Alimlərin iddiasına görə, qadınlar üçün şokolad və öpüşmək sekslə təxminən eyni şeydir.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, alman alimlərin araşdırması məhz bu nəticəni üzə çıxarıb.
Onların sözlərinə görə, kişilər üçün qadınla öpüşmək adi vərdiş və məşğuliyyətdən başqa bir şey deyilsə, qadınlar üçün o, bəzi hallarda hətta seksdən də öndədir. «Kişilər aylarla qadınla öpüşmədən keçinə bilər. Xanımlar üçün isə bu, çox vacibdir», - deyə tədqiqat müəlliflərindən olan İnqelore İbberfeld bildirib.
514 nəfər arasında aparılan araşdırma göstərib ki, öpüşməkdən qadınların 56, kişilərin isə cəmi 44%-i zövq alır. Seks vaxtı qadınların yalnız 9,7%-i öpüşmür. Kişilərdə bu rəqəm 10,7%-dir.
Milli.Az