Qüdsdə dəbdəbəli evlərdən biri hərraca çıxarılır.
Milli.Az «Seqodnya»ya istinadən xəbər verir ki, «Əl-Qaida» lideri Üsəma bin Ladenin uşaqlığının həmin evdə keçdiyi guman edilir. Ərazisi 650 kvadrat metr olan evdə 16 otaq var. Ona ilkin olaraq, 10 milyon dollar qiymət qoyulub. Məlumata görə, mənzil tikilən zaman həmin bölgə İordaniya ərazisi olub.
Dünyanın «1 nömrəli» terrorçusunun atası buraya 1962-ci ildə köçüb. Həmin mənzildə onun 22 xanımı və 54 uşağı yaşayıb. Bin Ladenlər ailəsinin oranı 1967-ci ildə tərk etdiyi söylənilir.
Milli.Az