Bank of Baku-nun “Dostlar klubu” : daimi müştərilərə yeni güzəştlər! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Gecə oxusu

Gecə oxusu: Həyat mənə yalanmı söylədi?

23 Fevral 2012 [00:30] - MİLLİ.AZ
Milli.Az Fateh Qısabarmağın şeirini təqdim edir.
Həyat mənə yalanmı söylədi?

İlk dəfə hesablaşıram özümlə...
Qəribədir-qələmi, kağızı və səni
Bu qədər sevməmə rəğmən
Sənə ilk dəfə yazıram.

İndi sən yoxsan, səni düşünmək var.
Uşaqkən də səni düşünərdim hər gecə,
Radio dinlər, şeir yazardım.
Hər çərşənbə bazara gedərdik anamla
Atam maaş alanda paxlava yeyərdik.
Dondurmanı da çox sevərdik,
Bacım üçünü yeyərdi, mən ikisini,
Elə buna görə də qovğa edərdik.
Halbuki, həyatımın vaz keçilməziydi bacım,
Onun da üzü heç gülmədi,
Xeyirsizin birilə qaçıb məhv etdi həyatını
Ağlımdan heç çıxmaz getdiyi o gün...

Hüznümü böyütdüm o gündən bəri, özümü deyil,
Gözlərimdə hələ də bir uşaq ağlar
Və hələ də qulağımda anamın səsi:
"Bitirsən təhsilini, bir işə girsən...
-Şeirlə qarnın doymadığı doğruydu-
Bax, Cəmil oxudu, mühəndis oldu,
Ən gözəl qızı ilə evləndi Üsküdarın,
Evini də aldı, maşınını da..."

Mənsə saz çalardım öz aləmimdə,
"Səsi gözəldi" deyərdilər.
Hardan biləydim,
Elə hey qəmli türkülər oxuyacağımı?
Ən gözəl illərim acılara büründü.
Həyat mənə yalanmı söylədi?

Sənsiz keçən hər günü hesabıma yazdılar,
İndi elə uzaq ki...
Çay içib, çörək yediyimiz o vaxtlar
Qardaşına çərpələng düzəltdiyim o günlər
Elə uzaq ki...

Budaqlarda titrəyən bir sərçənin
Çörək qırıntısına qanad çırpması
Və bir ana duası qədər qəlbdən sevmişdim səni.

Fənər meydanında Beşikdaş oyunu,
Və pulsuzluğumız davam edərkən
Bütün mavilərimi sənə vermişdim.
Məğlub olmaq alnıma yazılmış sanki
Olmadı, nigarım...
İçimdəki uşaq böyüməmiş məğlub oldu...
Həyat mənə yalan söylədi.

Əslində hər insan məğlubdur həyata,
Və bir az küskün...
Son qatara çatmayınca
Stansiyada qalardıq yorğun və üzgün
Özümə asiliyim və peşmanlığım da ondan
Ki indi hər şeyim yarım...
Şəklinin arxasına nə yazdığımı belə, çoxdan
Unutdum.

Bir silahım olsaydı, bir silahım,
Yoxsulluğu boğazından,
Məğlubiyyəti qəlbindən
Və sənsizliyi alnının tən ortasından vurardım.

Uzaq dənizlərin fırtınasıydım,
Qarlı dağların qartalı
Yoxsul idim yoxsul olmağına
Amma qürurluydum...
İndi nə sən varsan, nə o əski sevdalar,
Olsun, üstümə gəlsə də bu sağır qaranlıq,
Axşam olar, şairlərə gün doğar

Bir dəfə "söylə" demişdin,
deyə bilməmişdim...
İndi deyirəm:
Səni sevirəm!

Uyğunlaşdıran: Çinarə Xəlil

Milli.Az
URL: http://www.milli.az/news/nightread/97611.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1824

Şərh etmək

Sizin adınız:
Şərhin mətni:
Təsdiq kodu: captcha
Xəbərlərə yazılan şərhlərin Milli.Az xəbər portalının redaksiya siyasətinə heç bir aidiyyatı yoxdur. Biz yazılan şərhlərin forma və məzmununa görə məsuliyyət daşımırıq. Xahiş olunur ki, mövcud qaydalara riayət edəsiniz.
Anonim 23.02.2012 01:08
Fatih kisabarmak cooox goZel sozleri var
Ramin Memmedli 25.02.2012 02:45
Nifrət edirəm hər şeyə sənə də nifrət etmək istəyirəm amma bacarmıram ..bircə xəyalın vardı otağımda o da yoxdu..heç başqa xəyallar da görsənmir,indi daha da tənhalaşıram bu dar, kimsəsiz , cansıxıcı otaqda.... İçmək istəyirəm bütün şüşənin dibindəki zəhrimar dadan arağı damlasınadək hər şey gözümdə tor görünənə kimi sənin xəyalına qovuşanadək içmək HƏSRƏTİNDƏYƏM MƏNİM YOX,,XƏYALLARIMIN MƏLƏYI .....
Kenan.30 23.02.2012 08:47
Yaxshi sheir idi. Teshekkurler. Umumiyyetle, Fatih ve Shebnem Qisaparmaklarin qesheng sheirleri var.Bir de cox xoshladigim Ibrahim Sadridir. R.T. Erdoganin da yaxshi sheirleri var.
Kenan.30 23.02.2012 08:52
Çərxifələk dövr elədikcə nə qədərmiş təzadı?! Biri deyər xeyir olsun, biri də şər, yaman istər! Bir ahunun göz yaşına qıyan amansız ovçu da O gün gələr bir ahu gözlüdən möhlət, aman istər! Ağuşuna cəm eləyib bəndələrə zülm eləyən Əcəldən pay alan anda, gözlərini yuman istər! Hər nə qədər köksünə dağ çəksə də yar işvələri Hicrinə tuş gələn aşiq yenə də çən, duman istər! Fürsəti əldən verib, öz qəlbini viran eləyən Ağrılar içrə yenə bir ümid istər, güman istər Könlüm elə həbs olunub qüssə, qəmin zin
Qraf Drakula 23.02.2012 17:41
ela ....beyenilsin....
SƏNİ SEVDİM 23.02.2012 10:26
Mənim sevgimə dünya balaca bir evdi. Mən buzlar səhrasında alovlu arzu idim. Sən qaranlıqdan gələn ümid. Sən ümidsizliyin ölü dənizində işıqlı qanad, Mən başdan-başa fəryad..... Səni sevdim. On səkkiz yaşlı baharımla, On səkkiz yaşlı dünyalarımla. Sən bəxtiyarlığın gəmisini görməyən dəniz idin. Ətrafında hərlənən günəşdən xəbərsiz idin.
Kenan.30 23.02.2012 10:30
Könlüm elə həbs olunub qüssə, qəmin zindanına Taledən hər gün dil açıb məzhəb istər, iman istər! Ruhum əlahiddə qida almaq üçün bir muğamın Şəst ilə ifası üçün dəf ilə tar, kaman istər!
MILA 23.02.2012 10:32
super!! cox xoshuma geldi.(eslinde her insan meglubdur heyata ve bir az kuskun...son qatara catmayinca stansiyada qalardiq yorgun ve uzgun).LOLITA necesen.
LOLİTA 23.02.2012 11:14
Salam MİLA.Yaxshiyam.SEN necesen?Sene 2 defe yazmishdim senden ses-soraq gelmedi.
Biləsən. 23.02.2012 10:34
Sinəm manqala döndü, hicranın közə Sənin acı xatirən şişdi...biləsən Bir tikəlik qəlbimi mən dözə-dözə Bu şişdən keçirmişəm, bişdi...biləsən Acmışam haqq-ədalət adlanan şeyə Bir neçə diş aradım-qəlbimi yeyə Yeyilərək boş yerə bitməsin deyə Ümidlərim kütləşən dişdi...biləsən Vüsalımın önündə durub, yol kəsən Sən mənə dar ağacı, yada kölgəsən Mən baş aça bilmədim, fəqət, bəlkə sən... ...bu necə qəribə bir işdi, biləsən?!
385 23.02.2012 16:07
Ehsen sene
Yalnızlıq. 23.02.2012 10:41
Qapını çalmandan tanıdım səni Hürkə-hürkə, qorxa-qorxa, səni qarşılamağa hazırlayırdın məni. Mənsə heç qorxmadan, cəsarətlə açdım qapıları üzünə və təbəssümlə baxdım düz gözlərinin içinə. Ancaq sən, sən utandın. yoxsa səni qovacağımı sandın? Söylə, necə qovum axı?! Mən ki, sənə alışmışam. azca əyil qulağına bir söz deyim “Deyəsən sənə vurulmuşam...” Yaxşı, gəl keç! Daha bəsdi utandığın. bəs deyilmi astanada dayandığın?! Hər vaxt necə yaşardıqsa yenə elə yaşayarıq gah küsülü, gah barışıq.
ÜRƏK! 23.02.2012 11:37
Yeganə dostum! İztirabları içdin,həsrət yollarından keçdin... Doğma gözlərə həsrət və ac Bir şirin təbəssümə möhtac.... Mən sənin ümidlərinə sığındım, Sən mənim sığındın dərdlərimə Sığındıq bir-birimizə, Nə dərdimizə yanan oldu, Nə də gənc ömrümüzə.... Yaşadıq bir çaxmaq daşı kimi; Çoxları od aldılar bizdən, Heç xəbər tutan olmadı içərimizdən.
LOLITAYA 23.02.2012 11:50
bagishla cavab yaza bilmemishem.gec gormushem.hemishe yaxshi olasan.
Istər. 23.02.2012 12:12
Könlüm ey gül çağırib can səni istər Son nəfəsdir çıxacaq can ,səni istər Quruyan ləblərimə məlhəm olaydın İçərək göz yaşı pünhan səni istər Tək qalıb dörd divarda əksini gördüm Bu kiçik xeymədə hər yan səni istər Çeşmi giryan tələsir təhvili ömrə Təki görsün yarı bir an , səni istər Əcəba yad eləyib gəlməsə birdən Qalacaq könlü nigaran , səni istər, Olacaq göz yaşı leysan səni istər Gəlməyin vacib olub cümlə əməldən Verilibdir belə fərman , səni istər Bunca yalvarmağa layiqmidir aşiq Didəcək r
Istər. 23.02.2012 12:21
Bunca yalvarmağa layiqmidir aşiq Didəcək ruhunu vicdan , səni istər Gəl yetiş son nəfəsim çevrilib aha Olacagdır sənə zindan , səni istər Gəldi gördüm öpüb ol qönçə ləbindən Söylədi zülfü pərişan - səni istər, Alışıb bağrım olub qan səni istər Gedirəm ağlama ey yarı vəfadar Olsa da yüz belə qurban səni istər
BULUDLAR 23.02.2012 12:47
çəkilsə göy üzərindən? Dərya yuxusuna getsə dəryalar? Gündən xəbər göndər,aynan yetir sən; Onlar səslər məni,onlar haraylar. Günəş görünməsə?Ay görünməsə? Yada sal arada olub keçəni. Günnən görünərəm,Aynan gələrəm, Təki ürəyindən keçirt sən məni.
Arda 23.02.2012 13:35
İncə ruhlu insanlara eşq olsun ) Birbaşa yazırsınız ,yoxsa köçürürsünüz ? ) )
Arda 23.02.2012 13:41
Kənan qaqaş , çox fikir eləmə. Düzələr ..))
ayten 23.02.2012 13:50
qafiye hec duz gelmir
Mənə 23.02.2012 13:50
ağrımayan bir ürək verin Elə bil bərkiyib,daşdı ürəyim, Duyğudan qaynayıb daşdı ürəyim. Ağrıdan inləyib çaşdı ürəyim, Mənə ağrımayan bir ürək verin. Yanmasın nə sevgi,nə eşq oduna,Salmasın o ötən günü yadına,Düşməsin kiminsə şər girdabına, Mənə ağrımayan bir ürək verin. Dərdsiz ürəkləri tanrı doğurmaz,Deməyin ki,mənim dərdim,ağrım az, O hansı ürəkdir,soylə,ağrımaz? Mənə ağrımayan bir ürək verin Ürək onsuz, bilir,hər şey ötəri, Hər şey gəldi-gedər,hər şey itəri, Dünyada dərdlər var dərddən betə
N.O 23.02.2012 17:27
bunu kim yazıbsa xahiş eləsəm ardını da yazarmısınız?
Kenan.30 24.02.2012 10:22
Ürək onsuz bilir hər şey ötəri, Hər şey gəldi gedər,hər şey itəri Dünyada dərdlər var dərddən betəri, Mənə ağrımayan bir ürək verin!...
ayten 23.02.2012 13:51
niye yoxlanililr ki moderator ancaq terifli sozleri qebul edib verir
ÜRƏK 23.02.2012 14:08
Kim öldürdü səndəki İldırımlarla çarpışmağın inamını? Kim öldürdü yüksəklərə qalxmağın,günəş kimi ucalmağın ehtişamını?...Kim çıxardı başından asimanlar sevdasını?Kim öldürdü səndəki Fırtınalar həvəsini?... Kim???
Arda 23.02.2012 14:18
Nə bilim, kim? Haradan bilim kim öldürdü ?? ) ) ( sen ürəksən e ürək qardaşsan qardaş )
QARDAŞ YOX 23.02.2012 14:26
bacı)))
Arda 23.02.2012 14:41
s o r r y ( - aff et beni ) )
AMANSIZ 23.02.2012 15:04
zərbələr endirsə həyat, Döysə qışlar səni,yağışlar səni, Sənə dil açsa da bütün kainat, Elə doğmalar var,bağışlar səni.....
Arda 23.02.2012 15:30
Kövrəltdin )
NƏDİR 23.02.2012 15:44
üzündəki qəm yağışları? Sənki çox görmüsən qarlı qışları. Bəsdir soldurduğun gül baxışları, Hər qəmin dərmanı davası məndən.
Arda 23.02.2012 17:27
Telli Borçalı ilə duet oxu, sizdə alınar ) ..nəisə ..salamat qal ..
hh 23.02.2012 14:44
baci eeeee :)))) oldum gulmekden.. bele nursuz werleri ele zenen xeylagi yazar...:
hh 23.02.2012 14:13
zeif.. lap etim tokuldu.... Menem Yunus tenim naqqa, Menem Nuh ve gemim dunya... qimildansam cahan titrer, Menem dehshetli bir tufan.. (yaziq Nesimi yaxwi ki, bu sheri eshitmedi)..
............. 23.02.2012 14:47
Bir halə qərar eyləmə əyyam, keçər ömür, Ey əhli-nəzər, baxma bu halə, nəzər eylə!
hh 23.02.2012 14:59
Dərdə müştaq olmayan kimdir ki, dərman istəyə? Qəbləl-mövti bilməyən, sən sanma ki, can istəyə. Cövhəri olmaq gərəkdir, cövhəri bulmaq gərək, Hər kimin könlündə vardır, vara ol kan istəyə. Can ilə, dünyavü üqba hər kim ol tərk еtmədi, Müddəidir, sanma kim, ol vara canan istəyə. Хizrlə zülmatını tanımayan hеyvan kimi, Nə bilə kim, qanda vara, abi-hеyvan istəyə? Kim əzəl tanımadı kəndi vücudu şəhrini, Ol gədahimmət nə yoldan vara sultan istəyə? Ənbərin zülfü anın, kim ki, dolaşdı boynuna, Başı top
Arda 23.02.2012 15:13
qədeş, bu yaxçudu... əntiqədü..
............. 23.02.2012 15:14
Ənbərin zülfü anın, kim ki, dolaşdı boynuna, Başı top olsun anın, gər özgə çövkan istəyə. Zülfünün küfrün əgərçi əhli-fəzl iman bilir, Еy Nəsimi, sanma sən kim, kafər iman istəyə.
hh 23.02.2012 15:54
ehsen...!!! sende neler var imiw ??!!!...:)))
Kenan.30 23.02.2012 17:21
Sene de ehsen....
............. 23.02.2012 14:22
Kul oldum bu ewqin alovunda men, Isti heraretden ureyim yandi, Goz yawi tokdurub zulm etsende sen, Her gece bu qelbim tek seni andi. Bu gece fikrinden yata bilmedim, Yar,seni duwundum,yar,seni andim, Gah seni qinadim,gahda ozumu, Aliwdim kerem tek odlara yandim. Cixmayir bawimdan fikrin,xeyalin Gece de,gunduz de,yar seninleyem, Meni qinamasin dostlar,taniwlar, Etsen de dunyami dar seninleyem
Ceyhun 23.02.2012 14:55
Nese bele sheyler gorende etim tokulur de,yeqin yeterince romantik deyilem;))
Guler 23.02.2012 16:25
Hay can, burdayam, bes orda yazmisan menim etim tokulur yeterince romantik deyilsen(( De gorum sherini))
Ceyhun 23.02.2012 17:50
ala-bula boz keci ay qosa buynuz keci yalqız gezib dolanma daqa-dasa dirmanma bir qurd cixar qarsina sen ne edersen ona coban acinca gozun qalar iki buynuzun bu da menim serim
Guler 23.02.2012 17:59
Deli hele buna bax((( mende deyirem ne sheir deyecek mene))) Zarafat edirem eger o hseir senin dilinde cixirsa demeki mohteshemdir. Sagol ellerine sagliq, klaviaturana sagliq)))
Ceyhun 23.02.2012 15:30
Guler, hardasan heyatim? Sene sheir deyim?;))
hh 23.02.2012 16:06
NG..SX...Ey mərdlik qalxanını atıb diz çökən insan! Qəflət divi azğınlıq yoluna çəkən insan! Güvənirsən şahlığa, şahlıq, gəldi-gedərdi. Güvənirsən həyata həyatın da hədərdi. Eyş-işrətlə vurursan öz ömrünü sona sən, Fələk qatıb başını, oyuncaqsan ona sən. Quranı, qılıncını bir kənara atmısan, Əlində cam, sürahi nəşəylə baş qatmısan. Nə güzgün, nə darağın bir an əldən düşəndir, Gözəl-göyçək qadıntək sığallanmaq peşəndir.
Selcan 23.02.2012 16:07
Cox menali,cox ichden.her insana neyi ise,ve ya kimi ise xatirladir...
385 23.02.2012 16:08
Gəlirsən, gedirsən… Gözüm önündə, Bilmirsən nə sorur, nə deyir atan. …Üzündən, gözündən, Hər bir sözündən Qəlbini oxumaq istəyir atan. Gəlirsən, gedirsən… heç nə sormuram, Baxışlar danışır, baxışlar ancaq. Bilmək istəyirəm, a mənim balam, Səni isidirmi qonduğun budaq? Qınama, bələdəm mən bu həyata, Kim çərxi geriyə döndərə bilmiş? Övlada qızıldan təxt verər ata, Qızıldan bəxtini kim verə bilmiş? Gəlirsən, gedirsən. Dəyişmiş bizim Sözümüz, sorğumuz… Bu sən, bu da mən Elə gəlirsən ki, elə bil, qızım,
385 23.02.2012 16:16
Bu evdə doğulub böyməmisən. Bir az yad olmusan, Bir az utancaq, Əvvəlki ərkini istərəm yenə. Gələndə qonaqsan, gedəndə qonaq, Nə tez özgələşdi bu ocaq sənə? Sənin xislətin də nə tez dəyişdi, Demə gileyliyəm, yox, yox, şadam mən, Sev ki, seviləsən… Bizimki keçdi, İndi sənin üçün narahatam mən. Qoru hər ləkədən məhəbbətini, Hər yerdə, həmişə, hər zaman, qızım. Arxan-ata evi… Səadətini Yalnız ər evində tapasan, qızım.
Selcan 23.02.2012 16:57
Ayyyyyyyyyyyyy cooooooooooooooooooox maraqli.gozlerim dolduyee
NNN 23.02.2012 17:35
bu seri elə vaxt oxudum ki,çox təsir elədi.həqiqətən ağladım.kiin seridir?sağ olun.
RAMİN MƏMMƏDLİ 23.02.2012 22:13
Nifrət edirəm hər şeyə sənə də nifrət etmək istəyirəm amma bacarmıram ..bircə xəyalın vardı otağımda o da yoxdu..heç başqa xəyallar da görsənmir,indi daha da tənhalaşıram bu dar, kimsəsiz , cansıxıcı otaqda.... İçmək istəyirəm bütün şüşənin dibindəki zəhrimar dadan arağı damlasınadək hər şey gözümdə tor görünənə kimi sənin xəyalına qovuşanadək içmək HƏSRƏTİNDƏYƏM MƏNİM YOX,,XƏYALLARIMIN MƏLƏY.....
fani 02.03.2012 09:48
"Bir silahım olsaydı......, Yoxsulluğu boğazından, Məğlubiyyəti qəlbindən Və sənsizliyi alnının tən ortasından vurardım." Adeten derd chox olanda insana hemderd olan az olur, belkede bu ondan ireli gelir ki, her derdi chekmek olmur.

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı:

Bölmənin digər xəbərləri