Avropa Birliyinin (AB) vəzifələrinə sərhədləri ətrafında sülh və sabitlik yaratmaq da daxildir.
Milli.Az xəbər portalının Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu AB-nin Yerevandakı nümayəndə heyətinin rəhbəri Raul de Lyutsenberqer bildirib. Onun sözlərinə görə, AB ilə Ermənistan arasında assosiativ razılaşmanın məqsədi ilk növbədə ikitərəfli münasibətlərin möhkəmləndirilməsidir. Bu sənəddə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə müdaxilə nəzərdə tutulmur.
«Əlbəttə ki, biz Dağlıq Qarabağ probleminin həlli prosesində daha fəal rol oynamağa çalışırıq. Çünki bu münaqişənin sülh yolu ilə həllini istəyirik», - deyə Lyutsenberqer bildirib.
Milli.Az