Hollivud ulduzu Con Travoltanın pərəstişkarları yayılmış son məlumatlardan şoka düşüb.
Amerika mətbuatının yazdığına görə, əsasən sərt xarakterli kişi rolları ilə tanınmış aktyor əslində homoseksual imiş. Bunu aktyorun dostu Robert Rendolf iddia edir. Yazıçı son kitabında Travoltanın bir neçə ildir homoseksual olduğunu yazıb.
Artıq aktyorla dostluğu pozmuş Rendolfun iddiasına görə, Travolta bir zamanlar onunla da cinsi əlaqəyə girmək istəsə də, rədd cavabı alıb.
Xatırladaq ki, ulduz aktyorun «mavi» olduğuna dair xəbərlər bir neçə dəfə yayılsa da, Travolta hər dəfə deyilənləri təkzib edib.
Milli.Az