Bank of Baku-nun “Dostlar klubu” : daimi müştərilərə yeni güzəştlər! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Dağlıq Qarabağ münaqişəsi

26 Aprel 2010 [11:19]

Sabah təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 27-də Azərbaycanın Qazax rayonunun Fərəhli kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
26 Aprel 2010 [10:56]

Obamanın erməni dilində tələffüzü Ermənistanın dilini qısaltdı

Ağ Evin sahibi ingilis dilində yaxşı danışır, elə «meds yeghern»i də pis tələffüz eləmir. İndi baxır kimin qulağına xoş gəlir, ermənilərin, yoxsa türklərin...
25 Aprel 2010 [23:14]

Şeyxülislam: "Dağlıq Qarabağ münaqişəsi etnikarası və dinlərarası dialoqu çərçivəsində həll olunmalıdır"

Dağlıq Qarabağ münaqişəsi təkcə iki xalqın problemi deyil, etnikarası və dinlərarası dialoqu çərçivəsində həll olunmalıdır.
25 Aprel 2010 [10:40]

Daha bir müğənni Azərbaycandakı toylarını itirə bilər

Dağıstanlı vokalçı Timur Temirovun mahnısında Dağlıq Qarabağ Ermənistan ərazisi kimi təqdim olunur.
24 Aprel 2010 [13:41]

Serj Sarkisyan: “Sülh razılaşmasına qədər müharibə təhlükəsi qalacaq”

“Biz Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün qapıları bağlamasaq da, gələcəkdə hər hansı addım atmayacağıq”.
24 Aprel 2010 [10:41]

Səfər Əbiyev: “Ordumuz Ermənistandakı bütün hədəfləri məhv etməyə qadirdir”

“Ermənistan Respublikası beynəlxalq hüquq normalarına və əldə olunmuş razılaşmalara məhəl qoymur".
23 Aprel 2010 [18:02]

Azərbaycan müxalifəti Dağlıq Qarabağdakı “seçkilər”i pislədi

Müxalifət partiyaları mayın 26-da separatçı Dağlıq Qarabağ rejiminin keçirmək istədiyi "parlament seçkisi"ni pisləyib.
23 Aprel 2010 [09:26]

Frans-Press Agentliyinin saytında Azərbaycan ərazisi təhrif olunub

Fransanın nüfuzlu Frans-Press Agentliyinin saytında Cənubi Qafqaz ölkələri ilə bağlı xəritə yerləşdirilib.
23 Aprel 2010 [09:07]

Moskva Türkiyənin həmsədr, İranın vasitəçi olmaq təkliflərini öyrənir

Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləri sırasına Türkiyənin daxil edilməsinin və İranın bu prosesdə vasitəçilik etməsinin mümkünlüyünü nəzərdən keçirir.
22 Aprel 2010 [19:52]

Həmsədrlər birgə bəyanatla çıxış etdi - YENİLƏNİB

ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov, Bernar Fasie və Robert Bradtke regiona növbəti səfərlərinin yekunu olaraq birgə bəyanatla çıxış ediblər.
22 Aprel 2010 [18:22]

MSK sədri: “Qarabağdakı "seçkiləri" beynəlxalq ictimaiyyət tanımayacaq”

“Dağlıq Qarabağda erməni separatçılarının keçirəcəyi qondarma parlament seçkiləri ciddi addım deyil”.
22 Aprel 2010 [12:15]

Səfər Əbiyev: “Pakistanla hərbi sahədə əməkdaşlıq uğurlu nəticələri ilə nəzərə çarpır”

Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikasının müdafiə katibi Sayed Athar Alini qəbul edib.
21 Aprel 2010 [19:48]

Həmsədrlər açıqlama verdilər

ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıya səfərinin yekunları haqqında açıqlama veriblər.
21 Aprel 2010 [18:52]

İndoneziyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyəcək

Azərbaycanda səfərdə olan İndoneziya Parlamenti Nümayəndələr Palatasının sədr müavini Pramono Anunq Vibovonun rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.
21 Aprel 2010 [17:46]

Novruz Məmmədov: “ABŞ Türkiyəni özündən uzaqlaşdırmaq riski qarşısında qala bilər"

"Sərhədin açılması ilə Ermənistanın güzəştlərə hazır olacağına inanmaq üçün heç bir səbəb yoxdur".
21 Aprel 2010 [16:36]

Ümumxalq Qarabağ toplantısının keçirilməsi təklif olundu

Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında Qarabağ forumunun növbəti toplantısı keçirilib.
21 Aprel 2010 [16:10]

Həmsədrlər sabah Moskvada görüşəcəklər

ATƏT-in Minsk Qrupunun amerikalı və rusiyalı həmsədləri Robert Bradtke və Yuri Merzlyakov, eləcə də bu posta yeni təyin edilmiş İqor Popovun Azərbaycana səfəri başa çatıb.
21 Aprel 2010 [13:27]

Əli Həsənov: “Azərbaycandakı ictimai narazılıqlar ABŞ-ın lazımi mərkəzlərinə təsir göstərdi”

Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, ABŞ Dövlət Departamentinin Azərbaycandan gedən narazılıqlara reaksiyası normaldır.
21 Aprel 2010 [12:38]

MSK katibi: “Dağlıq Qarabağda keçiriləcək "parlament seçkiləri"nin hüquqi əsası yoxdur”

“Erməni separatçılarının Dağlıq Qarabağda keçirəcəyi "parlament seçkiləri" beynəlxalq hüquq normalarına ziddir”.
21 Aprel 2010 [09:55]

Medvedevlə Sarkisyan Qarabağ münaqişəsini müzakirə edib - FOTO

Serj Sarkisyan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqedən razıdır.
21 Aprel 2010 [09:14]

ABŞ-dan Azərbaycan tərəfinin itihamlarına cavab gəldi

Mark Toner: “Biz Dağlıq Qarabağın müstəqilliyini tanımırıq və tərəflərdən heç birini dəstəkləmirik".
20 Aprel 2010 [22:40]

Medvedev və Sarkisyan Dağlıq Qarabağ münaqişəsini müzakirə edirlər

Rusiya Prezidenti Dmitri Medvedevin Ermənistanın dövlət başçısı Serj Sarkisyanla görüşü başlanıb.
20 Aprel 2010 [19:56]

Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədrini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Robert Bradkeni qəbul edib.
20 Aprel 2010 [16:34]

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Azərbaycana gəlib

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Robert Bradtke bu gün günorta saatlarında Bakıya gəlib.
20 Aprel 2010 [15:46]

Prezident İlham Əliyev Yuri Merzlyakovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovu fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
20 Aprel 2010 [14:30]

Millət vəkili: "Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın əleyhinə fəaliyyət göstərən dövlətlər var"

Azərbaycan Parlamentinin deputatı hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın əleyhinə fəaliyyət göstərən dövlətlər var.
20 Aprel 2010 [13:01]

Köhnə qrupa təzə həmsədr: Bakıya Popov gəlib

ATƏT-in Minsk Qrupunun yeni rusiyalı həmsədri İqor Popov bu gün səhər saatlarında əvvəlki həmsədr Yuri Merzlyakovla birlikdə Bakıya gəlib.
20 Aprel 2010 [12:47]

Yerevan İranın vasitəçilik təklifinə sükutla cavab verir

İranın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik təklifinə Yerevandan münasibət öyrənmək mümkün olmur.
20 Aprel 2010 [11:55]

Politoloq: “Sarkisyan Rusiya rəhbərliyini məlumatlandırmaq üçün Moskvaya gedib”

“Serj Sarkisyan Moskvaya səfəri zamanı ABŞ-da apardığı danışıqlar barədə Rusiya rəhbərliyini məlumatlandıracaq”.
20 Aprel 2010 [09:48]

Serj Sarkisyan Moskvaya gedir

Bu gün Ermənistan prezidenti Serj Sarkisyan Rusiyaya qısamüddətli işgüzar səfərə gedəcək.
20 Aprel 2010 [09:10]

Ağ Ev Davudoğlu vasitəsilə rəsmi Bakını inandıra bildimi?

Türkiyənin səyləri “özünə gün ağlamağa” və Azərbaycanın Qarabağ probleminin həllinə kömək göstərməyə yönəldikcə, Sarkisyanın siyasəti də çuğulçuluq fəalyyətini artırmağa yönəlir.
19 Aprel 2010 [23:38]

Əhməd Davudoğlu: "Azərbaycan torpaqlarının azad edilməsi bizim əsas məqsədlərimizdən biridir"

Ermənistan və Azərbaycan arasında mövcud olan problemin həlli və Azərbaycan torpaqlarının azad edilməsi bizim əsas məqsədlərimizdən biridir.
19 Aprel 2010 [21:28]

Həmsədrlər sabah Bakıya gələcək

Yuri Merzlyakov və Robert Bradtke Azərbaycan rəsmiləri ilə Qarabağ nizamlanmasını müzakirə edəcək.
19 Aprel 2010 [16:44]

Elxan Poluxov: "Azərbaycan İranın vasitəçilik təşəbbüsünü alqışlayır"

"İran Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə müsbət təsir göstərməsinə imkan verən mexanizmə malikdir".
19 Aprel 2010 [13:53]

Ermənilərin törətdiyi soyqırım haqqında kitabın ingilis variantı təqdim olunub - FOTO

Millət vəkili Qənirə Paşayeva və Akif Aşırlının müəllifliyi ilə çap edilən "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" kitabının ingilis dilində təqdimat mərasimi keçirilib.
19 Aprel 2010 [12:50]

Asim Mollazadə: “Ermənistan danışıqların imitasiyası ilə məşğuldur”

“Əhməd Davudoğlunun Bakıya səfəri müsbət nəticələr verəcək”.
19 Aprel 2010 [11:47]

Rusiyalı deputat: «Vaxt Azərbaycanın xeyrinə işləyir»

«Yerevan üçün ən böyük dəhşət Azərbaycan ordusunun Türkiyənin istefada olan zabitləri və türk mütəxəssislərlə əməkdaşlıq şəraitində Qarabağa və Ermənistan ərazisinə girməsi olardı».
19 Aprel 2010 [11:38]

Mottaki: “Azərbaycan İranın vasitəçilik təklifinə müsbət cavab verib”

“Uzun illərdir Azərbaycanla Ermənistan arasında gedən müharibə hələ də bitməyib və bəzi məsələlər bu münaqişənin həll olunmasına mane olur”.
19 Aprel 2010 [09:11]

Türklər Bakıda, ermənilər Moskvada məsləhətləşir

“Vaşinqton prosesi” “böyüklərin” razılığı olmadan yürüyə bilməz: Davudoğlu Azərbaycanın, Sarkisyan Rusiyanın razılığını almağa çalışacaq. Yollarda qalan erməni prezidenti yenə də xilası üçün Kremlin divarlarına doğru can atır
17 Aprel 2010 [12:25]

Əli Həsənov: “Azərbaycan ABŞ-la bağlı siyasətinə yenidən baxa bilər”

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Reuters” agentliyinə müsahibə verib.
17 Aprel 2010 [11:25]

Azərbaycanlılar Kanada parlamentinin binası qarşısında aksiya keçirib - FOTO

Kanadanın paytaxtı Ottavada ölkə parlamentinin binası qarşısında Kanadada yaşayan azərbaycanlıların aksiyası keçirilib.
17 Aprel 2010 [11:17]

Millət vəkili: “Dünyada türk düşmənçiliyi var”

Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Türkiyənin Samsun şəhərindəki “19 May” Universitetində çıxış edib.
17 Aprel 2010 [11:01]

Dövlət Departamentinin nümayəndəsi: “Biz protokolların ratifikasiya edildiyini görmək arzusundayıq”

“Türkiyə-Ermənistan protokollarının ratifikasiyası çətin prosesdir”.
16 Aprel 2010 [11:52]

Əli Həsənov: “ABŞ-ın Minsk Qrupunda təmsilçiliyi Azərbaycana heç nə vermədi”

“Azərbaycandakı antiamerika çıxışları real mühitdən yaranır”.
15 Aprel 2010 [19:10]

ABŞ-ın Azərbaycandakı səfirliyi rəsmi Bakının narazılığına münasibət bildirdi

Birləşmiş Ştatların Bakıdakı səfirliyi Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazılığına münasibət bildirib.
15 Aprel 2010 [13:47]

«Sarkisyan Ermənistan-Türkiyə münasibətlərini Qarabağ məsələsindən ayıra bilmədi»

«Serj Sarkisyan hakimiyyəti Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini Dağlıq Qarabağ münaqişəsinin həllindən ayıra bilmədi».
15 Aprel 2010 [12:18]

Ərdoğan Ermənistandan neçə rayonu boşaltmasını istəyib?

Türkiyənin baş naziri Rəcəb tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşdırılması əvəzində ermənilərin Qarabağa bitişik 2 rayonu Azərbaycana qaytarmasını tələb edib.
15 Aprel 2010 [11:17]

Əli Həsənov: “Türkiyənin mövqeyi Azərbaycanı tam qane edir”

Türkiyənin nümayiş etdirdiyi mövqe Azərbaycanı tam qane edir, Türkiyə Azərbaycanın strateji tərəfdaşıdır.
14 Aprel 2010 [17:28]

Nalbandyan: «Ermənistan Türkiyə ilə münasibətlərə görə Qarabağ məsələsində güzəştə getməyəcək»

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Vaşinqton səfərinin yekunlarına dair brifinq keçirib.
14 Aprel 2010 [14:39]

Lavrov Nalbandyanla Qarabağı müzakirə etdi

Vaşinqtonda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.
14 Aprel 2010 [13:45]

Qənirə Paşayeva: “AŞ PA azərbaycanlı məcburi köçkünlərin taleyinə biganə qalmamalıdır”

“Avropa Şurası Ermənistanın işğalçılıq siyasəti nəticəsində yurd-yuvalarından didərgin düşən azərbaycanlılarla bağlı məsələyə birmənalı yanaşmalıdır”.
14 Aprel 2010 [12:55]

Aydın Mirzəzadə: “Türkiyənin prinsipial mövqeyi Ermənistanın təcavüzkar siyasətini cilovlayır”

“Rəcəb Tayyib Ərdoğanın Barak Obama ilə görüşünün özü bir nəticədir”.
14 Aprel 2010 [11:41]

Politoloq: "Türkiyə ABŞ-ı inandıra bilibsə..."

"Türkiyə, Rusiya, ABŞ və Avropa Dağlıq Qarabağla bağlı ortaq mövqeyə gəlsələr, Ermənistanın nə düşündüyü heç nəyi həll etməyəcək"
14 Aprel 2010 [10:51]

Ərdoğan: “Sərhədlərin açılması Azərbaycanla Ermənistan arasında razılaşmadan asılıdır”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda keçirdiyi görüşlərlə bağlı açıqlama verib.
14 Aprel 2010 [10:06]

Obamadan Qarabağ vədi

ABŞ prezidenti Barak Obama Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana Dağlıq Qarabağ münaqişəsinə dair vəd verib.
14 Aprel 2010 [09:23]

Davudoğlu Nalbandyan və Klintonla müzakirələr aparıb

Filip Krouli: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün böyük enerji sərf edir”
13 Aprel 2010 [21:43]

AŞ PA Dağlıq Qarabağla bağlı alt komitənin fəaliyyətini yeniləyəcək

Aprel ayında Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı alt komitənin fəaliyyətini yeniləyəcək.
13 Aprel 2010 [12:46]

Cəbhə xəttində monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün cəbhə xəttində monitorinq keçirilib.
13 Aprel 2010 [11:18]

Ərdoğan Sarkisyanı yerində otuzdurub

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Ermənistan prezidenti Serj Sarkisyan arasında Vaşinqtonda keçirilmiş görüşdə fikir ayrılıqlarını aradan qaldırmaq mümkün olmayıb.
13 Aprel 2010 [09:50]

Rasim Musabəyov: "Ərdoğan müharibə variantını ciddi şəkildə ortaya qoyacaq"

Politoloq Rasim Musabəyov dünən Vaşinqtonda baş tutan Ərdoğan-Sarkisyan və bu gün keçiriləcək Ərdoğan-Obama görüşünü şərh etdi.
13 Aprel 2010 [09:45]

Obama ilə Sarkisyan Qarabağdan danışdılar

ABŞ və Ermənistan prezidentləri Barak Obama ilə Serj Sarkisyan arasında Vaşinqtonda keçirilən görüş 45 dəqiqə davam edib.
13 Aprel 2010 [09:37]

Ərdoğan-Sarkisyan danışıqları: Qarabağ «soyuducu»da qalası oldu?

Yığışırlar, danışırlar, dağılışırlar, problemlər də ki, necə vardısa, elə də qalır
12 Aprel 2010 [18:27]

Səfər Əbiyev: “Azərbaycan öz torpaqlarının işğalı ilə barışmayacaq”

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev NATO Parlament Assambleyası Siyasi Komitəsinin NATO Tərəfdaşlığı üzrə Alt Komitəsinin sədri Rayner Stinneri qəbul edib.
12 Aprel 2010 [16:32]

Millət vəkili Qənirə Paşayeva: "Televiziyalarda Dağlıq Qarabağla bağlı filmlərin sayı artırılmalıdır"

Azərbaycan Parlamentinin deputatı hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mətbuatın rolu böyükdür.
12 Aprel 2010 [15:32]

Qarabağ mövzusu da müxalifəti birləşdirə bilmir

"Müxalifət partiyalarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqelərinin üst-üstə düşməməsi istisna deyil"
12 Aprel 2010 [12:04]

Bayram Səfərov: “Sadə ermənilər Azərbaycanın tərkibində yaşamağa üstünlük verirlər”

Dağlıq Qarabağın azərbaycanlı icması Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını müəyyən etməsi ilə bağlı bəyanatlarını qeyri-ciddi hesab edir.
12 Aprel 2010 [11:09]

Səfir: “Bölgədə davamlı sülh Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır”

“Əvvəlcə Dağlıq Qarabağ münaqişəsi həll olunsun, sonra Ermənistanla münasibətlər normallaşdırılsın”.
12 Aprel 2010 [10:39]

Sabah cəbhə xəttində monitorinqdir

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sabah cəbhə xəttində monitorinq keçiriləcək.
11 Aprel 2010 [17:13]

Türkiyədən Qarabağ mesajı

Ərdoğan: "Biz ATƏT-in Minsk qrupunun nəticə əldə olunacaq işlər görməsini istəyirik"
09 Aprel 2010 [21:28]

Elmar Məmmədyarov: "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində dəyişməz mövqe nümayiş etdirib"

Azərbaycanın xarici işlər naziri və Türkiyən Baş nazirinin xüsusi elçisi ikitərəfli görüş keçirib.
09 Aprel 2010 [16:31]

Ermənistan İranın vasitəçiliyinə razı deyil

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında İranın vasitəçiliyini qəbul etməyib.
09 Aprel 2010 [15:17]

XİN: “Azərbaycan regionda sülh və stabilliyə nail olunmasına yönəlmiş bütün səyləri alqışlayır”

Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov İranın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik təşəbbüsünə münasibət bildirib.
09 Aprel 2010 [13:56]

Qarabağdan keçən narkotik tranziti marşrutu BMT-nin siyahısına salına bilər

Azərbaycan Əfqanıstan-İran-Dağlıq Qarabağ narkotik tranziti marşrutunun BMT-nin siyahısına salınmasına çalışır.
09 Aprel 2010 [13:13]

Səfir: “NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini dəstəkləyir”

Avropa İttifaqı kimi NATO da Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə sülh yolu ilə nizamlanması prosesini dəstəkləyir.