Bank of Baku-nun “Dostlar klubu” : daimi müştərilərə yeni güzəştlər! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Kulinariya

Günün təamı - lobya şorbası - FOTO

23 Fevral 2012 [07:00] - MİLLİ.AZ
Milli.Az yeni günün təamını - lobya şorbasını - təqdim edir.
Tərkibi (4-litrlik qazan üçün):

500 q ət
200 q lobya
200 q duzlu kələm (sadə də olar)
800 q kartof
150 q yerkökü
150 q soğan
3-4 x.q. ketçup, yaxud tomat pastası
duz
istiot

Lobyanı 3-4 saat soyuq suda saxlayın. Əti xırda tikələrə doğrayın. Üstünə su töküb ocağın üstünə qoyun, 1 saat bişirin. Sonra lobyanı əlavə edib 30-40 dəqiqə bişirin.
Kartofu təmizləyin, uzun-uzun, ya da kubik doğrayın. Lobya hazır olmağa yaxın kartofu əlavə edin. Sonra kələmi əlavə edib 10 dəqiqə də qaynadın.

Soğanı xırda doğrayın. Yerkökünü sürtgəcin orta gözündən keçirin. Soğanı bitki yağında qovurun. Yerkökünü də əlavə edib qovurun. Sonra tomat pastasını əlavə edərək 5 dəqiqə bişirin. Bunları qazana tökün. Lazım gələrsə, duz vurun. Kartof hazır olana qədər bişirin.

Nuş olsun!

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
 




























URL: http://www.milli.az/news/kilinariya/98675.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1562

Şərh etmək

Sizin adınız:
Şərhin mətni:
Təsdiq kodu: captcha
Xəbərlərə yazılan şərhlərin Milli.Az xəbər portalının redaksiya siyasətinə heç bir aidiyyatı yoxdur. Biz yazılan şərhlərin forma və məzmununa görə məsuliyyət daşımırıq. Xahiş olunur ki, mövcud qaydalara riayət edəsiniz.
zehra 29.02.2012 15:50
men bu yemeyi cox sevirem. ancaq men bisirende etsiz edirem hec bu curun gormemisdim. bir defe belede sinayariq.

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: