iyul, 2014-cü ildə uzaqlaşacaq. Lakin bəzi ekspertlər hesab edir ki, bu qeydlər mayyalıların təqviminə görə yeni eranın başlanğıcıdır.

Nostradamus da dünyanın sonu ilə bağlı verdiyi proqnozlarda 2012-ci ildə bəşəriyyətin kometlə məhv olacağı ilə bağlı proqnoz verib. Nostradamusun proqnozlarına görə, 2012-ci ilin dekabr ayında naməlum kometanın Yer planetinə yaxınlaşması çoxlu sayda dağıntılara və anarxiyaya səbəb olacaq. Öncəgörən bəzi dövlətlərin III dünya müharibəsinə başlaya biləcəyini, sunami, zəlzələ və vulkan olacağını da proqnoz edib.

Versiyalarda 2012-ci ildə planetlərin aktivləşməsi nəticəsində Yer kürəsində kataklizmlər, sunami, meteorit və nəhəng asteroidlərin bizi gözlədiyini də iddia olunur. Qeyd edək ki, dünyanın dağılması barədə hələ eramızın 111-ci ilindən bəri müxtəlif proqnozlar verilib. Lakin onlardan heç biri reallaşmayıb. Həmin versiyalar siyahısında dünyanın dağılacağı gün 2036-cı və ya 2084-cü ilə olacağı haqda da məlumatlar var.

Bəzi astroloqlar həqiqətən də Yer kürəsini təhlükə gözlədiyini, ancaq bunun dünyanın sonu olmadığını bildirirlər. Onlar hesab edir ki, 2012-ci il Yer kürəsinin qatının pozulması mümkündür.

Bu üzdən də 2012-ci ilin Yer kürəsinin hər bir sakinini təbiət hadisələrinə qarşı öz həssaslıq nümayiş etməyə məhkum olacaq. Bu sınaqdan uğurla çıxa bilməyənlərin isə səhhətində ciddi problemlər gözləyir. Bu il maqnit dalğalarının güclənəcəyi, zəlzələ, sunami olacağı da istisna olunmur.

Mayya tayfaları ilə bağlı tədqiqat aparan alimlər onu da bildirir ki, bu tayfalar öz yazılarını daş plitə, ya da sütunlar üzərində yazaraq dəqiq tarix göstərməklə mühüm hadisələrlə bağlı proqnoz verərmiş. Ancaq Mayya tayfalarının əlyazmaları katolik rahiblər tərəfindən yandırıldığından bu yazıların əlyazması bu günə gəlib çatmayıb. Ona görə də Mayya təqviminin düzgünlüyün heç bir əsası və sübutu yoxdur. İndiyə kimi Mayya təqviminin nə vaxt başlanması da məlum deyil. Versiyalara görə, 2012-ci il, dekabrın 21-də sadəcə təqvim sona çatıb.

İngilis alimləri Hyuston və Stüart isə bildirir ki, əslində mayyalılar proqnozları gələcək haqqında məlumat yox, inşa elədikləri binanın fasadına həkk etdirdikləri salnamədən bir parçadır. Tədqiqatçı Henrix Berlin bildirir ki, öncəgörmələr Mayya kahinlərinin öz hökmdarları üçün tərtib elədikləri astroloji cədvəldən savayı bir şey deyil.

Mayya tarixi üzrə mütəxəssis Sven Qronemeyerin dediyinə görə, 2012-ci il yalnız periodlardan birinin sonudur. Bu açıqlamanı dəstəkləyən başqa tarixçilər də qeyd edir ki, 2012-ci ilin dekabrında dünyanın sonu gəlir iddiası yalandır. S.Qronemeyer onu da bəyan edib ki, qədim mayyalıların ismarışları əsasında formalaşan fikir isə şayiədir. Mayyalıların qədim dövrü əhatə edən təqvimi bir-birini əvəzləyən 13 zaman müddətindən ibarətdir. Hər bir müddət (baktun) 394 ilə bərabərdir. Təqvim 13-cü baktunda sona çatır. Yəni 21 dekabr, 2012-ci ildə. Bu, sadəcə qədim müharibə və bərəkət tanrısı Bolona Yoktenin zühuru kimi başa düşülməlidir. Yəni 2012-ci il, dekabrın 21-də dünyanın sonu olmayacaq. Xatırladaq ki, "2012" filmindən sonra 21 dekabrın dünyanın sonu olacağı ilə bağlı film də çəkilib. O da bu mövzudakı ilkin filmin uğurunu təkrarlayacaq kimi görünür.

Milli.Az
URL: http://www.milli.az/news/interest/102278.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 19003

Şərh etmək

Sizin adınız:
Şərhin mətni:
Təsdiq kodu: captcha
Xəbərlərə yazılan şərhlərin Milli.Az xəbər portalının redaksiya siyasətinə heç bir aidiyyatı yoxdur. Biz yazılan şərhlərin forma və məzmununa görə məsuliyyət daşımırıq. Xahiş olunur ki, mövcud qaydalara riayət edəsiniz.
AGENT 12.03.2012 20:31
buna inanmaq axmaqliqdir/usaq olmayin.ALLAHIN isine qarismayin
Real fanati 12.03.2012 20:59
Bunlar bow bow sözlardi ALLAH özü kömayimiz olsun
Sənan 07.11.2012 11:47
axsam sot nece oldu
Ramil 13.03.2012 00:25
Herwey Allahin elindedi
Apofis 13.03.2012 01:57
Bu il hamimizin sonudur. Mayalilar indiyenedek her sheyi duz deyibler. 21.12.2012 qiyamet gunudur!
Yusif 13.03.2012 09:54
meselen neyi?
samire 21.12.2012 00:08
yalandi inanmayinda
Patek 13.03.2012 10:24
Sənin adın apofis yox bədxəbər olmalı imiş. Allahın işinə qarışmayın.
Zehra can 21.12.2012 21:20
Senda ele olar kimi seysen onlara inanirsan eger.hani duz diyibler bes niye dagilmir dunya?
Rauf 13.03.2012 09:34
Bu boyda yazıda sadəcə qeyd olunur:"İslam dininda dünyanın Qiyamət gününün əlamətləri hagda məlumatlar var." İndi mən, sadə bir vətəndaş bildiklərimi yazacam(əlbəttə Moderatorun icazəsi ilə), həqiqərdə isə İslam dinində nə qədər məlumatlar olduğunu isə Siz özünüz təsəvvür edin və ya ilahiyyatçı bir alim "Milli AZ" - a bir məktub göndərsin.Məhəmməd peyğəmbərin (s.ə.v.) hədisində deyilir:"İnsanlığın 7000 il yaşı olacaq, hal-hazırda bundan 5600 il keçib".
zamiq 11.11.2012 18:20
halaldi qardas qisa ve konkret cavab verdin
Rauf 13.03.2012 09:40
Digər hədisdə: " Ümmətimin yaşı 1000-dən keçəcək, fəqət 1500-i aşmayacaq". Açıq-aydın qeyd olunub ki, 7000-5600=1400 il. Hal-hazırda Hicri tarixi ilə 1431-ci il olduğunu nəzərə alsaq, sonuncu əsr olduğu anlamına gəlir.Müxtəlif İslam alimlərinin dediklərinə görə, bu 1507, 1542 və ya səhv etmirəmsə 1549-cu illərdir.
Rauf 13.03.2012 09:44
Əlamətlərə gəlincə. 1. Böyük evlər tikiləcək. ( çoxmərtəbəli evlər, göydələnlər) 2. Zaman və məsafə qısalacaq.(telefon, internet, sürətli nəqliyyat vasitələri). 3. Xəstəliklər çoxalacaq.( İzaha ehtiyac yoxdur). 4. Qurani-Kərimin bir ayəsindən: " İnsanın fəaliyyəti nəticəsində quruda və suda fəsadlar yaranacaq".
Rauf 13.03.2012 09:50
6. Zəlzələlər çoxalacaq. ( İzaha ehtiyac yoxdur ). 7. Dindən pul qazanmaq məqsədləri üçün istifadə ediləcək. ( Bir şeyi qeyd edim ki, hansısa ziyarətgaha avamcasına pul verməklə nəziriniz qəbul olunmur,ilk növbədə qohumlarınızdan və ya tanıdığınızlarınız içindən maddi vəziyyəti çətin olan birinə gizlincə verilməlidir)
Rauf 13.03.2012 10:11
Xristianlıqda və İslamda Hz. İsa ə.s. zühuru və Hz Mehdi ə.s. gəlişi və bu gəlişin 150-dən artıq irili-xırdalı əlamətləri var ki, bütün bunlar günümüzdə deyilmiş kimi bir-bir gerçəkləşir.Məhəmməd peyğəmbərin ( s.ə.v.) hədisində deyildiyi kimi:" Bu əlamətlər boyunbağıya düzülmüş muncuqlar kimi ardıcıllıqla baş verəcək."
Rauf 13.03.2012 10:13
Bir şeyi də qeyd edim ki, Qiyamət günü və Hz.Mühdi ə.s. gəlişi ilə bağlı deyilmiş əlamətlər elə bir hadisələrdir ki, bunlar Yer üzündə ancaq bir dəfə baş verə bilər və ona görə də heç kim deyə bilməz ki, bunlar təsadüfdür.
Rauf 13.03.2012 10:18
Məsələn: 1. Məkkədə namaz qılan hacıların qanlarına qəltan edilməsi(1979-cu il ). 2. Firatın suyunun kəsilməsi ( Türkiyə 1975-ci il). 3. İki il ardıcıl olaraq ikibaşlı ulduzun ( elmdə Lulin ) Orucluq ayında bütün digər ulduzlara rəğmən əksinə, yəni qərbdən şərqə tərəf keçməsi ( 1980-1981 ci illər)
gul 13.03.2012 10:27
sen seher tezden,ozu de bayram gunu camaatin qanini qaraltmaqcun ne doweyirsen?
Ainka 13.03.2012 10:32
Salam eleyke Rauf bey.men oxudum butun serhlerinizi.hamisi tebii ki heqiqetdir!yazilarin hamisinin Harun Yahyaya aid oldugunu diye bilerem.butun elametlar duzdu artiq reallasib.
Rauf 13.03.2012 10:50
Salam. Bir neçə dəfə qeyd etmişəm ki, əksər məlumatları Harun Yahyanın TURKSAT-DA A9 TV-dən və "Harun Yahya" saytlarından öyrənmişəm.Həqiqi iman sahibinə "Qurani-Kərim" bəsdir, lakin sadə insanları nəyəsə inandırmaq üçün və ya fikrini istaqamətləndirmək üçün və ya digərlərinin təsirinin altına düşməsinin qarşısını almaq üçün bu məlumatların yayılması məncə lazımdır.
möminə 13.03.2012 10:25
Rauf ALLAH razı olsun yazdıqlarıva görə. İNŞEALLAH İmam Zaman aga tecil zuhur etsin, ALLAHda bizi aganın zuhurundan əksik etməsin.ALLAh hər birimizi hidayət etsin, imanımızı kamil, günahlarımızı bağışdasın
Rauf 13.03.2012 11:06
Amin! Sadəcə bunların həqiqət olduğunu nəinki forumlarla, heç üzbəüz insanlara inandırmaq olmur. Görəsən nə etmək lazımdır? Heç olmasa burada fikrimizi kifayət qədər geniş auditoriyaya çatdırmaq olur. "Milli Az" - a təşəkkürlər.
Ceyhun 13.03.2012 11:19
imam zaman agaynan danishdim indi, dedi samalyotdayam, gelib catiram uje. cix bine hava limaninda qarshila, zuhurdu nedi onnan eliyecek ;)))))
Rauf 13.03.2012 10:25
---- İran-İraq müharibəsi başlayacağı və qurtaracağı ayları göstərilməklə. ----- Misir alov-alov yanacaq ( Gözümüzün qarşısında olub) ----- Hz. Nuhun gəmisinin tapılması ( Türkiyə Ağrı dağda 2010-cu il ) ----- Məscidlərə gedənlərin sayı çoxalacaq, həqiqi iman sahiblərinin sayı isə az olacaq.
vefalim 13.03.2012 10:35
dunyanin axirini tek bir Allah bilir onu hech kim bilmir.. dunyanin axiri her gun her saat her deqiqe her saniye ola biler ,, ona gorede namaz qilin, Allaha yalvarinki gunahlariniz baqishlansin ,, pislikler etmeyin ,, exlaqsizliq etmeyin ki Allahin bizlere yaziqi gelsin bizden uz chevirmesin ,,
Rauf 13.03.2012 10:44
Şeytan İslam düşmənlərinə güc gəlir və onlar bizlərə Nostradamusu, Vanqanı və s. dahi insanlar kimi göstərirlər, Bizim də borcumuzdur ki, əvvəla öz elmi-bəşri- mənəvi dəyərlərimizi öyrənək, əsl həqiqəti, yəni YARADILIŞ-ın cavabını orada tapa bilməsək, digərlərinə müraciət edək.
Ceyhun 13.03.2012 11:14
Rauf qaqash, qanimizi qaraltdin e seher seher..ne bedniyabet adamsan sen.
Ainka 13.03.2012 11:39
Ceyhun chox gulmelidi duzdu sizin haliniza ancag gulmey lazimdi!!!
Ceyhun 13.03.2012 11:49
Neceki men sizlere gulurem indi ;)
Sonya 13.03.2012 11:17
Rauf bey cox sagolun yazilarinizcun , tebiidirki hersey tek Allahin elindedir, ve tebiiki Muqeddes Qurani-Kerimde herbir seyin aciqlamasi vardir , bunu hetta alimler de subut edib , dunya alimleri Qurani-Kerim vasitesile cox seyi oyrenmeye nail olublar, ve onlarin indi oyrenmek istediklerinin esrler evvel muqeddes kitabda yazildigi subut olunmusdur.
HÜMA 13.03.2012 11:47
Tək kəliməylə ƏHSƏN SİZƏ Rauf bəy.
vefalim 13.03.2012 10:56
Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Harada olursunuz olun Allah sizin hamınızı (bir yerə) toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. [Bəqərə 'İnək ',148]
Ceyhun 13.03.2012 11:14
Guler heyatim tez evlenmek lazimdi, dunyanin axiridi ;)
Ainka 13.03.2012 11:56
ama shukurler olsun ki bizler her zaman guluceyiy vay sizlerin halina:(((
Guler 13.03.2012 14:01
Heyatim hardasan? darixiram axi sensiz eh((( Ainkayla yazishirsan?(((
Ceyhun 13.03.2012 15:28
Burdayam ureyim, men de sensiz darixdim;((men cox sherh yaziram ki gorub sen de yazasan.. Yox, mene hec kim maraqli deyil burda, yalniz ve yalniz SEN..Bayramin da mubarek birtanem..;)
Guler 13.03.2012 15:37
Cox sagol Canim mende senin bayramini tebrik edirem nece bele gozel bayramlar keciresen yaxinlarin ezizlerin sevdiklerinle beraber) Sen menden nece yash boyuksen heyatim? necenci ildensen sen?
Ceyhun 13.03.2012 16:32
Men de senin bayramivi tebrik edirem birdenem. Senden bir yash boyukem heyatim, 1988 ;)
Guler 13.03.2012 16:51
Onda hele evlenmek deme evlenmek hele tezdir))) senin ne yashin varki hele))
Ceyhun 13.03.2012 17:25
Sence yashim azdi?
Guler 13.03.2012 17:44
Yashin noramldir az deyil amma evlenmek uxun dushunurem tezdir))
Guler 13.03.2012 18:11
Yashin az deyil normaldir heyatim))) esas odur menden boyuksen balaca deyilsen))
HÜMA 13.03.2012 11:21
Bu gün nicat tapacaqdır,mənalara diqqət verən. Kim ki,ibrət almaqdadır arif təki işarətdən. Dünya-güzgü dünyasıdır,dünya ibrət dünyasıdır. Gördüyümüz hər nə varsa,bəhs eylər rəmz,əlamətdən. Kainatın hər zərrəsi dairədə dövrə vurur, Bu nizamdan çıxan insan nicat tapmaz fəlakətdən. Dairədə Allah eşqi,nura qərq olmuşdur mühit, Belə nurani aləmdə.bihuşluq var təravətdən.
Arda 13.03.2012 11:35
Görürəm ki ,yenə meydan sulayırsan.
HÜMA 13.03.2012 11:49
TƏKLİFim:Səndə qoşul!
Arda 13.03.2012 11:59
Məndə alınmır...
HÜMA 13.03.2012 12:07
Bəs səndə nə alınır?????Məncə sən bir yerdən başla,cəhd elə.Alınar!!!!!
Arda 13.03.2012 12:40
şer demək alınmır...futbol da pis oynamıram;)
HÜMA 13.03.2012 13:18
Futbol oynaya bilirsənsə bu başqa məsələ.
Arda 13.03.2012 13:03
İstiqamətim fərqlidi ...(alınır da, bir az da məni dua etsən daha da əla olacaq)
HÜMA 13.03.2012 13:30
İnşallah.Uğurlar olsun.Dua edərəm sənə).
Qartal 13.03.2012 11:32
nagillar alemine xos gelmisiniz
... 13.03.2012 12:16
sen de get daga-dasha dimdiyini surte-surte yemini parcalamaginla mesqul ol.
Qartal 13.03.2012 12:28
bax hirssenirem haaaaaaa kakraz obeddi seni alaram dimidiime bi saga bi sola daga dasa cirpa cirpa agzi asagi uzadib yiyerem
... 13.03.2012 12:33
yavash ol biraz.dimdiyin cat verer.
Ehtiraslı Kirpi 13.03.2012 12:02
bu Molla Rauf ele bilir bundan agillisi yoxdu.. harda bu tip xeber gorur ... girir menasiz saytlara orda copy paste edir bura.. a kishi bura medrese zaddi.. fikrini bir cumle ile bildir ki, Allahdan bashgasi yalandir. Allah bile biler bunlari i vsyo.. yoxsa bayaqdan harun yahya mehdini qoydu samolyota getirdi.. mehdi zuhr edib qayiga mindi... kime gore yazirsan sen bele bosjh sheyleri.. ne hedis? ancaq QURAN
Rauf 13.03.2012 12:13
Hər adamdan Molla olsaydı nə vardı ki. Məsələn Molla Pənah Vaqif, Molla Vəli Vidadi və s. Molla həmişə qalqın ən savadlısı, ağsaqqalı, yolgöstərəni olub. Beş manat pula görə özünü hüzr yerinə atanlara səni kimilər Molla deyir, məni kimilər yox. Onlar sənin kimi savadsızlara Mollalıq edib pulunu əlindən ala bilir, mənim kimilərə yox.
... 13.03.2012 12:45
niye bu kirpiye yazdigimi vermirsiz,onun yazdiqlarıyla muqayisede menimki neydi?umumiyyetle siz burda haminin dilin agzinda yandirmagi ozunuze peshe etmisiz e.
Ateist 13.03.2012 12:18
Mən heç nəyə inanmıram! bu vaxta qədər dünyanın yaranışı doğru-düzgün təsdiqini tapmayıb,heç kim və heç nə sübut etmir ki,dünya necə yaranıb! Eləcə də dünyanın sonu haqda deyilənlər də uydurmadır-hamısı! Axirətə də inanmıram,real nə görürüksə doğru olanı da odur!
Rauf 13.03.2012 12:25
Sovet və dünya ateistlərinin sevimli frazası belə idi: " Materiya ( yəni dünya, canlı və s.) olub, var və həmişə olacaq." Kor-koranə bunu necə qəbul etmək olar? Axı hər bir şeyin başlanğıcı var? İnsan elmin bu səviyyəsinə yüksəlib, bacarırsa bir dənə qarışqa və ya ondan da balaca bir canlı yaratsın da.
Ainka 13.03.2012 12:32
beyem Qurani Kerimde yazilanlarin bu gunku gun oz eksini tapmasi sizi qane etmir.ayelerde her shey chox achiq aydin yazilib.belke de iller ewel hech kim inanmaya bilerdi Qurana,chunki ayeler son iller achiglana bilir, o da bezileri.bugunku gun ise ele bir Kitabi danmag korlar,olumnen qorxanlar,islam yashayish terzlerine uygun gelmiyenler bir sozle eslinde gozlerinin qabaginda olan realligi dananlardi! gozumuzu bagladigimiz anda bu dunya yox olur hech bir shey gore bilmiriy beyem bu bize dunyanin varligini d
Rauf 13.03.2012 12:44
Sözünüzə qüvvət. "Qurani-Kərim"də Allah tərəfindən Peyğəmbərə( s.ə.v.) vəhy gəlməsi barədə bir ayədə belə buyrulur: " Səndən soruşacaqlar ki, Qiyamət günü kimin nə etdiyini hardan biləcəksiniz?--- Onda cavab verərsən:" O gün hər kəs yalnız etdiyinin cavabını alacaq. Biz hətta sizin barmaqlarınızı da düzəldə bilirik." Barmaq izlərinin təkrarolunmazlığını insan XİX əsrdə kəşv edib.
Ainka 13.03.2012 13:56
Rauf qardash bele faktlar choxdu.onlar da bunu bilirler tebii ki.sadece o qeder nankordular ureyleri, gozleri mohurlenib ALLAH bize de onlara da cumle muselmanlara rehm etsin inshALLAH
Ateist 13.03.2012 14:10
Qiyamət günü deyilən bir anlayış yoxdu!!! uydurmadı!!! cənnət və cəhənnəm də uydurmadı,həm də çox gülüncdü...
Rauf 13.03.2012 14:21
İnsan kimi mükəmməl bir məxluqun və minlərlə növ-növ canlıların öz-özünə yaranması uydurma və ya gülünc deyil?
Ateist 13.03.2012 14:43
Rauf bəy,çox maraqlıdı:cənnət və cəhənnəm təsvirləri sizə qəribə gəlmirmi? Cəhənnəm-isti,qaynar,od-alov(hələ qır qazanı ilə qıl körpüsünü demirəm:):):); cənnət isə-gur sulu bulaqlar,şəlalələr,gözəl hurilər və qılmanlar...əsl ərəb mənşəli uydurma...ərəblər üçün susuz səhralar,isti,qaynar qum cəhənnəm,bunun əksi isə,mülayim iqlim,bulaq,şəlalə və ən əsası gözəl huri və qılmanlar cənnət deməkdir! Quran şimalda nazil olsaydı cənnət və cəhənnəm anlayışı da başqa cür olacaqdı...
Rauf 13.03.2012 16:35
Canlını ya Allah yaradıb,( dini baxış ) ya da həmişə olub və ya öz-özünə yaranıb.( Ateist baxış ). Qısa şəkildə ateist baxışı izah edirəm." Miyard illərdən sonra suda bir canlı zərrə yarandı və sonra milyard il kecdi bu zərrəyə ağız lazım oldu və o təkamül edib ağıza malik oldu, sonra milyard il keçdi o özünə əl-ayaq düzəltdi, sonra fikirləşib ( beyni hələ yoxdu ) özünə düşünən bir beyin düzəltdi, sonra ciyər,mədə vəs...... Sonra erkək və dişi düzəldi və bunlardan uşaq əmələ gəldi. İnandınız?
Ainka 13.03.2012 16:36
bele derin dushunceye malik bir insan ilkin olaraq dunyanin bu qeder murekkeb bir sisteme malik olmasini ve bu sistemin hech bir pozuntu bash vermeden ve diyanmadan nece ishlediyini izah ede bilersuz??
Rauf 13.03.2012 16:40
Elmi baxış:" Ana bətnində mayalanmış zərrə əvvəlcə 2-yə bğlünür, sonra həmin 2-yə bölünmüş zərrənin hər biri yenidən 2-yə bölünür və ilaxır.Səhv etmirəmsə altı milyon dəfə bölünəndən ürək öz yerində, mədə öz yerində, diş toxumları öz yerində, və ilaxır... Möcüzə deyil?
Rauf 13.03.2012 16:44
Dini baxış."Qurani-Kərim"də (ayə yadımda deyil) ana bətnində körpənin yaranması buyrulur:"Biz əvvəl o zərrəni laxtalanmış qana çevirdik, sonra onu sümüyə çevirdik, sonra həmin sümüyün üstünü ətlə örtdük və digər bir yaradılışla ona can verdik"
Rauf 13.03.2012 16:49
İndi Sizdən soruşuram? Məhəmməd peyğəmbər(s.ə.v.) 14 əsr bundan qabaq körpənin zərrədən yaranacağını hardan bilirdi? Ana bətnində ilk əvvəl laxtalanmış qanın, sonra sümüyün, sonra ətin yaranacağını hardan bilirdi?
Ainka 13.03.2012 14:22
yaxshi Quran 1400 il ewelden qiyametin bir gun bash vereceyeni ve mehz hansi elametlerden sonra gercheklesheceyini qeyd etmishdi.bu elametler indi bir-bir reallashir ozu de nece qeyd olunubsa hedislerde ele reallashir.bu da size subut.indi siz subut edin ki bele bir anlayish cennent cehennem yoxdu!
Rəsul 13.03.2012 16:50
Real gördüyünə inanırsansa, deməli sənin baban, ulu baban olmayıb, çünki onları görməmisən. Amma onlar olub ki, sən yaranmısan. Hər görmədiyini inkar etmə, elə şeylər var ki, təsirindən varlığına inanırsan.
Adınızı yazın əks halda şərhiniz buraxılmayacaq 13.03.2012 13:25
size mujde!!! qiyamet qopub, Mehdi de gelib..
ZuZu 13.03.2012 13:56
Allah sizden razi olsun Rauf bey
Qonaq 13.03.2012 14:17
Mömün kes Qiyametin adını eşidende seviner Mehdimizin zühurunuda sebirsizlikle gözleyib şad olar yoxsa ele salmaz gorxmaz!
Ainka 13.03.2012 15:02
ama sizlere bir soz diyim ki nedense qiyamet dunynin sonu haqqinda danishilanda hami diyir ki ALLAHin ishine qarishmag olmaz.chunki hami qiyametden qorxur.kash heyatimizin butun sahelerinde hami bele dushunerdi heyat ne gozel olardi...
Rovsen 13.03.2012 15:46
ALLAHdan basqa hamisi yalandir.Her seyin vaxtin o ozu yaxsi bilir.
Rəşad 13.03.2012 15:53
sən nə bilirsən Quran nədir?! sən get özüvə normal ad qoy sonra danış. heyvanlarda da elə sən kimi ancaq ehtirasdır, ona görə də sən kimi agillari yoxdur
Elin 13.03.2012 16:35
Rauf allah razi olsun .melumatlara gore,Bir de emellerimiz saf olandan sonra neden qorxmaliyiq? Dunyani tutub durasi deyilik ki ?
Rauf 13.03.2012 16:57
Əlbəttə Elin. Bu dünyada bircə Allahdan qorxmaq və ona bizə verdiyi bu gün üçün, verdiyi nemətlər üçün, gündə min dəfə şükr etmək lazımdır. Bundan yaxşısını axı kim fikirləşə bilər?
ELYA 13.03.2012 16:54
Rauf doqru duzgun melumat çatdırmısan. Her kes əməli saleh olsa onda dunya daha gozel olar.
Seva 13.03.2012 17:04
Ay camaat,siz niye axi 1 neferin yazdigini bu cur tenqid elediz?Biri molla dedi,biri dedi copy past edir ve s.Insan sadece bildikleri ile boulushub.Burda ne var axi?Men wexsen maraq ile oxudum,cox da beyendim.Her hardan oxuyub.Meger siz elde etdiyiniz melumatlari ozunuzden yazirsiniz?Size de hardansa oxuyub,eshidib qeyd edirsiniz de.O ki qaldi Ceyhun adli istifadeciye,ayib olsun size,sizin haliniz heqiqeten de gulmelidi,siz indi bize baxib gulursunuz , biz de axiretde size baxib guleceyik Insheallah.Ateist
Seva 13.03.2012 17:33
Ateist adli istifadeciye gelince ise,siz her gorduyunuze inanirsiniz?Bes onda sebgi ne nifreti gormursunuz,onu qelbinizde hiss edirsiniz.Bes nece inanirsiniz sevgiye ve nifrete?Ister dindar olsun ister atesist , en yaxin adaminiz Allah elemesin agir bir xesteliye dushende insan ilk novbede elini acir goye dua edir.Niye?
Ateist 13.03.2012 18:26
Mən heç bir şərhimdə Allahın (yəni yaradıcı bir qüvvənin)olmadığını deməmişəm.Mən Rauf bəyin cənnət və cəhənnəm haqqındakı fikirlərini öyrənmək istədim...O da bu suala cavab verə bilmədi.Qaldı ki,dindarlara və ya möminlərə -hamıya və hamının fikrinə çox böyük hörmətlə yanaşıram.Hər kəsin fikri özündə qalsa yaxşıdı,gəlin öz düşündüklərimizi başqalarına "zorla sırımayaq"!
Rauf 13.03.2012 18:56
Əgər Allah və onun peyğəmbərini qəbul edirsənsə, onların dediklərini də qəbul etməlisən, elə deyilmi? Yəni yaradılış Allaha məxsusdursa, sadəcə dünyaya gəlib, yaşayıb, ölüb getməklə iş bitməyəcək, əməllərinin cavabını verəcəksən.Necə olacaq, onu bir kimsə bilmir.Bir ayədə Məhəmməd Peyğəmbər ( s.ə.v.) buyurur:"Doğrusu, mən də sizin kimi gözləyənlərdənəm."
Rauf 13.03.2012 19:19
Sizin çox mədəni və savadlı insan olmağınıza şübhəm yoxdur və Sizin fikirlərə də böyük hörmətlə yanaşıram. Kor-koranə ibadəti heç "Qurani-Kərim" də məsləhət bilmir.Sadəcə, fikirlərinizi sonacan əsaslandırın.Mən yaradılışın Allaha məxsus olduğuna tam inanıram.Əgər 1 faiz şübhə olarasa, bu artıq inam deyil.
Seva 13.03.2012 17:36
Cunki bashqa umid yolu,bashqa cixish yolu olmur.Birce Allahdan umid isteyirsen,komek isteyirsen.Atesit de en dar gununde Allahdan komek isteyir.Bes nece inanmaya biler onun varligina.Boyuk boyuk danishmayin.O dunya var,ve tezlikle hamimiz bunun shahidi olacagiq...
Yashar 13.03.2012 17:59
Hamimiz elbet o gunu goreceyik amma o gun ne men sizi nede siz meni taniyacaqsiniz. neceki indi. O zamana kimi gelin en yaxshisi gunahlarimizi yumagi dusunek bowbow cefengiyyatlarin fikrini etmeyek. Bu geder Allaha inanirsinizsa ve axirata cennet cehenneme inaminiz varsa onuda bilmemish olmazsinizki temiz ve pak insanlar bu dunyadan axirat gununde rahat kocecey. Insallah hamimiza o olum gismet etsin. Odda yanaraq olmeydense
Polad (sp) 13.03.2012 17:47
Salam.bu ateistelere bir soz demek isteyirem. Şüur her 1 insanda var ... Allah bunu tek insanda yaradib bes bu Şüur hardadi deye bilersiz???eger deye bilmeyeceksizse onda bele cixir ateistler Şüursuzdu? uzr isteyirem ifademe gore...sadece cavab axtariram
oxucu 13.03.2012 18:49
qiyamet elametleri dogurdan da ozunu gosterir, amma qiyametin qopacagi gunu ALLAHdan basqa heckim bile bilmez!!!!!!
Yazici 13.03.2012 19:48
oxucu, ta sen yazdilqarinidan yuxarida deyilib de... sen oxucusan, oxu.
x 03.11.2012 21:39
biz niye olekki? , olsun qan icenler, piwik yeyenler, lut gezenler,bir sozle dinden imandan cixanlar. biz gul kimi milletik.bawimiz uste allahimiz,dinimiz, imanimiz,inasanligimiz. vicdanimizdaki oz yerinde...)) duz demirem???
müsli 04.11.2012 09:40
ne olacaq dogru bilmek isdirik
müsli 04.11.2012 09:43
men inanmiram allahdan başqa heckime inanmiram allah bizim kömeyimiz olsun amin
PSY 05.11.2012 14:33
Heresi günde bir gundemle uze cixir bu dunyani yaradanda allahdi mehv edende Allah olacey besdirin comedyavizi yigsdirin
gfdsxc 05.11.2012 17:12
men inaniram
elmir 05.11.2012 20:25
dunya daqilasi deyil havayi cahamati qorxuzmayin
elnur 06.11.2012 20:04
boü üyelerdi
Nazenin 06.11.2012 20:18
men Allaha inaniram, amma maya teqvimi meni qorxutmur yashadigimiz dovr melum olduguna gore ailem ucun nerahatam. Allah dunyamizi qorusun... Amin
ilham 07.11.2012 11:13
21 dekabrda ne olacaq
ilham 07.11.2012 11:14
hami deyirki, 21 dekabrda 5 gun gece olacaq bu duzdurmu
ilham 07.11.2012 11:15
hami qorxu icindedir ele mende
ilham 07.11.2012 11:18
ALLAHIN isine qarismayin ama yenede ureyiniz yerinize gelmesin her an her sey ola biler
ilham 07.11.2012 11:23
21 dekabrda dogurdanmi dunyanin axiri olacaq yoxsa sayedir
Sənan 07.11.2012 11:44
dogrudan dunya dagılacaq bəs varlilarin pulu
Sənan 07.11.2012 11:46
menim hec inanmagım gəlmir
Zeyneb 10.11.2012 22:33
Rahat oldum.geceleri yata bilmirdim qorxudan.
simi 11.11.2012 13:15
Heqiqetende Alllahin iwine qariwmaq olmaz ne olacaqsa olacaq hec bir wey pisdiye dogru olmaz cunki Uca Rebbim bilir ne edir. Dunyanin dagilmagina inanmiram sadece pille pille testlerden kecirik belke haqqa geler insanlar!
kamran 12.11.2012 10:13
Hər şey Allahin əlindədir
Ella 12.11.2012 13:53
Hamisi bow sohbetdi ALLAH-in iwine qariwmaq gunahdi.
m 12.11.2012 23:33
,
aysel 13.11.2012 11:33
men buna inamiram her seyi yaradan allahdir camahet inamayin
Eli 14.11.2012 20:29
Bunlara inanamaq en azindan axmaqlıqdır. Allah bilen meslehetdir. Bu wayeler texribatdır
Elvin 16.11.2012 15:15
herkese salam sozum ateistleredi.bir gun cavan bir oglan allaha inanmiyan onun yaratdiqlarina inanmiyan 1 wexs gelir qoca kisiden sorusur allah var diye.qoca kisi cavab verir elbetde var ama biz onu gormuruk qelbimizde hiss eliyirik..oglan basdiyir gulmeye ki gormediyin seyi nece hiss eliye bilersen axi.bes seytan niye odda cezalandirilir insan ise torpaqa verilir orda cezanlandirilir.kisi yerden bir das goturub vurur oglanin basina ve deyir agrini hiss eliyirsen?oglan deyir he deyir subut eleki agri deyil
semed 16.11.2012 20:01
allah qorusun bizi
elcan 16.11.2012 20:20
belke oldu allahin isini bilmek olmaz
mila 18.11.2012 21:51
her seyi bilen allahdir kiminse neyise serh etmeyi ebesdir. sizler calisin ki emeliniz saleh insanlar olun ki dunyamizi xilas edin
resad 23.11.2012 01:21
men hecneyi bilmirem onu bilirem ki bunar hamsi uydurmadi cunki hersey Allahin elindedir mayalar ne bilir neyse rahat o insanar olurki bunun yalan olduqun esidende qorxular ki qir qazanda yanariq calisin yaxsiliq edinki Allahinda size obiri dunyada merhemedi gelsin sizler merhemed dilemek cun yaxsiliq edin bu qeder menim bildiklerim bunlardi.
Huseyn 28.11.2012 00:47
Onu ancaq ALLAH biler hele sey hec vaxt ola bilmez
Elmir 28.11.2012 23:24
salam men sizlerden 21 dekarbla bagli melumat almaq isterdim
aygun alieva 08.12.2012 16:17
men evvel ianmirdim ama zaman kecdikce artiq inanmaqa bawladim.meni bir az bu yazi sakitlewdirdi.Men ozum Ukraniyada yawayiram.burdada eyni iddialar ireli surulur.DEyilene gore dunya daxilmasada pis hadiseler baw verecek.
günəş 08.12.2012 20:30
buna inanmaq mümkün deyil uca allahdan başqa heç kim bilə bilməz 5-6 yaşli uşaqlar buna inanmaz
yeganee 09.12.2012 17:20
Allah hidayet etsin ya sizeeee,
aygunka 09.12.2012 21:03
...
azerinka 09.12.2012 21:04
bele weylere inanmaq duzgun deyil.. bunu ALLAHDAN bawqa hec kes bile bilmez!
Gultac Memmedeminzade 13.12.2012 19:42
Dunyanin sonunu Allahdan bawqa hec kim bile bilemez.bele wayelere uymayin.
elik 13.12.2012 21:55
allahln ozu biler
elik 13.12.2012 21:56
allahln ozu biler
Karat 16.12.2012 10:46
dunya dagilan deyil dunyanin sonuna 40 il qalmis imam zaman aga ve isa peygember yere enecekler butun alem islam dinini qebul edecek hami biryerde namaz qildiqdan sonra dunya dagilacaq qurani kerim bele yazilib.ALLAHA qurban olum onun qarismaq kafirlikdi.
vuqar 16.12.2012 13:31
salam. dogrudur karat men seninle raziyam..dogruluq mene gore de budur ...."ALLAHIN" isine qarismayin doslar yasayariq insallah gorrerik.
Sevda 17.12.2012 22:42
Mən elə bilirəm ki dyeilənlər yalan ola bilməz.Allah Taala bize bildirmək istəyir ki namaz qılın tövbə eyləyin, hələki gec deyil Allaha dönün
Sevda 17.12.2012 22:42
Mən elə bilirəm ki dyeilənlər yalan ola bilməz.Allah Taala bize bildirmək istəyir ki namaz qılın tövbə eyləyin, hələki gec deyil Allaha dönün
zara and fatya 18.12.2012 13:35
biz bu deyimlere inanmiriq.bizim ucun dunya kefdi
zara and fatya 18.12.2012 13:39
21 dekabra inanmiriq
realist 20.12.2012 02:16
mence bu wayeler yalniz insanlari tewviwe salmaq ucundu . neyin ne vaxt nece olacaqini tek ALLAH bilir . allahin iwne qariwmaqla yalniz ve yalniz gunaha batirsizz.
realist 20.12.2012 02:19
mence bu wayeler yalniz insanlari tewviwe salmaq ucundu . neyin ne vaxt nece olacaqini tek ALLAH bilir . allahin iwne qariwmaqla yalniz ve yalniz gunaha batirsizz.
ayxan 20.12.2012 14:23
dunyanin basina gelen qezeb
Aysun 20.12.2012 14:28
Allahin isidi. O bizi verib birgunde alacaq.buna gore qorxmaq lazim deyil....
zaur 20.12.2012 15:14
her shey ola biler.dunyaya etibar yoxdu
ehmed 20.12.2012 16:19
O saat (qiyamət saatı) mütləq gələcəkdir. Mənim onu az qala açmağım gəlir ki, hər kəs etdiyi əməlin əvəzini (mükafatını, yaxud cəzasını) alsın. (Və ya: Mən onu az qala Özümdən belə gizlədirəm; və ya: Mən onu Özümdən başqa hamıdan gizlədirəm. Yaxud: Mən onu zorla gizlədirəm, çünki qiyamətin yaxınlaşması hər addımda özünü müxtəlif əlamətlərlə biruzə verir). Taha suresii aye 15
ferid 20.12.2012 18:56
allah bilenmeslehetdi.
nata 20.12.2012 19:28
allahla olduqdan sonra olum de omurde xosdur.bu gunumuze sukur....
METLEB 20.12.2012 19:49
esi bele seylere inanmayin.her bir sey Allahin elindedir.o bilen meslehetdi
elnur 20.12.2012 20:16
dunyanin sonu hec bir insana mexsus deyil ki bunuda dogru ve duzgun dsin bu yalniz REBBIMZE aiddi hec kimin dedyne inanmiyin
zamin 21.12.2012 09:38
salamu eleykum bunlar her biri saedir allah qurani kerimde qiyamet haqda buyurur qiyameti menden basqa hec kim bilmez onu yazanlar hardan yaziblar yeni mayya tayfasi buna niye inanlar axi maya tayfasi indiki quran oxuyanlardan cox bilirler ozunuz oxuyun ey allah bendeleri allah hamimzi qorusun
zamin 21.12.2012 09:47
sizlere bir sualm var allah bendeleri iki dost bir yerde oturlar bir dostun qelbinden geceni obri bir dost bile biler evela her birinize tsk edirem
Nərgiz 21.12.2012 13:59
Mənim uşaq olmağıma baxmayaraq mən qiyamətin nə olduğunu bilirəm. Deyilənlərə görə bir gün bir şəxs Muhəmməd peğambərə dünyanın sonu haqda sual verir.Ancaq o deyirki Allahdan başqa heç kəs qiyamətin nə zaman olduğunu bilə bilməz.Necə axı bunlar əminliklə deyə bilirlər ki 21.12.2012-ci il Dunyanın sonudur???????
ilkin 21.12.2012 15:57
Allahni isine qarisnin axiri pis olar hec bir şey olmayacaq
Zehra can 21.12.2012 21:16
hamiya salamlar allahin iwine heckim qariwa bilmez.bu insan kimdi axi allahin yerina daniwir bu wayeni yayan kimdi bele özunu allahdan böyuk bilir ve allahin yerina qerarlar verir.dunyanin dagilib dagilmadigini tekcetek olan allahimiz qerar vere bilar.
sudabe 21.12.2012 22:15
men bele bow seylere inanmiram indi 21-di hecnede olmayib dekabirin 21 -i 2012 hecne yoxdu indi facedeyem
Nara 23.12.2012 21:52
Gördünüz heç bir şey olmadı.Belə boş-boş şayələrə inanmaq lazım deyil.Keyfinizi pozmayın.Allah sizinlədir.Heç bir şeydən qorxmayın.
guler . 08.01.2013 13:41
bos bos saiyelerdi bunlara inanmiram

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: