Ciddi xarakteri ilə tanınmış ulduz, ingilis futbolçu Devid Bekhemin xanımı Viktoriya Bekhem bu günlərdə London restoranlarından birində hər kəsi təəccübləndirib.
Milli.Az «Daily Mirror»a istinadən xəbər verir ki, dostları ilə birlikdə restoranda əylənən Viktoriya o qədər içib ki, onu ordan «sürüyərək» çıxarıblar. Şahidlərin sözlərinə görə, sərxoş ulduz hətta danışmağa belə, çətinlik çəkirmiş.