Bank of Baku-nun “Dostlar klubu” : daimi müştərilərə yeni güzəştlər! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / İç siyasət

"Qəbələ" klubu UEFA-nın Mahir Şükürov haqda qərarına münasibət bildirdi

21 Dekabr 2011 [22:53] - MİLLİ.AZ
“Qəbələ” klubu futbolçusu Mahir Şükürovla bağlı UEFA-nın bu gün açıqladığı qərara münasibət bildirib.

Qeyd edək ki, “Avro-2012”nin seçmə mərhələsi çərçivəsində okyabrın 11-də İstanbulda keçirilmiş Türkiyə – Azərbaycan oyunundan sonra dopinq-testə cəlb olunmuş millimizin futbolçusu Mahir Şükürovun qanında istifadəsi qadağan olunmuş preparat tapılıb. Bu səbəbdən, UEFA-nın qərarına əsasən, Mahir Şükürov 2011-ci il noyabrın 11-dən etibarən 2 ay müddətinə cəzalandırılıb.

“Qəbələ” klubunun baş meneceri Zaur Əzizov Qol.Az saytının müxbiri ilə söhbətində bildirib ki, onlar bir müddətdir UEFA-nın qərarını gözləyirdilər: “Deyərdim ki, bizim üçün hər şey yaxşı qurtardı. Adətən, belə məsələlərdə UEFA daha sərt qərar çıxarır. Bu mənada, qərarı həm “Qəbələ”, həm də milli komanda üçün müsbət qiymətləndirmək olar”.

Z.Əzizov  bildirib ki, Şükürovun iki aylıq cəzası 2012-ci ilin yanvarın 11-də başa çatır: “Bu isə o deməkdir ki, Mahir qış fasiləsindən sonra, fevral ayında Unibank Premyer Liqasının oyunlarında komandamıza kömək edə biləcək”.

Milli.Az
URL: http://www.milli.az/news/ipolitcs/86896.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 375

Şərh etmək

Sizin adınız:
Şərhin mətni:
Təsdiq kodu: captcha
Xəbərlərə yazılan şərhlərin Milli.Az xəbər portalının redaksiya siyasətinə heç bir aidiyyatı yoxdur. Biz yazılan şərhlərin forma və məzmununa görə məsuliyyət daşımırıq. Xahiş olunur ki, mövcud qaydalara riayət edəsiniz.

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: