Hazırda Moskvada yaşayan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev Rusiyanın TNT telekanalında qatıldığı "Ekstrasenslər istintaq aparırlar" layihəsində növbəti dəfə inanılmaz bacarığı ilə hər kəsi heyrətləndirib.
Milli.Az-ın Trend Life-a istinadən verdiyi məlumata görə, verilişin növbəti buraxılışında 18 yaşlı oğlu Aleksandrı 4 il əvvəl müəmmalı şəkildə itirmiş Yelena Lobanovanın faciəsindən süjet nümayiş etdirilib. 4 il əvvəl onun oğlu ölmüş vəziyyətdə evin damında tapılır. İstintaq mərhumun qanında həddindən artıq çox spirt aşkarlayaraq onun intihar etdiyini bildirir. Ana isə bununla razılaşmır və oğlunun öldürüldüyünü iddia edir. Yelena bildirir ki, oğlunun sifətindəki qançırlar, çoxsaylı sınıqlar və evdən bahalı əşyaların itməsi Aleksandrın məhz qətlə yetirildiyini göstərir. Bu üzdən qadın TNT telekanalının "Ekstrasenslər istintaq aparırlar" verilişinə müraciət etmək qərarına gəlib.
Verilişdə "Ekstrasenslərin savaşı" verilişinin 9-cu mövsümünün qalibləri olmuş
Natalya Banteyeva və
Zirəddin Rzayev iştirak ediblər. Zirəddin hadisə haqda məlumatlı olmadığına baxmayaraq, Aleksandrın fotosına baxan kimi oğlanın dünyasını dəyişdiyini və hətta onun cəsədinin hansı formada tapıldığını söyləyib. Azərbaycanlı ekstrasens meyit tapılan zaman onun qanında xeyli alkoqolun olduğunu da deyib.
Daha sonra çəkiliş qrupu ilə birlikdə mərhumun məzarı üzərinə gedən Zirəddin oğlanın vaxtından əvvəl doğulduğuna, şeirlər yazdığına, hətta onun almaq istədiyi maşının markasınadək bir sıra faktları doğru söyləyib. Zirəddinin sonrakı açıqlamaları daha gözlənilməz olub: Aleksandr ölümündən əvvəl anası ilə onun pivəsini gizlətdiyi üçün mübahisə edib və küçəyə qaçıb. Küçədə oğlan hansısa insanlarla rastlaşıb və ola bilsin ki, Aleksandrı məhz həmin şəxslər qətlə yetiriblər. Zirəddin istintaqın müəyyənləşdirdiyinin əksinə olaraq, mərhumun yıxılaraq ölmədiyini, onun başına öldürücü zərbə vurulduğunu söyləyib. Ekstrasens qatilin qısa saçlı, əlində çapıq olan və hepatitdən əziyyət çəkən şəxs olduğunu da əlavə edib…
Milli.Az
Şərh etmək