Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Maraqlı

Ərdoğan bazara getdi - FOTO

09 Sentyabr 2010 [12:44] - MİLLİ.AZ
Türkiyənin baş naziri evinə bazarlıq elədi...
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ramazan Bayramı ilə əlaqədar ötən axşam bazara alış-verişə gedib.

Milli.Az xəbər portalı CNN Türk-ə istinadən xəbər verir ki, baş nazir bazarda təxminən yarım saat qalıb. O, 2 kiloqram alma və 2 kiloqram armud alıb, bunun qarşılığında 18 lirə ödəyib.

Satıcılardan biri jurnalistlərə bildirib ki, Rəcəb Tayyib Ərdoğan bazarda ətin qiyməti ilə də maraqlanıb: “Ətin qiymətini soruşdu. Mal ətinin qiyməti bir az baha oldu. Almadı. Yanında köməkçisi var idi. Ona dedi ki, iki həftə ərzində ətin qiyməti xeyli bahalaşıb. Oğlu üçün də heç nə almadı”.

Milli.Az

















URL: http://www.milli.az/news/interest/20798.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1632

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: