Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

Erməni siyasətçi: «Nalbandyan ya susmalı, ya da istefa verməlidir»

01 Iyul 2010 [18:47] - MİLLİ.AZ
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ya susmalı, ya da istefa verməlidir.
Milli.Az xəbər portalının «Armenia Today»a istinadən verdiyi məlumata görə, bunu Ermənistan Liberal Partiyasının lideri Ovanes Ovannisyan bildirib. Əksər həmkarları kimi, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlət başçıları Barak Obama, Dmitri Medvedev və Nikola Sarkozinin Dağlıq Qarabağ münaqişəsinə dair son bəyanatının Yerevanın maraqlarına cavab vermədiyini söyləyən Ovannisyan deyib: «Əvvəllər onlar işğal olunmuş torpaqlar ifadəsini işlətmirdilərsə, indi işlədirlər. Əvvəllər sərhəddən danışırdılarsa, indi bunu dəhlizlə əvəzləyiblər. Referendum isə artıq iradənin ifadəsi adlandırılır. Növbəti görüşdə onların Ermənistanla hüquqi əsaslandırılmış sənədlərin dilində danışacaqları istisna deyil».

Ovannisyan E.Nalbandyanın ABŞ, Rusiya və Fransa prezidentlərinin bəyanatını razılıqla qarşılaşmasından hiddətləndiklərini söyləyib. «Qoy Nalbandyan ya ümumiyyətlə danışmasın, ya da istefa versin», - deyə o, qeyd edib.

Milli.Az
URL: http://www.milli.az/news/politics/15504.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 921

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: