Müğənni Selin Dion hamiləliyini ilk dəfə ictimaiyyətə nümayiş etdirib.
Hamiləliyin altıncı ayında olan 42 yaşlı müğənninin fotosu 7 Jours jurnalının üz qabığında dərc edilib. Fotoda onun əri Rene Ancelil və oğlu Rene-Çarlz da var.
Qeyd edək ki, bir müddət əvvəl Selin Dionun problemli hamiləliklə əlaqədar xəstəxanaya düşməsi barədə məlumatlar yayılmışdı. Lakin həm müğənni, həm də həyat yoldaşı bu məlumatları təkzib etmişdi.
Milli.Az