Sergey Narışkin ölkə rəbərliyi ilə bir sıra məsələləri müzakirə edəcək.
Bu gün Rusiya prezident administrasiyasının rəhbəri Sergey Narışkin Azərbaycana səfəri başlayır. Sabah o Bakıda Azərbaycan rəhbərliyi ilə görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı və Rusiya prezidenti Dmitri Medvedevin sentyabrda Azərbaycana gözlənilən səfərinə hazırlıq məsələləri müzakirə ediləcək.
Səfər zamanı Gümrüdəki 102 saylı hərbi bazanın təhlükəsizliyinə dair Rusiya və Ermənistanın imzalamağa hazırlaşdığı protokol layihəsinə də aydınlıq gətiriləcəyi gözlənilir.
/ANS TV/